298
Cəfərov Elimxan Süleyman oğlu 9 aprel 1955 -ci ildə
Qərbi Azərbaycanın (sonradan Ermənistan SSR adlandırılan)
Kalinino rayonunun Soyuqbulaq kəndində ziyalı ailəsində
anadan olmuşdur. O, 1972 -ci ildə orta məktəbi qızıl
medalla
bitirərək, Azərbaycan Dövlər Universitetinin fizika fakültəsinə
daxil olmuş və 1977 - ci ildə həmin fakultəni əla və yaxşı
qiymətlərlə bitirmişdir.
Üçillik pedoqoji fəaliyyətdən sonra Azərbaycan SSR
Elmlər Akademiyasının Fizika İnstitutunda elmi
fəaliyyətə
başlamış, 1981 – ci ildən isə SSRİ EA -nın Moskva şəhərində
yerləşən, Nobel mükafatı laureatı N.N. Semyonovun rəhbərlik etdiyi Kimyəvi - Fizika İnstitutunda
əvvəlcə təcrübəçi-tədqiqatçı, sonra isə aspirant olmuşdur. Həmin illərdə SSRİ EA -nın akademiki
V. İ. Qoldanskinin rəhbərliyi altında qan plazmasının əsas zülallarından olan albuminin fəza
quruluşunun tədqiqi ilə məşğul olmuşdur. Tritiumla nişanlama metodunun tətbiqi tədqiqatçıya,
ilk dəfə olaraq, molekulun səth sahəsini, polipeptid zəncirin bükülmə və molekulun səthinin kələ -
kötürlük əmsallarını müəyyən etməyə imkan vermişdir. Tədqiqatçı- alim həmçinin zülal
molekulunun səthində “hidrofob ciblərin” olması ideyasının ilk dəfə təcrübi təsdiqini verə bilmiş,
makromolekulu intakt domenlərə bölməklə, həm domenlərarası əraziləri tətqiq etmiş, həm də
riyazi hesablama yolu ilə molekulu təşkil edən domenlərin sayını müəyyənləşdirmişdir.
Tədqiqat işlərinin nəticələrinə görə 01.04.17 -“Kimyəvi fizika” ixtisası üzrə kimya elmləri
namizədi (1986, Moskva ş.) və 03.00.02 – “Biofizika” ixtisası üzrə biologiya elmləri doktoru (2004,
Bakı ş.) elmi dərəcələri almışdır.
E. S. Cəfərov AMEA - nın Radiasiya Problemləri İnstitutunun Radiobiologiya
laboratoriyasının müdiri, “Radiobiologiyanın müasir problemləri” üzrə Beynəlxalq Şüranın
üzvüdür. Əsas fəaliyyət istiqaməti radiobiologiya və radioekologiya sahələridir. Bu sahədə
E.S.Cəfərovun rəhbərliyi ilə Abşeron yarımadasının radionuklidlərlə lokal çirklənmə zonalarından
birində (Romanı yod zavodunun ərazisində) radionuklidlərin keyfiyyət və kəmiyyət tərkibi
müəyyənləşdirilmiş, onların həm torpağın ayrı - ayrı profilləri üzrə, həm də üfiqi müstəvidə
yayılma arealları və “torpaq - bitki” zənciri üzrə miqrasiya xüsusiyyətləri öyrənilmişdir. Həmçinin
də ərazini çirkləndirən radionuklidlərin yaratdığı ionlaşdırıcı şüalanmanın xroniki təsir şəraitində
yabanı halda formalaşmış ot bitkilərinin biomorfoloji və reproduktivlik xüsusiyyətləri, bu şəraitə
həssas olan fotosintez prosesi və bitkilərin antioksidant müdafiə sisteminin fəaliyyəti tədqiq
edilmişdir.
E.S.Cəfərov həm də Sumqayıt Dövlət Universitetində müəllimlik fəaliyyəti ilə məşğuldur.
O, Universitetin “Ekologiya və Təbiətdən İstifadə” kafedrasının professorudur. 140 - ə qədər elmi
məqalənin, 2 müəlliflik şəhadətnaməsinin, 2 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifidir.
1983 - cü ildə SSRİ EA - nın Kimyəvi - Fizika İnstitutunun (Moskva ş.) gənc alim və
aspirantlarının müsabiqəsinin qalibi (II yer), 1984 -cü ildə Ümumittifaq Lenin Kommunist Gənclər
İttifaqının Moskva şəhəri üzrə gənc alim və aspirantların arasında keçirdiyi müsabiqənin qalibi (III
yer) olmuşdur.
2005-ci ildə biologiya elmləri sahəsində xidmətinə görə AMEA –nın Rəyasət Heyətinin
Fəxri Fərmanı ilə təltif olunmuşdur.