1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə27/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   23   24   25   26   27   28   29   30   ...   181

H Ü M A Y İ - Ə R Ş

    71

Məktubu götürən zatlar 

Ümmətin bu iki fədakarı Bərgüşad çayı kənarında Sofili

34

 adlanan 



kənddə bir biçarə dul qadının oğulları olub, birinin adı Molla Əbdürrəhim, 

digəri Molla Rəsuldur. Şeyx Hacı Həmzə əfəndidən təhsil görməkdə 

imişlər. Ustadlarından gələn təklifə qorxmadan dərhal razılıq vermişlər. 

Nə üçün? Çünki Allahın rizasını vətən və millətlərinin uğrunda çalışmaqda 

görmüşdülər. Təəssüf ki, ümidləri hasil olmadan həyatlarının sonuna 

varmış bu iki bədbəxt şəhid olacaqlarını da təxmin etməmişdilər. 

Aqibətləri

Xan bağında toplanmış məclis sona yetib hər kəs öz evinə qayıtdıqdan, 

bu biçarələr də ümid yolculuğuna yönəldikdən sonra bəziləri arasında dedi-

qodu çıxmış ki, guya üç sünni şiə xanədanından bir zatın evində toplanmışlar. 

Daha doğrusu, sünni üləması qorxmadan onların xanədanlarının evlərinə 

gəlib-gedib istirahət edirmişlər, müvafiq olmuşmu?! Buna bənzər sözlər. 

Xalq arasında şayiələr çoxalmış. İllərdən bəri vicdanlarında gizlənib 

qalmış, imkan əl verməmiş arzularını yerinə yetirmək üçün hər yola baş 

vurmağa başlamışlar. 

Bu sırada Xasay xanın xidmətçisindən lazım gələn məqamlar da öy-

rə nilirdi. Vicdanlarında gizlənib qalmış arzuları nə idi. Sünniləri hər 

nəyə başa gəlirsə-gəlsin, zərərə uğratmaq və xüsusən də Xasay xan kimi 

təəs sübkeş sünni ləzgi xanədanına mənsub bir zatı Şuşa qalasından uzaq-

laş dırmaq arzusu idi. Bunun səbəbi isə Mehdiqulu xanın taxtında Xasay 

xanı görmək istəmədikləri kimi nə olursa olsun, sünnilərə qarşı dərin bir 

düşmənçilik, yazıya sığmayan bir ziddiyət mövcud idi. Buna əsasən, Xan 

qızının evində ən təəssübkeş bir sünni xanzadəsi yaşayır və adı çəkilən xanın 

yanında da ən çox sünni üləmasının təltif edilməsi və onlara ikram olunması 

bunların hissiyatını coşdururdu. Hər narazının və müxalifin ilk fürsətdə 

heç bir mənfi vasitəni qaçırmadıqları kimi bunlar da nə bahasına olursa 

olsun, bundan istifadəni əldən vermək istəməmişlər. Bir neçə “qabaqcıl 

şəxs” keyfiyyəti yalan-yanlış Rus hökumətinə xəbər vermiş. Təəssüf ki, Rus 

hökuməti tərəfindən bu iki zatın şəxsiyyəti və qiyafələrinin təsbit edilməsi 

gecikməmiş, izləri təqib edilərək Rəvanda tutulmuşlar və axtarış nəticəsində 

üzərlərində çıxan sənədlər səbəbilə saxlanılmışlar. Aparılan dindirilmədə 

islamiyyətə yaraşan qəhrəmancasına bir tövr ilə həqiqəti qəti şəkildə inkar 

etmişlər. Bunlara xeyli əzab və işgəncə verməklə bir nəticə əldə edilməyəcəyi 

anlaşılaraq çarə olaraq bunları satan kimsələrlə üzləşdirmək qərara alınır. 

Bu haldan Xasay xan mərhum xəbərdar olur və dərhal iki fədakarı yola 

çıxararaq gecə ikən birini Cicimliyə, birini də Ağdaşa göndərmişdir. 

Cicimliyə yetişən fədakar, məsələnin əhəmiyyətini layiqilə təsvir etmiş 

və Şeyx Hacı Həmzə əfəndi həzrətləri tərəfdarları ilə o gecədən etibarən 

bölgəni tərk edərək 12 saat içində Araz çayından İran hüduduna keçmişdir. 

1267-ci [m.1850/1851] ilin nəhayətindədir. 

34

  Qarabağın Araz çayı kənarında Molla Məhərrəmli kəndindən yazıçı alim Abdullah əfəndinin 



rəvayətinə görə, Bərgüşad çayı kənarında Sofili kəndi olmayıb, Kür çayı kənarında Allahilər 

kəndindəndir. Mərhum Mehrəli əfəndi həzrətləri belə rəvayət edirmiş.




72     H Ü M A Y İ - Ə R Ş

Şuşa şəhərinin XIX əsrdəki görünüşü

Şuşa qalası Xan sarayı altında şəbeh mərasimi. 1865 V.Vereşagin

l

l

d

b h

h

d k


Əhməd əfəndi həzrətləri

Əhməd əfəndi həzrətlərinə göndərilən zat isə, vaxtında yetişə bilmə-

diyindən Əhməd əfəndi tutulmuş və qandallanaraq fayton içərisində Sibirə 

göndərilmək üçün mühafizəçilərin arasında olduğu zaman qasid ona gəlib 

çata bilmişdir. 

Çox təəssüflə qeyd edilməlidir ki, “Ruslar Əhməd əfəndinin müəyyən 

bir zamanda Şuşa qalasına getməsi və qayıtmasına dair təhqiqat aparmaq 

lüzumunu hiss etmiş və bu təhqiqatını ruspərəst, “müsəlmanıq” deyən 

dinsizlər vasitəsilə həyata keçirmiş. Və onlar da tərəddüd etmədən –heç 

bir şeydən xəbərdar olmadıqları halda Rus hökumətinin öyrətdiyi tərzdə 

üzünə qarşı şahidlik etmişlər. Əgər bu rəvayət doğrudursa, (Allahın 

lənətinə gəlsinlər) ətrafı rus kazakları ilə əhatə olunmuş araba içərisində 

qandallanaraq peyğəmbəranə bir əda ilə boy göstərən bu müqəddəs 

vəsfli zata qarşı dinsiz, vicdansız insanlardan bir neçəsi: “Bu halın iləmi 

nəhəng hökumətə qarşı durmaq istəyirdin, sarsaq, axmaq” kimi ədəbsizcə 

təzyiq etmişlər. Bu mələkxislət zat bunların tərbiyəsiz təcavüzlərinə qarşı 

mübarək başına işarə edərək “Bununla cahana qarşı qoyacaqdım. Fəqət nə 

edim ki, müqəddəratımızı sizin kimi iblislər pozdu” –demiş və bu sözünün 

ardınca ovucunu açaraq, içərisindəki barıt və qurşunları göstərmiş. “Bu cür 

xəbis vasitələr qorxusu, dünya malı həvəsilə dinini dünyaya dəyişənlər hər 

zaman alçaqdır”- dediyini, rus məmurlarının bu söhbət əsnasında sözünü 

kəsmədiklərini, ancaq nəticəni haraya bağlayacağı anlaşılmayan bir sıra 

buna bənzər sözləri bitmədən arabanın dərhal hərəkət etdiyini və Əhməd 

əfəndinin bir çox mühafizəçilərin nəzarətində uzaqlaşdırıldığını, şübhəsiz, 

Sibirə aparıldığını bizə öz dürüstlüyü ilə seçilən və əyani surətdə bu 

hadisəni müşahidə edən, sözünə etibar edilən Nəbi dayı rəvayət etmişdir. 

Onun yarsız-kimsəsiz diyarda 

ﺍﺪﻴﻬﺷ ﺕﺎﻣ ﺪﻘﻓ ﺎﺒﻳﺮﻗ ﺕﺎﻣ ﻦﻣ

 [qürbətdə qərib olaraq 

ölən şəhid olaraq ölər] sirrinə nail olduğu çox böyük ehtimal olunur. 

Haqqında ailəsi də məlumat ala bilməmişdir. Mübarək məzarı onu 

sevənlərin və ariflərin qəlblərindədir. Şübhəsiz ki, o ali xislətli zatın bu 

surətlə yoxa çıxması namus və vicdan ərbabını incitmişdir. Fəqət fələyə 

qarşı belə iftixar edə bilərəm ki, belə bir mücahidi öz qələmimlə yaşatmağa 

müvəffəq oldum. Eyni zamanda onu satanların ruhlarını incitmək fürsəti 

də mənim qələmimə nəsib olmuşdur. Bunun üçün də ayrıca iftixar hissi 

keçirirəm. Namus və vicdan əhlindən bu zatın xeyirlə yad edilməsini rica 

edirəm. O diyar xalqından olan hər zat bu məsələyə aşina olduqda xati rə-

sini yaşatmağa çalışmaları böyük bir vəzifədir. 



Mübarək ruhu üçün Fatihə. 

Rəvanda tutulan “iki qəhrəman” deyə vəsf etdiyimiz Molla Əbdürrəhim 

ilə Molla Rəsul da şəxsiyyətləri müəyyən edildikdən sonra məchul bir 

istiqamətə aparılmışlar. Sibirə aparıldıqları yüz faizlik ehtimal daxilində 

olmaqla bərabər yolda şəhid edilmiş olmaları da güman edilir. 

Anaları


Bu iki şəhid məsumun anası Şeyx Hacı Həmzə əfəndinin qaçması barə-

də xəbər yayıldıqdan sonra gələn-gedəndən oğullarını soruşub-du rurmuş. 

H Ü M A Y İ - Ə R Ş

    73



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə