1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə31/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   27   28   29   30   31   32   33   34   ...   181

84     

H Ü M A Y İ - Ə R Ş

Hacı Siracəddin əfəndi vəd verdiyi kimi əhdində vəfa göstərərək 

Amasiyaya təşrif etmişdir. Rusiyadan [Azərbaycandan] qayıtdıqdan sonra dörd 

ilə yaxın yenə Ərzurumda yaşamış və ətrafına feyz nuru saçmışdır. 1281-ci ildə 

[m.1864/65] bu iki qiymətli dürr - Rüknəddin əfəndi və Zəhra xanım altı ay 

fasilə ilə rövzeyi-xüldi-bərrinə [uca əbədiyyət bağçasına] köçmüşlər.

Mühibbüddin əfəndinin xəstəliyi və 

Zəhra xanımın vəfatı

Mühibüddin əfəndi çiçək çıxarmış, bu xəstəlikdən son dərəcə iztirablı 

bir vəziyyətə düşmüş. Hətta, uşaq kimi yaralarını qoparmağa başlamış. 

Yara lara toxunmamaq üçün Züleyxa xanımın qardaşı İsmayıl əfəndini 

yanına qoymuşlar. (İsmayıl əfəndinin rəvayətinə görə iki əlini tutmaqdan 

usanmış imiş.) Bu sırada xəstəlik irəliləmiş, təbiblər sağala biləcəyindən 

əndişə etməyə başlamış, bəlkə də ümidlərini üzmüşdülər. Zəhra beş yaşları 

içərisinə gəlmiş. Orada-burada otağın içərisində qaçıb-oynaya bilirmiş. 

Bu məsum bala Mühibüddin əfəndini çox sevir və əmi deyirmiş. Bir gün 

günorta vaxtı uşaq yenə otağın içində ötəyə-bəriyə oynayır və Siracəddin 

əfəndinin anası Əminə xanımla Həzrəti Pir uşağa baxarkən heç bir səbəb 

və zərurət olmadan atası uşağa xitabən: “Haydı qızım get, əminin ağrısını 

al gəl” deyə əmr etmiş. Uşaq da guya atasının əmrinə riayət dərəcəsini 

göstərircəsinə tərəddüd etmədən sevdiyi əmisinin otağına getmiş. Qayıt-

dıq da uşaqda bir narahatlıq əlamətləri görünməyə başlamış. Bayaqkı 

şənlik, fərəh gedərək uşaq yuxulamağa başlamış, getdikcə hərarət, xəstə-

liyin dərəcəsini göstərmiş. Qəribədir ki, üçüncü gün bu məsum körpə 

vəfat etmiş və Mühibüddin əfəndi də sevgili yegənini öz qucağında məzara 

apara biləcək qədər iqtidar və qüvvətə malik olmuş.

36

Bu rəvayət ilə Mühyiddini-İbni Ərəbi həzrətlərinin “Fütuhati-Məkkiyyə”sində 



nəql etdiyi bir rəvayət arasında bənzərlik olduğundan o hekayə də buraya eynən nəql 

edildi. 

Şahid olduğumuz bir vaqeəyə görə zamanımızın padşahlarından birinin qızı 

xəstə olmuş. O, xeyir və həsənatı sevən, məxluqatın xeyirlisi, pak təbiətli bir xanım 

idi. İnsanlar ondan çox xeyir və yaxşılıq görür və mənfəət tapırdılar. 

Bir zaman bu xanıma əcəl gəlmədən çarə tapması xüsusunda bəzi şeyxlərimizdən 

rica etdilər. Bu xahişə qarşılıq verən zat dərhal gəlmək nəzakəti göstərərək doğruca 

xəstənin yanına getdi və içəri girdi. Xəstənin yanında zövcü padşah vardı. Padşah 

hörmət və ehtiram bildirmək üçün şeyx girəndə ayağa qalxdı. Şeyx xəstəyə baxdığında 

xəstənin can verməkdə olduğunu anladı. Və padşaha xitabən: 

-  Nə durursan? Bu biçarənin məhv olmasına imkan vermədən çarəsinə 



baxsana. 

-  Nə ilə baxım.

-  Can bahasını sədəqə verməklə. 

 Padşah dərhal can bahasını sədəqə verdi. Bu sədəqə üzündən can çəkişmə halı 

durdu və xəstəliyin şiddəti xəfifləyərək xəstə də gözlərini açdı. Və şeyxə “xoş gəldiniz” 

dedi. Şeyx də: 

36

 Hadisəyə şəxsən şahid olduğunu söyləyən Əminə xanımın rəvayətindən.




H Ü M A Y İ - Ə R Ş

    85

- Bundan sonra sənin üçün bir qorxu qalmamışdır. Fəqət ölüm mələyi gəldikdən 

sonra məhrum bir surətdə geri qayıtmaz. Əlbəttə, onun üçün bir əsər lazımdır, biz 

səni onun əlindən aldıq, lakin o yenə haqqını bizdən istər, onun getməsini təmin 

üçün bir ruh əmanət etmək lazımdır. Halbuki, sən yaşadığın müddətcə xalq səndən 

faydalanır. Bu səbəbdən çox dəyərlisən. Bunun üçün qarşılıqlı bir fədakarlıq etmək 

lazım gəlir. Bu fədakarlıq da ancaq mənim üçün çox qiymətli olan qızımı sənin 

nəfsin qarşılığında fəda etməklə mümkün olacaqdır. Bən də qızlarımın içərisində 

mənə ən sevgili olan qızımı sənə fəda edəcəm- dedi. Və bundan sonra üzünü ölüm 

mələyinə çevirdi. Və ona dedi: 

- Sənin Rəbbinə dönməyin üçün, əlbəttə, sənə bir ruh lazımdır. O ruh, mənim 

qızımın ruhu olacaqdır. Mənim o qızıma qarşı olan məhəbbətimi bilirsən. Sən onun 

ruhunu bu ruh bədəlində al, çünki mən bunu Cənabi-vacibul-vücuddan satın 

aldım. O da mənə satdı. Və mən qızımı onun müqabilində sənin əmrinə verdim və 

bu xüsusda sənin buraya gəlmək haqqına qarşılıq olmaq üzrə qəbul buyurdu- dedi. 

Sonra oradan qalxdı və qızının yanına getdi. Qızına xitabən: 

- Qızım səndən bir şey xahiş edəcəyəm ki, o qədər də əhəmiyyət kəsb etmir. 

Xahişim budur ki, sən nəfsini mənə hədiyyə edəsən. Sən bilirsən ki, insanlara 

mənfəət xüsusunda, əmirəl-möminin qızı Zeynəb kimi deyilsən - dedi. 

Qızı da cavabında: 

- Ey möhtərəm atam, mən sənin hökmün altındayam, nəfsimi sənə bağışladım - 

dedi. Bunun üzərinə şeyx, ölüm mələyinə dönərək:

- Bunun ruhunu al, dedi. Və sözü bitən kimi şeyxin qızı vəfat etdi. Bu hal 

Həzrəti Xəlil ilə oğlu (salavatullahi əleyhima) arasında cərəyan etmiş məsələ ilə 

eynidir. Bu üsul ilahi müvazinəyə aiddir ki, bunu əhlindən başqası bilməz. Bizim 

üçün müqabil bir şey lazımdır. Lakin ruhu almağı lazım bilmərik, çünki biz bu 

qəbil hadisəyə şahid olduq. Aldıq. Ancaq əlavə olaraq müqabilində ruh vermədik. 

Bəhs etdiyimiz şeyxin bu qızını fəda etməsi və bu hərəkətin lüzumunu zəruri görməsi 

ona o məqamda varid olan halından doğmuşdur. Çünki bu sırada o şeyxin məşhədi 

Həzrəti İbrahimin (alə nəbiyyinə əleyhis-salatu vəs-sələm) qissəsi idi. Ona Həzrəti 

Xəlilin halı qələbə çalaraq hökm etdi. Əgər bizim dediyimizi anlasan səadətə nail 

olarsan. 

Həzrəti Pirin qızına xitabən əmr buyurduğu söz üzərinə xəstəliyin şəfa tapması 

və uşağın vəfatı haqqındakı rəvayətə bənzərlik kəsb edən Həzrəti Mühyiddinin (q.s) 

hekayəsi burada bitdi. Bənzərlik –qızına xitabən Həzrəti Pirin “Haydı, əminin 

ağrısını al gəl” deməsi və uşağın vəfatı, can verən, təbiblərin ümidlərini üzdüyü bir 

xəstənin sağalmasıdır. 

Hekayədə də ölüm döşəyində olan bir adamın satın alındıqdan sonra bir ruh 

daha verilmək surətilə həyatının qurtarılmasından bəhs edilir 

Şeyxi-əkbərin öz məqamına görə, satın alaraq əlavə ruh vermədiyini bəyan 

etməsinə görə mövqe müxtəlifliyi məxsus isə də Həzrəti şeyx ala bilmədiyi təqdirdə 

belə bir halı arzu buyurarsa, nə surətlə bu hala çarə tapıldığını da izah etmişdir. 

Əgər iki variantdan birisini seçmək, digərindən əl çəkməyi hasil edirsə, Həzrəti 

Pirin də almağa qüdrəti çatmadığı üçün bir ruh müqabilində bir həyatı qurtardığı 

anlaşılmaqdadır. Bununla yanaşı, bu gerçək və səhih rəvayətə görə Həzrəti Pirin o 

tarixlərdə qazandığı məqamların dərəcəsini əhli olanlar qiymətləndirərlər. 

Mən bu xüsusda səlahiyyət sahibi olmaq bir yana dursun, dəlil gətirməklə belə 

“o halda idi, bu halda idi” demək haqqına malik deyiləm. Bu yolda yuvarlananlara 


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə