1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə28/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   24   25   26   27   28   29   30   31   ...   181

74     

H Ü M A Y İ - Ə R Ş

Ağlı başında olanlar Şəkiyə, Dağıstana, Osmanlıya oxumağa getmişlər 

kimi bəhanələrlə savuşdururmuş. Fəqət ana ciyəri dözərmi? Yanır, sızlayır. 

Bir xəbər olmadan əvvəl heç bir hissi ağlına gətirmək istəmədiyi halda 

övladlarının yoxluğunu heç cür gözündən ayırmırdı, yuxunu tərk etmişdi. 

Gözlərini bağladığı zaman da oğulları vəhşi heyvanlar tərəfindən hücuma 

məruz qalırmış kimi xəyallar gözünün önündə canlanırmış. Bu surətlə 

yuxunu tərk edən bu ananın ağlaması, sızlaması, fəryad və fəğanı gündən 

günə artır, hər nə bahasına olursa olsun, iki quzusundan xəbər almaq 

imkanı axtarırmış. Heyhat, bəlkə də o məsum yavrucaqlar artıq Rəbbil-

aləminin hüzurun da qulluğa baş qoymuşdular. 

Qeyri-insani bir xəbər

Bu qadının fəryadından bezən qara cahilin biri bədbəxtlik qoxan bir 

sübh vaxtı guya vaveylasına nəhayət vermək ümidilə “Nə ağlayıb, sızlayır, 

hər kəsi narahat edirsən, Rəvanda tutuldular. Üzərlərində bir kağız çıxmış. 

Hökumət də onları Sibirə sövq etmiş” demiş. Ana olanlar qadıncığazın 

halını təsəvvür etsinlər. 

Əzablı bir ölüm

Ana şəfqəti bu iki balanın ələmini bu zavallı qadına unutdurmamış, 

hər gün ağlamış, sızlamış, kimsəsiz, məhrum bu zavallı yeməkdən-içmək-

dən kəsilmiş. Təbii olaraq ölüm yatağına da bu kədərlə uzanmış. Son 

dəmlərində “Ah, ağrılarını aldığım iki balam, gəliniz sizi çox görəsiyəm, 

qucaqlayım” – deyərək vəfat etmişdir. 

Bu zavallı qadının vəfatına qədər məişət işlərində bir köməkçisi olma-

dığı da bu kədərli xəbərin ardınca yayılmış rəvayətlərdəndir. Allah qəni 



rəhmət eyləsin, amin

Şəhidlərin başında gedən bu iki balanı da insafı olanların yaddan 

çıxarmaması xahiş olunur. 

Xan Xasay həzrətləri 

Xasay xanın bu xüsusa dair sorğu-sual edildiyi eşidilməmişdir. Ehtimal 

ki, xan həzrətləri, maddi olaraq, bu fəlakəti dəf edə bilmişdir. Sorğu-sual 

edilmişsə də əhəmiyyətli bir surətdə cərəyan etməmiş olmalıdır ki, xaricə 

yayılmamışdır. 

Məlum olan bir şey var isə, xan bu hadisədən çox zaman sonralara 

qədər qeyd edilən şəhərdə qalmış və orada mübarək canını tapşırmışdır. 

Bu xüsusda – məlumat olmasa da – bir ehtimal mümkündür. Məsələn, 

xan sünni idi. Xan qızı adı ilə məşhur Xurşidbanu xanımın zövcü olması 

cəhətilə Şuşa qalası əhalisi ilə aralarında daimi bir uyuşmazlıq mövcud idi. 

Bu xanım isə, əmlak və axar cəhətində Şuşa qalasında hakim bir vəziyyətdə 

idi və xalqın ona ehtiyacı vardı. 

Rus siyasətinin içi məlum deyil axı, bəlkə də bu surətlə həm ümumun 

nifrətini cəlb etdiyindən dolayı onun nüfuzunu kəsmək, həm də bir ixtilaf 

meydana gətirmək məqsədi güdməsi mümkün ola bilər. Bəlkə də Xasay 

xanın mövqe və əhəmiyyətinin göz önünə gətirilməsi, yaxud ona göz 

Xasay xan Usmiyev 



H Ü M A Y İ - Ə R Ş

    75

yumulmasının zamana görə müvafiq olması bu zatın sürgün edilməsinə 

və əziyyətə düçar olunmasına imkan verməmişdir. Ehtimal ki, məlumatına 

müraciət edildikdə hikmətli bir üslubla keçişdirmişdir. Hər nə də olursa 

olsun, ümmət fədakarlarından olduğuna şübhə yoxdur. 

Allah qəbrini nura qərq etsin. Amin. 

Eyni hadisənin təkrarı 

1328-ci il [m.1911/1912] tarixində Rusiyaya [Qarabağa] getmişdim. 

Cəbrayıl uyezdində Rafadinli kəndində əmimin evində yeddi gün qonaq 

qaldım. İtaliya Trablus hərbi davam edir, şəhərə gedənlər qəzet gətirir, 

təəssüf doğuran hadisələr eşidirdik. 

Bir gün camaat arasında hissiyatın verdiyi həyəcan nəticəsində bəzi 

sözlər söylədim. Bu sözü Qozlu çayında oturub oralardakı kəndli əhalini 

istismar edən Abdullah əfəndi adlı bir xocaya söyləmişlər. Xoca yemədən-

içmədən olduğumuz yerin altı saatlıq məsafəsində yerləşən Malakan bazarı 

adlı qəsəbəyə gedərək ərizə ilə rəisə xəbər vermiş. Rəis Cəbrayıl uyezdini 

dövr və təftiş etməyə getdiyindən ərizəni köməkçisinə vermiş. Ləzgi 

xanədanından olduğunu eşitdiyim, fəqət təəssüf ki, görüşə bilmədiyim bu 

zat, Abdullah əfəndini rədd etmiş. Abdullah əfəndi, əgər bu ərizəsini icraya 

qoymazsa, rəis gəldiyində ondan şikayət edəcəyini söyləmiş. Bu şərəfli zat 

ərizəni almış və dərhal müsəlman jandarmalarından birisini xüsusi olaraq 

mənə göndərmiş və olduğum bölgədən uzaqlaşmağımı söyləmişdi. 

Jandarma, günorta vaxtı yerləşdiyim evə gəldi, verdiyi xəbər üzərinə 

təbii ki, qaçdım. Bunun nəticəsində yaxamı qurtardım. Ancaq bu nəcabətli 

Hüseyn bəylə görüşməməyim bir yana dursun, şəkli-şəmailinə dair də bir 

məlumat ala bilməməyim məni qəlbən çox təəssüfləndirir. 

Bu zatın sayəsində Sibir çöllərindən qurtuldum. Yoxsa Sibir ellərində 

Veysəl Qərani oxuyacağım şübhəsizdi. Əgər bu zat sağ isə ömrü uzun, 

firavan və məsud olsun, vəfat etmişsə Allah qəbrini nura qərq etsin, övlad 

və əyalı ilə əbədiyyətə qədər səadətlə ömür sürsün. 

XURŞİDBANU XANIM 

O

lduqca gözəl, müstəsna, bir nadir gövhər 



imiş. Gözəl əndamı, gümüş ağzı göz alan 

bu xanımın elmi bəhrəsi də varmış. Mər-

hu mə barmağındakı üzüyünə özünün dindaranə ifa-

dəsi olan:

ﻮﻧﺎﺑ ﺪﺷﺭﻮﺧ ﻪﻤﻁﺎﻓ ﺰﻴﻨﮐ ﻮﻧﺍﺰﺑ ﻮﻧﺍﺯ ﮏﻠﻓ ﺮﺑ ﻪﺘﺴﺸﻧ

[Fələklə diz-dizə oturmuş, Fatimənin kənizi Xurşidbanu]-

beytini həkk etdiribmiş. Xasay xan ilə izdivacından 

sonra bəzi tərbiyəsizlər divarlara: [Fələklə diz-dizə otur-

muş, hamamlarda ... zamani Xurşidbanu] yazmışlar. Şuşa 

Xurşidbanu Natəvan 

övladları ilə



76     

H Ü M A Y İ - Ə R Ş

qalasında təsadüf etdiyim bir zatdan xanımın halını sorğu-sual etdim. 

Cavabında divarlara yazılı olan bu sözü söylədi. Başqa bir söz əlavə etmədi. 

Anladığıma görə bu izdivac incikliyi xanımın vəfatından sonra da yaddan 

çıxmamışdı. 



Allah təqsirindən keçsin

ŞEYX ƏFƏNDİNİN İZLƏDİYİ YOL

Y

anında olanlarla birgə sağ-salamat Arazı keçdikdən sonra Culfa, 



Təbriz, Xoy, Salmas, Rumiyədən keçərək Bəyazid yolu ilə Ərzu-

ruma gəlmiş. Və əmin-əmanlığa çıxmışdır. 

Təbrizdə tutulması

Təbrizə gəldiyində İran hökuməti tərəfindən yaşadığı yer mühasirə 

edil miş və Rusiyaya təslim edilmək üzrə ikən Təbriz valisinə xitabən 

jandarmalardan birisi vasitəsilə göndərdiyi məktub sayəsində xilas ol-

muşdur.

Məktubun məzmunu



Bir dindaşı Rus hökumətinə təslim etmək Müslimin oğullarını İbn 

Ziyada təslim etmək kimi bir şeydir. Bu hərəkətiniz elə bir zamanda 

qarşınızda çıxacaq ki, peşmançılıq fayda verməyəcəkdir. Bu hərəkətiniz 

sizin üçün doğru deyildir. Bizi qaçırmaq İran dilavərlərinə yaraşan 

mərdanəliklərdəndir. Həm də sizə əbədi səadət, bizə də dünyəvi nicata 

çatmaqdır. Sizin kimi nəcib vicdanlı valilərə seyidüş-şühədanın şəfaətçi 

olması duasındayam” şəklində yazdığı bir məktub dərhal təsirini gös-

tər miş və o gecə yarısında mühasirəni dəf edərək onu xilas etmişlər. Bu 

alicənab valinin adını öyrənə bilməməyimiz bizdə çox təəssüf doğurur. 

Cənabı-Haqq əcrini artıq eyləsin. 

Yanındakı dostlar 

Rusiyadan [Qarabağdan] hicrətində uğrunda özünü fəda edə biləcək 

zatlardan və ümmətin bahadırlarından - Bərgüşad çayı yaxınlığındakı 

Dondar kəndindən Hacı Himmət, Tumas kəndindən Hacı Məhəmməd, 

Cicimlidən Molla Əhmədin oğlu Muqim Əbdürrəhman, bacısı oğlu Mir 

Əbdülcabbarzadə Cəfər Təyyar, əmisi oğlu Mir Mustafazadə Mühibbüddin 

əfəndilər həzrətləridir. 

Geri dönənlər

Ərzuruma sağ-salamat çatdıqdan sonra Muqim Əbdürrəhman, 

Hacı Himmət, Hacı Məhəmməd Rusiyaya [Azərbaycana] qayıtmış, 

bacısı uşaqları Təyyar və Mühibbüddin əfəndilər isə mürşidin yanında 

qalmışlar. 



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə