1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə32/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   28   29   30   31   32   33   34   35   ...   181

86     

H Ü M A Y İ - Ə R Ş



bir gözəllik olmaq üçün cərəyan edən hadisələri ərz edirəm. Hasili, arif həkimlərin 

qütbü Şeyx Mühyiddin ibn Ərəbi (q.s) həzrətlərinin hekayələri arasındakı “mü-

va zinə” məsələsi çox diqqətəlayiq və əhəmiyyətlidir. Qısa, lakin çox geniş olan bu 

mövzu ətrafında iqtidar sahibi olanlar qiymətli fikir mübadilələrinə ehtiyac oldu-

ğuna dərhal razılaşarlar. Mövzu xaricinə çıxmağa səbəb olmasa idi, maddi surətdə 

müvazinə qanunu haqqında da bir-iki misal çəkərək sufi ariflərin müşahidə nəti-

cəsində daha neçə il əvvəl kəşfinə müqtədir olduqları rəmzlərə işarə edər və islamın 

irfan dərəcəsi haqqında məlumat verərdim. Buna da səbəb islamiyyətin nə demək 

olduğunu, irfanının dərəcəsini təqdir edə bilməyərək (Əflatunu bəyənməz necə diva-

nə lər gördüm) sözünü Ziya paşaya söylədən bəzi əhil olmayanlara qarşı həqiqəti 

aydın laşdırmağa məcburiyyət hiss etməyimdir.

Nə çarə ki, həm mövzudan xaric olması, həm də hər fürsətdə hissiyatını ifadəyə 

can atan kimsələr səviyyəsinə düşməmək əndişəsi, əlavə fikir bildirməyə imkan ver-

məmişdir. Ancaq bir gün gəlib də hər şey olduğu kimi görülməyə başlayınca bir 

həqiqətə vaxtilə mənim kimi bir acizin belə qələmi işarə edə biləcək qədər yoxsulluq 

içərisində olmadığımızı göstərmək üçün bu dəqiqəyə bu qədərcik bir işarə ilə ke-

çişdirdim. İnsafı olanlar təqdir buyururlar. Olmayan inadçılara sükutdan başqa 

cavabımız olmadığını söyləyərək məsələnin əslinə qayıdaq. 

Amasiya şəhərinin 

köhnə şəkli


H Ü M A Y İ - Ə R Ş

    87

AMASİYAYA QAYIDIŞI

A

ltı ay fasilə ilə iki ciyərparənin yoxluq aləminə qədəm basması 



və əvvəlcə Qarsda rast gəldiyi və aralarında qardaşlıq olan 

dostu Hacı Siracəddin əfəndi həzrətlərinə verdiyi vədi üzərinə 

Ərzurumdan hərəkətlə yanında Taşabadi Mustafa və Maraşlı Qazi Osman, 

Qarabağlı Qara Abdullah və Mühibüddin əfəndi bərabər olduğu halda 

quru yolu ilə Amasiyaya təşrif buyurmuşlar. Bu, 1282-ci hicri ilinə [m. 

1865/66] təsadüf edir. 

Gəldikləri il İçərişəhərdə Hacı Əli paşanın malikanəsində və o ilin 

yay aylarında Çaqallar adlı yerdə Subyacı Hacı Xəlil əfəndinin köşkündə 

yerləşmişdir. 

DƏRSƏ HAZIRLANMASI, 

OXUTDUĞU DƏRSLƏR VƏ TƏLƏBƏLƏRİ

S

abah oxudacağı dərsi, gecə yatsı namazından sonra hazırlayarmış. 



Dərsə baxarkən rəhlənin önünə bir lampa qoyar və önündə guya 

bir dinləyici varmış kimi yüksək arifanə bir səda ilə dərsi keçərmiş. 

Böyük tələbəyə “İsbatül-vacib”, kiçik tələbəyə məntiqdən “Hüsam Qəti” 

oxudurmuş, Hafiz Şirazi divanını da oxutmuş. 

İsbatül-vacib tələbəsi

Dərviş Məhəmməd, Dərviş Mahmud, Qandoğlu Sirac, Şıxlı (Şeyxli) 

kəndindən Hacı Məhəmməd, Kürdlər kəndindən Hacı Musa əfəndilər 

imiş. “Hüsam Qəti” dərsinə dərrakəsi bu səviyyəyə yüksələ bilmiş kimsələr 

davam etmişdilər. Xaricdən dinləyici sifətilə dərsə gələn tələbələr də 

mövcud imiş.

Dərviş Mahmud

Şeyxlidir (Şıxlıdır). Hacı Məhəmməd və Dərviş Məhəmməd əfəndilərlə 

həmkəndlidir. Fövqəladə zəka və fərasət sahibi olmaqla yanaşı dərvişlikdəki 

feyzi zahiri elmləri təhsilinə mane təşkil etmişdir. İrfani həyatını tam 

bir vəcd və eşq içərisində inkişaf etdirmiş və bu sayədə irfani dərəcələrin 

uca mənzilinə həqiqət səccadəsi sərmiş dilavər-qəhrəmanlardandır. İrfani 

qiyməti ariflər məclisi tərəfindən bəyənilmiş və təqdir edilmiş, zəmanənin 

bir yeganəsidir. Olduqca ədəbli, nəzakətli, zərif, xoşsöhbət, məclislərin bə-

zəyi idi. Məlamət pərdəsi arxasında gizlənən zatların yeganə ustadı idi. 

Sülukunun əvvəlində guşənişin olmuş, həyatını dağlar başında dolaşmaqla 

keçirmiş, ahulara, göyərçinlərə yoldaş və həmavaz olmuş, məhəbbətdən 

dəm vuran bir məcnun olmuşdur. Olduqca yaraşıqlı, siması vəcd nəqşəsi 

kimi şölənin özünə nur saçacaq bir surətdə idi. 



88     H Ü M A Y İ - Ə R Ş

XIX əsrdə Amasiya şəhərinin görünüşü. Qravür

Amasiya şəhəri. İçərişəhər məhəlləsində küçə



H Ü M A Y İ - Ə R Ş

    89

Divan təşkil edəcək miqdarda şeirləri olsa da, təəssüf ki, ələ keçirilməsi 

mümkün olmadı. Hacı Cəlil oğlu Əhməd əfəndi bu zatın şeirlərindən 

möv  cud olanları gətirib verəcəyini vəd etdiyi halda bu vədini yerinə ye tir-

məyə imkan qalmadan Allahın rəhmətinə qovuşdu. Yalnız Hacı Vəli Əfən-

dizadənin mərhum Mahmud Xacəndən rəvayət etdiyi bir beytini dərc 

etmək məcburiyyətində qaldım. Bu beytini söyləmə səbəbini mərhum belə 

nəql etmişdi.

Dərviş Mahmud Hüsaməddin əfəndinin evinə getmiş. Necə olubsa, 

fitrətən ona daban-dabana zidd olan bu zatı, Hüsaməddin əfəndini 

görüncə sifətini turşutmuş, ardınca Dərviş Mahmud:

Xanə məmur olmaq ilə xanədan olmaz kişi,

Təhsil etmək gərəkdir rızayı-Dərvişi -

demiş və ayrılıb getmişdir. 

Vəfatı 1298-ci ildədir [m.1880/81]. Qəbri Şamlar qəbristanında olub, 

hələ də dəqiq yeri məlum deyildir. Allah qəbrini nurlandırsın



Minlərlə alim, arif, 

mücahid yetişdirən 

Şıxlı kəndinin xəritəsi


90     

H Ü M A Y İ - Ə R Ş

ﺪﻨﻨﮑﻴﻣ ﺪﺠﺴﻣ ﻢﻴﻈﻌﺗ ﻥﺎﻬﻠﺑﺍ

ﺪﻨﻨﮑﻴﻣ ﺪﺟ ﻝﺩ ﻞﻫﺍ ﺏﺍﺮﺧ ﺭﺩ

ﻥﺍﺮﺧ یﺍ ﺖﻘﻴﻘﺣ ﻦﻳﺍ ﺖﺳﺍ ﺯﺎﺠﻣ ﻥﺁ

ﻥﺍﺭﻭﺮﺳ ﻥﻭﺭﺩ ﺰﺟ ﺪﺠﺴﻣ ﺖﺴﻴﻧ

ﺖﺳﺎﻴﻟﻭﺍ ﻥﻭﺭﺪﻧﺍ ﻥﺎﮐ یﺪﺠﺴﻣ

ﺖﺳﺍﺪﺧ ﺎﺠﻧﺁ ﺖﺳﺍ ﻪﻠﻤﺟ ﺎﻫﺎﮔﺪﺠﺳ



[Axmaqlar məscidi ucaldar və ona təzim edər, amma 

Könül əhli xarabatda səy edər.

Halbuki, o məcazidir, ay ulaqlar, bu həqiqət. 

Sərvərlərin könüllərindən başqa məscid yoxdur.

Övliyaların könülləri olan məscid

Hamının səcdəgahıdır, Xuda da oradadır.

Mövlanə Cəlaləddin Rumi, Məsnəvi]

* * *


Şıxlı kəndi və 

qəbiristanlığı


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə