40
vardır. Qüvvənin təsir yaradan səbəb olmasını nəzərə alsaq, deyə bilərik ki,
qüvvənin təsiri həm onun ədədi qiymətindən, həm də istiqamətindən asılı
olmalıdır. Başqa sözlə desək, kiçik qüvvənin kiçik, böyük qüvvənin isə böyük təsir
yaratması ilə yanaşı, eyni bir qüvvənin də bir istiqamətdə təsiri, digər
istiqamətdəki təsirindən fərqli olmalıdır.
Qüvvə həm də tətbiq nöqtəsi olan vektorial kəmiyyətdir, yəni qüvvənin
yaratdığı təsir həmçinin onun hansı nöqtəyə tətbiq olunmasından asılıdır.
Deməli, eyni bir qüvvə bir nöqtəyə tətbiq olunanda verilmiş istiqamətdə bir,
həmin qüvvə həmin istiqamətdə digər nöqtəyə tətbiq olunanda isə başqa təsir
yaradır.
Qüvvəni
dinamometr adlanan cihazla ölçürlər. Dinamometrin əsas
hissəsini elastiki yay təşkil edir və onun iş prinsipi
Huk qanununa (
bax, Elastiki
qüvvə) əsaslanır.
Qüvvələrin toplanması. Ədədi qiymətləri cəbri toplanan skalyar
kəmiyyətlərdən fərqli olaraq, vektorial kəmiyyətlər həndəsi (xətlərin köməyi ilə)
toplanırlar. Başqa sözlə desək, vektorial kəmiyyətləri toplayarkən onların ədədi
qiymətləri ilə yanaşı, həm də istiqamətləri nəzərə alınır. Qüvvələrin toplanması,
başqa sözlə, əvəzləyici qüvvənin tapılması deməkdir.
Əvəzləyici qüvvə - cismə tətbiq olunmuş bir neçə qüvvənin birgə göstərə
biləcəyi qədər təsir göstərə bilən qüvvədir.
Qüvvələrin toplanmasının bir neçə halına baxaq:
1.
olsun ( cismə tətbiq
olunmuş qüvvələr bir düzxətt üzrə olmaqla,
bir - birinin əksinə yönəlib - şəkil 49):
Şəkil 49.
Bu halda, əvəzləyici qüvvə modulu
böyük qüvvədən modulu kiçik qüvvə çıxılmaqla tapılır, istiqaməti isə modulu böyük
qüvvə istiqamətində olur
:
(
.
Bir – birinin əksinə yönəlmiş qüvvələr modulca
bərabər olduqda isə
(
əvəzləyici qüvvə sıfır olur:
= 0 olar.