1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə35/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   31   32   33   34   35   36   37   38   ...   181

96     

H Ü M A Y İ - Ə R Ş

Diyarbəkirdən Bağdada xəbər çatmış, eyni saatda Bağdad valisi İstanbula tel 

vurub “kainatın fəxri əleyhi əkməlüt-təhiyyat əfəndimiz (beyt: Şəfii-muta nəbiyyi-

kərim, Qasimi, Cəsimi, Vəsimi, Bəsim) həzrətlərinin mübarək qədəmlərinin 

şərəfli başmağı, yəni səadətli əmanəti tapıldı. Nə cavab buyurursunuz” - deyə 

elan olunduqda “o tərəfdən dəxi təcili bu tərəfə Şeyx və bir neçə zabitlə 

göndərin” şəklində cənab sədrəzəm tərəfindən əmr və fərman buyurulmuş. 

Sonra bunlar bu minvalla vilayətdən-vilayətə, şəhərdən-şəhərə və qəzadan-

qə zaya, xülasə, yol üzərində olan məmləkətlərin hamısına dəyərək, ziyarət 

etməyənlərə ziyarət etdirərək və cümlə şəhərdə istiqbal edərək Amasiya 

san cağına təşrif buyururlar. Qeyd olunan ilin  səfər ayının on üçüncü günü 

[m.1872, 22 aprel] saat on radələrində və bundan öncə ümumən istiqbala 

çıxdıqlarında Amasiyada yaşayan dövlətli Şeyx Hacı Həmzə əfəndi həzrətləri 

müridləri bərabərində olduğu halda iki saat mənzili piyada yol gedib mübarək 

başmağa qovuşdular. Hamı birlikdə torpaq üzərinə səcdəyə varıb Uca Allaha 

şükr etdilər. Sonra Şeyx Hacı Həmzə əfəndi ziyarət etmək üçün təzə ata 

minib səadətli nəleyni başına alıb ta şəhərədək apardı. Və gələrkən Həlvacı 

boğazı önündə əzəmətli, dövlətli Mehmed Rüşdü paşa həzrətləri və Amasiya 

mütəsərrifi səadətli Asif paşa həzrətləri iki tərəflərində tam təchiz olunmuş 

Hümayun ordusu bölük olub orta yerində peyğəmbərimiz Məhəmməd 

Mustafa səlləllahu taala əleyhi və səlləm əfəndimiz həzrətlərinin mübarək qədə-

minin, rəvayətə görə, sol başmağı təşrif edər. Amasiya şeyxlərindən Hacı 

Kamil əfəndi və Hacı Ömər əfəndi və Mövlanə şeyxi Safvət və Xatuniyə şeyxi 

İzzət əfəndi həzrətləri bütün müridlərilə adı çəkilən boğaz önündə sancaqları 

dalğalanaraq və Hu ismi-şərifini oxuyaraq toplaşmışlar. Bu şəhərin kənarında 

Hacılar meydanına o qədər insan gəlib ordu kimi izdiham cəm olmuş ki, 

hesabını Allahu taala həzrətlərindən başqa bir kimsə bilməz. Qeyd edilənlər 

ta şəhərə gəlincəyə qədər iki tərəfdə Hümayun ordusu mühafizə etmiş və 

digər tərəfdə yenə qoşun əl pəncə divan durmuşlar. Bu minval üzərinə 

şəhərin mərkəzinə gəldikdə Sultan Bəyazid Xan Vəli Allah qəbrini nura qərq 

etsin həzrətlərinin camesinin hərimində qurbanlar kəsillmiş, məscidin içində 

Hümayun minbəri önündə kürsü üzərinə qoyulub amin dedikdən sonra 

bü tün insanlar dua və həmdü sənalar ilə məşğul olmuşlar. Sonra “Əs-səlatu 

vəssəlam əleykə, ya rəsulallah, Əs-səlatu vəssəlam əleykə, ya həbiballah, Əs-səlatu 

vəssəlam əleykə, ya seyyidəl-əvvəlin vəl-axərin” [Bütün salatu salam sənədir, ey 

Allahın rəsulu; Bütün salatu salam sənədir, ey Allahın həbibi; Bütün salatu 

salam sənədir, ey bütün gəlib-keçmiş və gələcək insanların əfəndisi] duaları və 

sələvati-şərifə ilə minbərin yuxarısında mübarək saqqalın yanına qoymuşlar. 

