Е. S. C ə f ə r o V f I z I k a


Radioaktiv parçalanma qanunu. Yarımparçalanma periodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   104   105   106   107   108   109   110   111   112

 
287 
 
Radioaktiv parçalanma qanunu. Yarımparçalanma periodu. 
  Radioaktiv maddələrin çevrilmələrini tədqiq edən Rezerford təcrübi yolla 
müəyyən etmişdir ki, zaman keçdikcə onların aktivliyi azalır.  
Hər bir radioaktiv maddə üçün elə bir müddət vardır ki, həmin müddət 
ərzində  onun  aktivliyi  iki  dəfə  azalır.  Bu  müddət      ilə  işarə  olunur    və 
maddənin yarımparçalanma periodu adlanır. 
Belə  çıxır  ki,    yarımparçalanma  periodu  ərzində  mövcud  olan    radioaktiv 
atomların tən yarısı parçalanır. 
Müxtəlif  radioaktiv  maddələrin  yarımparçalanma  periodları  kəskin 
fərqlənir.  Məsələn,    əgər   
 
  
   
      izotopunun  yarımparçalanma  periodu      
milyard  ildirsə,    radium  üçün  bu  rəqəm          ildir.    Yarımparçalanma  periodu 
saniyənin milyonda bir hissəsinə bərabər olan radioaktiv elementlər də vardır. 
İndi də radioaktiv parçalanma qanununa uyğun riyazi düstur çıxaraq. Fərz 
edək  ki,  başlanğıc  anda  (     )  radioaktiv  atomların  sayı       
 
  -  dır.          
müddətindən  sonra  bu  say     
 
 
 
 
,          müddətindən  sonra     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
,          müddətindən   sonra  isə      
 
 
 
 
    olacaqdır.   
Sonuncu    ifadədə       
 
 
   olduğunu    nəzərə    almaqla           
 
   
 
 
        
şəklində parçalanma qanunu alarıq. Burada,   
 
  başlanğıc anda,     isə             
müddətindən sonra parçalanmamış atomların sayıdır.  Aydındır ki, həmin müddət 
ərzində parçalanmış  atomların sayı         
 
      olacaq.   
Həm  parçalanmamış,  həm  də  parçalanmış  atomların  sayının  zamandan 
asılılıq qrafikləri  aşağıdakı kimi olacaqdır (şəkil 344): 
 
                                                                      
                  
 
                                                    
 
                               
              
                                                  
 
 
 
                                                            
                                                                                          
                                                     Şəkil 344. 


 
288 
 
 
 
 
   
və    
  
 
 
   
 nisbətlərinin   zamandan   asılılıq    qrafikləri  isə  şəkil 345 –
dəki kimi olacaq.   
              
 
 
 
                                             
  
 
 
   
  
                  1                                                  
 
 
                                                             
                                                                                         
                           
                                                  Şəkil 345. 
 
İzotoplar.
   
Radioaktiv çevrilmələrin öyrənilməsi göstərdi ki, kimyəvi xassələrinə görə 
fərqlənməyən,  lakin  fiziki  xassələri  (məsələn,  radioaktivlik  xassəsi)  müxtəlif  olan 
maddələr  mövcuddur.  Eyni  kimyəvi  xassələrə  malik  olduğundan,  onların 
atomlarını    Mendeleyev  cədvəlində  eyni  xanada  yerləşdirmək  olar.  Soddi  bu 
elementləri  izotoplar (eyni xananı tutan) adlandırmışdır. 
Sonradan  müəyyən  edildi  ki,  izotoplar  təkcə  radioaktivlik  xassəsinə  görə 
yox, həm də kütlələrinə görə fərqlənirlər. 
İzotopların atom nüvələrinin yükü eyni olduğundan, elektron örtüklərində 
olan  elektronların  sayı  da  eyni  olur.  Buna  görə  də  onlar  eyni  kimyəvi  xassələrə 
malik  olurlar.    İzotopların  kütlələri  müxtəlif  olduğundan,  onlar  müxtəlif 
radioaktivlik xassəyə malik olurlar. 
Müəyyən    edilmişdir   ki,  izotopların   kütlələrindəki    fərqlər    onların 
nüvələrindəki neytronların sayının müxtəlifliyi ilə əlaqədardır. Məsələn, hidrogen 
atomunun   
 
 
   (protium),    
 
 
    (deyterium)   və    
 
 
    (tritium)  kimi 3 müxtəlif  
izotopu vardır.    
 
 
   izotopu  1 proton və 1 elektrondan,    
 
 
     izotopu  1 proton, 
1 elektron  və 1  neytrondan,  və    
 
 
      izotopu isə   1 proton, 1 elektron  və 2  
neytrondan  ibarətdir. 
 
Atom nüvələrinin süni çevrilməsi. Neytronun kəşfi.
  
Atom   nüvələrinin   süni   çevrilməsini   ilk   dəfə   olaraq,  1919  – cu   ildə  


 
289 
 
Rezerford    həyata  keçirmişdir.  Bu,  təbii  radioaktivliyin  kəşfi  kimi  təsadüfi    kəşf 
deyildi.  
Aydındır  ki,  kifayət  qədər  dayanıqlılığa  malik  olan  nüvəni  asanlıqla 
parçalamaq mümkün deyil. Bunun üçün böyük enerji tələb olunur. Rezerford bu 
məqsədlə radiumun şüalandırdığı    -  şüalardan istifadə etməklə,  tarixdə misli 
görünməmiş    bir  çevrilməni  həyata  keçirə  bildi.  O,  azot  nüvəsini  bu  şüaların 
köməyi ilə oksigenə çevirə bildi:   
                          
 
  
    
 
 
     
 
  
    
 
 
   .   
Göründüyü kimi, bu reaksiya nəticəsində proton  (   
 
 
 ) alınır. 
Bundan  sonra  digər  tədqiqatçılar  da     -  şüaların  köməyi  ilə  ftorda, 
natriumda,  alüminiumda  və  s.  proton  əmələ  gəlməsi  ilə  nəticələnən  süni 
çevrilmələr apara bildilər. 
      –ci  ildə  atom  -  nüvə  fizikasında  yeni,    dəhşətli  bir  eranın  
başlanmasına  təkan  verən  hadisə  baş  verdi.  Çedvik  (Rezerfordun  tələbəsi) 
berilliumu       -    zərrəciklərlə    bombardman  edən  zaman    protonun  yox,  hətta 
             qalınlığında  qurğuşun  lövhəni  belə  sərbəst  keçə  bilən,  yeni  bir 
zərrəciyin  alınmasına  nail  oldu.  Müəyyən  edildi  ki,  yüksək  nüfuzetmə 
qabiliyyətlinə malik bu zərrəcik,  bilavasitə qazı ionlaşdıra  bilmədiyindən elektrik 
cəhətdən neytral olmalıdır. Ona görə bu zərrəcik neytron  (neytral sözündəndir)  
adlandırıldı. Qeyd edək ki,  belə bir zərrəciyin ola bilməsini  Rezerford  Çedvikin 
təcrübəsindən 10 il əvvəl  söyləmişdi. Bunu nəzərə almaqla, adı çəkilən reaksiyanı 
aşağıdakı kimi yazmaq olar: 
                                 
 
 
    
 
 
   
 
 
  
    
 
 
    . 
 
Atom nüvəsinin quruluşu. Nüvə qüvvələri.
   
Neytronun kəşfindən sonra atom nüvəsinin proton - neytron modeli təklif 
olundu. Bu modelə əsasən  nüvə  2 növ zərrəcikdən :  proton və neytronlardan 
təşkil olunub. 
Əgər  nüvədəki  protonların  sayını     ilə  (bu  həm  atomun  Mendeleyev 
cədvəlində  sıra  nömrəsini,  həm  də  neytral  atom  üçün  nüvə  ətrafında  fırlanan 
elektronların sayını göstərir), neytronların sayını isə     ilə  işarə etsək, onda nüvə 
zərrəciklərinin sayı   üçün                 ifadəsini alarıq ki,  bu say da  kütlə ədədi  
adlanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə