134
H Ü M A Y İ - Ə R Ş
Siracəddin əfəndiyə məxsus maaşın sənədinin surəti
Tuğra
Maliyyə xəzinəsinin təqaüdçülər və möhtacların maaşı və
yardımlarına məxsus sənədidir.
Miqdarı-müxəssəsi (ayrılmış məbləğ): 100 axça
Məhəlli-itası (Verildiyi yer): Amasiya sancağı
Tarixi-təxsisi (Verildiyi tarix): İki yüz səksən doqquz sənəsi
mayısının iyirmi altıncı günüdür. [1289]
Əsas və şərti-müəyyəni: Ba qeydi-həyat Maliyyə xəzinəsindən
muxas sasdır (Həyatda olduğu müddətcə Maliyyə xəzinəsindən
təxsis və təyin edilmişdir).
Numara:391
Sancaq məhəlli-iskanı qəza:
İsim və şöhrəti: Siracəddin əfəndi
Mülahaza: Həyatda olduqca mah be-mah (aybaay) veriləcəkdir.
Təqaüdə layiq və qayğıya ehtiyacı olanlara təxsis edilən və bağışlanan
maaş və yardımlardan yuxarıda təfsilatı ilə göstərilən şərtlər üzrə
Siracəddin əfəndinin ayı yüz quruş maaşa nail olduğu təsdiq edilərək bu
rəsmi sənəd əlavə edildi.
6 cəmaziyəl-ulə, 1290-cı il və 18 haziran 89-cu il (30 iyun 1873).
Xüsusi fəsildə deyildiyi şəkildə Siracəddin əfəndi həzrətlərinin gənc
yaşlarında – Əyyubi bir bəla ilə – cənnətə yol alması hər kəsin qəlbini ya-
ra lamışdı. Bunun üçündür ki, Allah adamları bu xüsusda əlaqələrini daha
artıq göstərmişlər.
O cümlədən birisi, həqiqət alimlərinin ən sonuncusu, fazillərin ən
fəzilətlisi, Ləbid və Həssanın həmpayəsi, Sədi Şirazinin adaşı, eşq və niyaz
Sinasının yolçusu, həqiqət sözcüsü olan Poylu Sədi əfəndidir.
Özünə öz aşiqanə ifadəsi ilə şahidlik etmək üçün Sirac əfəndinin vəfatı
tarixi haqqında yazdığı ölməz arifanə vəsiqəsi olan, qəlboxşayan şeiri
əbədiyyət səhifəsinə həkk olundu.
Bununla belə, hər şeydən əvvəl onu xələflərə tanıtmaq məqsədyönlü
olduğundan ona aid məlumat təqdim edildi.
Hacı Sədi əfəndi – Rusiyanın [Azərbaycanın] Gəncə vilayətinə tabe
Ağstafa qəzasına bitişik Tiflis ilə bu qəza arasında Kür (Kor) çayının ətrafında
qatar stansiyası olan Poylu kəndində dünyaya gəlmiş və doğulduğu yerdə
İlliyyin cənnətinin yolçusu olmuş uca ərşin bir tutisi idi.
Alim, fazil, əliaçıq, səxavətli, təqva sahibi, təvazökar, hər cür fəzilətləri
özündə birləşdirən, türk və fars dillərində bəlağətli şeirlər söyləməyə
müqtədir, bənzərsiz bir zat idi. Maddi və mənəvi kəmalatını əsasən Həzrəti
Pirə borclu bir xilqət xariqəsidir.
Müşkülgüşa [müşkül açan], əsrarbina [sirlərə vaqif] hakim bir arif və
bilikli zat imiş. Əzəli fitrəti həqiqət dilinin tərcümanı olmaq bəxtiyarlığını
ona bəxş etdiyindən şeirləri daima bədahətən meydana gəlmişdir.