Nəleyn o gecə minbərdə qərar edib ertəsi günü saat on ikidən axşamadək 

həm kişilər, həm də qadınlara ziyarət etdirilmişdir. Ziyarət bu şəkildə olur 

ki, səadətli Asif paşa həzrətləri Hümayun ordusunu ta minbər önündən orta 

qapıya gəlincəyə qədər bəzəmiş, xalq da bir tərəfindən gəlmişdir. O, ordu 

arasından keçmiş və xalq tamam olduqdan sonra Şeyx Hacı Həmzə əfəndi 

həzrətləri də mütəsərrif paşa ilə yenə səadətli minbəri gətirmişdir. O gecə 

də orada qərar tutmuş, mövludi-şərif qiraət olunmuşdur. Rəvayətə görə, 

əfəndimiz, sultanımız səlləllahu taala əleyhi və səlləm meraca təşrif buyurduğunda 

dövlətli qədəmində həmin bu başmaq var imiş. (Sallu əleyhi və səllimu təslimən) 

Və həmin bu sancaqdan (mahal) təşrif etməsi çərşənbə axşamı günü və yenə 




H Ü M A Y İ - Ə R Ş

    97

əvvəlki kimi məktəblərdən toplanan gənclər dəxi hamısı amin dedikdən sonra 

qiyamətdə şəfaətçimiz və rəsuli-kibriya Məhəmməd Mustafa sallə alə seyidinə 

Muhammədin və alə alihi və əshabihi əcmain həzrətlərinin mübarək başmaqlarını 

Şeyx Hacı Həmzə əfəndinin başına verib və Sultan Bəyazidin həyətində beş 

bölük qoşun ilə qala düzəldib bu qoşunun içində Şeyx Hacı Kamil əfəndinin 

müridləri sancağın önündə çəkilib. Bəzi müridlər huvə ismi-şərifini zikr edir və 

kimisi Əs-səlatu vəs-səlam əleykə, ya nuru-ərşillah, Əs-səlatu vəs-səlam əleykə, ya nuru-

xəlqillah, Əs-səlatu vəs-səlam əleykə, ya seyyidəl-əvvəlin vəl-axərin, vəl-həmdü lillahi 

rəbbil-aləmin [Bütün xeyir-dualar sənədir, ey Allah ərşinin nuru; Bütün xeyir-

dualar sənədir, ey Allahın yaratdıqlarının nuru; Bütün xeyir-dualar sənədir, 

ey bütün gəlib-keçmiş və gələcək insanların əfəndisi; Aləmlərin rəbbinə 

həmd olsun] zikrini təlqin edirmişlər. Bir tərəfdən də ilahi oxuyanlar sancaq 

önündə dövlətli Rüşdü paşa ilə Asif paşa həzrətlərinə Allahdan bağışlanma 

diləyirmişlər. Hər kəs cəm olub Güglüs təpəsinə qədər bərabər gedib Güglüs 

boğazı önündə dua edir, əhali amin dedikdən sonra Hacı Həmzə əfəndi 

başından götürüb məmur Yüzbaşı ağa başına alıb gedir. Və Hümayun ordusu 

dəxi boğaz önündə cəm olub rahatlandıqdan sonra yenə boru çalınaraq şəhərə 

gəlib bütün insanlar yerli-yerində qərar tuturlar. Cənabı-Haqq və Fəyyazı-

mütləq və Rəbbül-fələq həzrətləri iki cahan sərvəri Muhammədul-Mustafa 

səlləllahu taala əleyhi və səlləm əfəndimiz həzrətlərinin dünyada ziyarətindən 

axirətdə şəfaətindən məhrum eyləməyə, amin. Vallahi, şanlı Həzrət Məkkəyi-

mükərrəmə hörmətinə, Mədineyi-münəvvərə hörmətinə, sidreyi-müntəha 

(son cənnət ağacı) hörmətinə, övliyalar hörmətinə, peyğəmbərlər hörmətinə, 

müəlləq daşı hörmətinə, ərşi-müəzzəm hörmətinə cümləmizin dualarını 

dərgahı-izzətində qəbula qərin eyləyə, amin. 

Yola düşmə 9 şaban il 1288 [m.4 oktyabr 1871], 12 səfər il 1289 [m.21 

aprel 1872]

Qayıdış 12 şaban il 1288, 15 səfər il 1289 saat 2

10 bazar ertəsi günü Amasiyada saat 5-2



Həzrəti Pirə məktub yazan Əhməd Tayyib əfəndinin atası Nemətullah əfəndinin 

qeydlərini ehtiva edən cildli dəftərdə yazılı olub, Tayyib əfəndinin oğlu Əli əfəndi 

tərəfindən verilmiş dəftərdə görülüb üzü eynən köçürülmüş qeyd: 1 təmmuz [iyul] 1938 

cümə günü min iki yüz səksən doqquzuncu il səfərül-xeyrin on üçüncü bazar günü 

[m.22 aprel 1872] həzrəti peyğəmbərin səadətli başmağını təşrif etmək üzrə rastı olan 

Amasiya bölgəsindən keçərkən və gün boyunca bütün ərkan və əhali ziyarət etdiyi əsnada 

hələ də şəhərimizdə qüdsi şəriətin səccadə-nişini (şeyxi) olan Nasuhizadə “Vaqayi” katibi 

İbrahim əfəndinin nəvəsi möhtərəm əfəndilərdən fəzilətli Əs-Seyyid Mehmed Samih 

əfəndinin bədahətən söylədiyi qitədir. 

14 səfər 1289-cu il [m.23 aprel 1872]

Qitə:


Eylə istiqbalinə yalın ayaq, Samih, şitab, 

Nəli-paki-Həzrəti fəxri-risalətdir gələn.

Qoy güzərgahı-şəriətdə mürur etsün sərin,

İzzü iqbal eylə kim nəli-səadətdir gələn.


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə