1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə33/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   29   30   31   32   33   34   35   36   ...   181

H Ü M A Y İ - Ə R Ş

    91

Dərviş Məhəmməd

Bu biçarə, bir qətl məsələsindən əmələ gəlmiş iftiranın qurbanı olaraq 

iyirmi il məhbus qalmış və iyirminci ilin ya başlanğıc və ya nəhayətində 

bəraət alaraq həbsdən çıxmışdır. Çiləkeş, səbirli, vüqarlı, həlim, nəcib bir 

zat idi. 

Qəribədir ki, uşaq vaxtı şəxsən şahid olduğum bir vaqeədə yenə ruhi 

əsalətini tamamən mühafizə etmiş və ona qarşı nahaq yerə baş vermiş tə-

ca vüzdə özünü müdafiəyə belə tənəzzül etməyərək məzlumanə oranı tərk 

edib başqa bir yerə köçmüşdür. 

Əgər beş-on sətir əvvəl yazdığım bir ifadə bu həqiqəti aydınlaşdırmağa 

imkan vermiş olsa idi, burada xeyli qiymətli məlumat dərc edəcəkdim. Tə-

nəzzül etməməsi mənim üçün bir şərəf olmaqla bərabər, izahı da tənəzzül-

dən vaqe olan nöqsanı əvəz edə biləcək bir mahiyyətdə olmadığından 

susdum. Buna əsasən, mənaqib üçün də çox lazımlı olduğunu əlavə edə 

bilərəm, çünki bu sayədə təriqət pərdəsi altında mənfi mənfəətlərini təmin 

etməyə çalışanları da bütün çılpaqlığı ilə göstərə biləcəkdim. Keçmişə 

qarışan xatirələr varsın əbədiyyətə qədər yaddan çıxsın. Cənabı-Haqq ha-

kim lərin ən qüdrətlisidir. Ayrıca olaraq bu kimi məsələlərə aid rəmzən də 

olsa izahat verilməsi lazım gələcəyi ehtimal daxilindədir. 

Dərviş Məhəmməd əfəndi qəzaya boyun əyərək iyirmi il həbsxanada 

qaldıqdan sonra bəraət qərarını cəza rəisi elan etdiyi sırada məqtulun oğlunu 

göstərərək “Məhəmməd əfəndi, bu uşağa qarşı düşmənçilik etməyəsiniz” 

– demiş. Məhəmməd əfəndi, cavabında “Əfəndim, o uşağın heç qüsuru 

yoxdur. Düşmənçilik adlanan şeydən, Allaha həmd olsun, uzağam. Bu 

uşaqda nə günah vardır. Bu, mənim öz günahımın bir cəzasıdır ki, Cənabı-

Haqq mənə verdi” – demiş. Bu saf, nəcib ifadəsi məhkəmə heyətinə çox 

təsir etmişdir.

37

 Fəqət o qədər bədbəxt idi ki, özü dediyi kimi tamahdan



düşmənçilikdən, həsəddən tamamən sıyrılmış olan bu zavallı hər kəsin 

nifrət və həsədinə səbəb olurdu. 

ﻩﺭﺍﺮﺳﺃ ﻦﻄﻔﺘﻳ ﻻ ﻦﻣ ﻥﺎﺤﺒﺳ 

[Əsrarı idrak oluna 

bilməyən Allahı tənzih edirəm.] 

Həbsxanaya məsum bir şəkildə girən bu biçarəyə Həzrəti Pir 

گﺮﻣ 

ﺵﺪﻳﺎﺑ ﻞﻤﺤﺗ ﺩﺎﺘﻓﺍ ﻡﺍﺩ ﻪﺑ ﻥﻮﭼ کﺭﺯ



 [Ağıllı quş tələyə düşüncə səbir etməlidir] misrasını 

yazaraq


38

 orada Allahın qəzasının sonunu gözləməsini məsləhət görmüşdür. 

Və həqiqətən, vəd edilmiş vaxta qədər halından şikayət etmədən təvəkkül 

və riza ilə bu çiləni tamamlamışdır.

İyirmi il içərisində ayağını uzadıb yatmadığı o zaman həbsxanada olan 

kimsələr tərəfindən rəvayət edilmişdir. 

Hacı Məhəmməd Əfəndi 

Tiflis vilayətinə tabe Qazax uyezdində Kür çayının sahilində, Qarayazı 

meşəsinin civarında Şeyxli-Şahlıq (Şıxlı) kəndində xaki-ətirnaka dəfn 

olun muş, mələkut şəkəristanının tutisi, lahut gülüstanının bülbülü, 

37

  Mühakimədə şəxsən iştirak edərək hadisəni eşitdiyini söyləyən Yəhya Nəcməddin 



əfəndinin rəvayətindən.

38

 Xoca Bəhaəddin əfəndinin rəvayətindən. 




92     

H Ü M A Y İ - Ə R Ş



Şamlar qəbiristanlığının 

əvvəlki yeri. Yuxarıda 

İsmayıl Şirvaninin türbəsi 

görünməkdədir.

zəma nənin seçkin alimi Əl-Hac Şeyx Süleyman əfəndi 

həzrətlərinin nəcabətli övladı olub həqiqət əhlinin öndəri, 

mərifət ərsəsinin dilavəri bir bənzərsiz zat idi. Könlü 

həqiqətlərə açıq Həzrəti Pirdən irfan yollarını öyrənən bu 

ali vəsfli zat, həqiqət yolunda Allahın sirrinə məzhər olmuş 

bəxtiyarlardandır. Kərəmli mürşidin əmri ilə Rusiyaya 

[Azərbaycana] köç etmiş, Rusiyada [Azərbaycanda] slav cin-

sindən olub müsəlman olduğunu söyləyən məlunlardan bir 

neçəsi casus deyə onu Rus hökumətinə xəbər vermiş və höku-

mət tərəfindən tutularaq Gəncə həbsxanasına aparılmış, 

orada həbs edilmişdir. Həbsdən qaçarkən onu təqib edən 

məmurlar tərəfindən qurşunla şəhid edilmişdir. Ayağına ta-

xı lan qalın zəncirləri əlləri ilə qırmaq kimi Heydəranə bir 

qüvvə göstərdiyi mübaliğəni ifrat dərəcədə sevən Qaraqoyunlu 

Hacı Rəsulun rəvayətindəndir. Nəcib olduğu qədər irfan 

sahibi, şücaətli olduğu qədər din və iman mücahidi idi. 

İrəlidə özü, anası Huriyə, atası Süleyman və qardaşı Hacı 

Əhməd əfəndi haqqında tədqiq lazım gələcəyindən hələlik 

burada təfsilatına toxunulmadı.

Sirac Əfəndi

Bu zat hər halda Rusiyanın [Azərbaycanın] Qazax uyezdinin Saraclı 

kən dindəndir. Yalnız xətmi-xacəgan oxutmaqdan məzun imiş. Si 

vasın 


Kangal qəzasına tabe Qurdoğlu kəndində məskunlaşmış və orada vəfat 

et mişdir. Süluk və irfanının dərəcəsi haqqında məlumat əldə edilməmişdir. 

Hacı Musa Əfəndi

İcazət aldıqdan sonra Rusiyaya [Azərbaycana] getmiş və iyirmi ildən 

artıq doğulduğu vətəni olan kənddə qaldıqdan sonra ailəsi ilə təkrar 

Amasiyaya hicrət etmişdir. Comərd, əliaçıq, rəhmdil idi. Fəqət gərək za-

hiri elmi və gərəksə irfani dərəcəsi qeyd ediləcək səviyyədə deyildi. Əxla  qi 

fəzilətləri vardı. Həzrəti Pirin türkcə divanının ikinci nəşri bu zat tərə-

findən Tiflisdə çap etdirilmişdir. Ümid olunur ki, bu xidməti səadətinə 

bais ola bilsin. Allah ona rəhmət etsin

ŞİRVANİZADƏ RÜŞDÜ PAŞA

1288


-ci ildə [m.1871/72] sədrəzəm, şəhidi-möhtərəm, böyük 

feyz sahibi, məhbubu-qülubu-üməna (əmin kəslərin 

qəlbinin sevgilisi), ariflərin fəxarətli tacı Rüşdü paşa ibnu Əl-Hac Əş-Şeyx 

İsmayıl Əş-Şirvani Əl-Kürdəmiri həzrətləri Amasiyaya təşrif etmişdir.  

O dürri-giranmayeyi-lahut (bir qiymətsiz lahuti dürr), mələkut üm-

manının sədəfi olan şərəfli atasının qüdsiyyət saçan rövzəsinin inşaatına 

başlamışdır. Türbənin inşasına aid əməliyyatlar, Şeyx Hacı Həmzə əfəndi 

həzrətlərinin nəzarəti altında icra edilmişdir. Mühib və müntəsibləri o 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə