Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   13   14   15   16   17   18   19   20   ...   112

 
42 
 
 
   
 
 
    
  kimi təyin olunur. 
 
Burada    səthə perpendikulyar   təsir edən qüvvə,  
   isə  qüvvənin təsir etdiyi səthin sahəsidir. 
 
Deməli,  təzyiq    –  səthə  perpendikulyar    təsir  edən  qüvvənin  səthin 
sahəsinə  nisbətinə  bərabər  olan  kəmiyyətdir  və  ya  təzyiq  vahid  səthə 
perpendikulyar təsir edən qüvvədir                               
        olduqda,        olur).        
           1. Səthin  sahəsi   dəyişmədikdə                                                                                                                 
təzyiq qüvvə  ilə  düz  mütənasib  olur:                                                                                          
         ,          olur   (şəkil  53) .                                                                                                                 
                                                                                                     Şəkil  53.                                                          
                                                                                               
          2. Qüvvə dəyişmədikdə isə təzyiq                    
səthin  sahəsi  ilə   tərs  mütənasib  olur:                                                                                                                           
             
    
 
 
 
  olur (şəkil  54).                          
    
                                                                      
                                                           
                   
                                                                                                       Şəkil  54. 
BS - də   
       
 
 
 
        (Paskal),  SQS - də
 
         
  
  
 
  - dir. 
Praktikada  çox  vaxt  təzyiqi  artırıb  –azaltmaq  lazım  gəlir.  İfadədən  aydın 
olur ki, təzyiqi artırmaq üçün ya qüvvəni artırmaq (   – i sabit saxlamaqla), ya da 
səthin sahəsini azaltmaq (   –i sabit saxlamaqla) lazımdır. Təzyiqi artırıb-azaltmaq 
üçün hər iki üsuldan istifadə olunur.  
 
                    
 NYUTONUN 
III 
QANUNU.
 
 
  
Artıq  qeyd  etdiyimiz  kimi,  cisimlərin  qarşılıqlı  təsiri  zamanı  kütləsi  böyük 
olan  cismin  hərəkət  sürəti  az,  kütləsi  kiçik  olan  cismin  hərəkət  sürəti  isə  çox 


 
43 
 
dəyişir.  Hərəkət  sürətinin  dəyişməsini  xarakterizə  edən  kəmiyyətin  isə  təcil 
olduğunu  nəzərə  alsaq,  sonuncu  fikri  «cisimlərin  qarşılıqlı  təsiri  zamanı  kütləsi 
böyük olan cismin aldığı təcil kiçik, kütləsi kiçik olan cismin aldığı təcil isə böyük 
olur»  kimi ifadə edə bilərik.  
Şəkil    55  -  də    təsvir    olunmuş    
  
   və      
 
   kütləli  cisimlərin    qarşılıqlı  
təsir  zamanı  aldıqları  təcilləri  uyğun olaraq                               
  
      
 
 
  
 
  və   
 
   ilə   işarə etsək,   ifadə   etdiyimiz
   
        
 
                                            
 
   
 
 fikrin  riyazi  ifadəsi   
  
 
 
 
 
      
 
 
 
 
   
şəklində 
 olar.                                                                                                      Şəkil  55.         
 Burada « - »  işarəsi qarşılıqlı təsir zamanı cisimlərin aldıqları təcillərin bir-
birinin  əksinə  yönəldiyini  göstərir.    İfadəni     
2
2
1
1
a
m
a
m


   kimi  də  yazmaq 
olar.  
 
     
 
 
 
     və      
 
     
 
 
 
   olduğunu    nəzərə    alsaq,    onda  sonuncu  
ifadədən     
 
     
 
     alarıq  ki,  bu  da  Nyutonun  III qanununun riyazi ifadəsi 
olacaqdır. 
Aydın  olur  ki,  Nyutonun  III  qanununa  əsasən  qarşılıqlı  təsirdə  olan 
cisimlər    bir  –  birinə    modulca    bərabər,    istiqamətcə    əks    qüvvələrlə  təsir 
edirlər.  
Əvvəlki  paraqrafda  qeyd  etmişdik  ki,  təsir  olan  yerdə  əks  təsir  də  olur. 
Onda  bu  qanununa  əsasən    qarşılıqlı  təsir  zamanı  bir  cisim  digər  cismə  hansı 
qüvvə  ilə  təsir  edirsə,  kütləsindən  asılı  olmayaraq  həmin  cisim  də  birinci  cismə 
ona bərabər qüvvə ilə təsir edir. Başqa sözlə desək, Nyutonun III qanununa görə    
təsir   qüvvəsi  əks   təsir   qüvvəsinə   bərabər   olur. 
Nyutonun  III  qanunu  qapalı  sistemlər  üçün  doğrudur.  Sistem  qapalı 
olmadıqda bu qanun doğru olmur.  
Əgər  sistemi  təşkil  edən  cisimlər  öz  aralarında  qarşılıqlı  təsirdə  olub, 
başqa  cisimlərlə  qarşılıqlı  təsirdə olmursa, belə sistem qapalı sistem adlanır.  
Fikrimizə  bir  qədər  aydınlıq  gətirmək  üçün  konkret  misallara  baxaq. 
Nyutonun III qanununa əsaslanaraq qeyd etmək olar ki,  kütləsi     olan Yer,  öz  
səthindən     hündürlüyə qaldırılmış       kütləli cismi hansı qüvvə ilə cəzb edirsə, 
cisim  də  Yeri ona bərabər  qüvvə  ilə  cəzb  edir.  Bəs  nəyə  görə biz həmişə  cismin 


 
44 
 
Yerə  doğru  hərəkətinin  şahidi  oluruq  və  bir  dəfə  də  olsun  Yer  cismə  doğru 
hərəkət  etmir?  Sadəcə  olaraq,  Yer  və  cismin  kütlələri  müxtəlif  olduğundan 
onların aldıqları təcillər də müxtəlif olur. Daha dəqiq desək, Yerin kütləsi cismin 
kütləsinə  nisbətən  çox  böyük  olduğundan  Yer  cüzi,  cisim  isə  böyük  təcil  alır  ki, 
nəticədə biz həmişə cismin Yerə doğru təcilli hərəkətinin şahidi oluruq. 
Başqa bir misala nəzər salaq. Bu qanuna əsasən arabaya qoşulmuş at onu 
hansı  qüvvə  ilə  qabağa    dartırsa,  araba  da  atı  ona  bərabər  qüvvə  ilə  arxaya 
dartmalıdır  və  nəticədə  araba  yerindən  tərpənməməlidir.  Həqiqətdə  isə  belə 
olmur.  Bunun  səbəbi    sistemin  qapalı  olmamasındadır.  Belə  bir  sistemə  atla 
arabadan  başqa  Yer  də  daxildir.  Başqa  sözlə  desək,  at  və  araba  öz  aralarında 
qarşılıqlı təsirdə olmaqla yanaşı, həm də Yerlə qarşılıqlı təsirdə olurlar. Ona görə 
də, bu halda Nyutonun III qanunu doğru olmur. Sistemin qapalı olması üçün, yəni 
Nyutonun  III  qanununun  ödənilməsi  üçün  Yeri  sistemdən  kənarlaşdırmaq,  daha 
doğrusu, Yerin təsirini (bu halda sürtünmə qüvvəsini) yox etmək lazımdır. Bunun 
üçün atla arabanı buzun üzərinə çıxarmaq kifayətdir. Belə olan halda at nə qədər 
çabalasa da, arabanı yerindən tərpədə bilməyəcək. 
 
ÜMUMDÜNYA CAZİBƏ QANUNU 
(Nyutonun dördüncü qanunu). 
 
Yerin  cisimləri  cəzb  etmək  xüsusiyyəti  vardır.  Bu  xüsusiyyət  cisimlərin 
Yerin səthindən aralanıb, kosmik fəzaya səpilməsinə imkan vermir. Yerin cazibəsi 
həmçinin  müəyyən  sürətə  malik  olması  hesabına  onun  səthindən  uzaqlaşmağa 
çalışan  cismin  sürətini  azaldaraq,  yenidən  Yerin  səthinə  qaytarır.  Görəsən,  belə 
xüsusiyyət təkcə Yerəmi aiddir?  Nyuton müəyyən etmişdir ki, digər cisimləri cəzb 
etmək  xüsusiyyəti  təkcə  Yerə  yox,  kainatın  bütün  cisimlərinə  aiddir.  Daha 
doğrusu, kainatın bütün cisimləri bu və ya digər dərəcədə bir-birini cəzb edirlər. 
Bu  hadisə  ümumdünya  cazibə  hadisəsi,  cisimlər  arasındakı  cazibə  qüvvəsinin 
nələrdən asılı olmasını göstərən qanun isə ümumdünya cazibə qanunu adlanır.  
Ümumiyyətlə      götürdükdə,    kainatın    (müxtəlif    qalaktikaların,    Günəş 
sisteminin  və  s.)  yaranması  məhz  həmin  cazibənin  hesabınadır.  Böyük  kütləyə 
malik    Günəş  böyük  cazibə  qüvvəsinin  hesabına,  bizim  yaşadığımız  Yer  də  daxil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə