H Ü M A Y İ - Ə R Ş
437
Mən də bu sayədə Allaha həmd olsun ki, bu əsərin ikmalına müvəffəq
oldum. Cənabı-Haqq bu zatı hər iki dünyada bəxtiyar buyursun, duasını
Allahın dərgahına yönəltməyə müqtədir oluşumu xatiməyə xoş sonluq
hesab edərəm.
Darül-Xilafə (İstanbul) müəllimlərindən
Zəkəriyya Bəyəfəndiyə
Fəzilətli əfəndim,
İnsaniyyət nöqteyi-nəzərindən hüzurunuza təqdim edilən bir ricamın
inayətiniz ilə hasil olmasına yardımcı olmanızı fəzilətli zatınızdan rica
edirəm.
Buna əsasən, ilk olaraq heç bir surətlə bir məcburiyyət qarşısında
qalmaq üçün bir səbəb yoxdur. Ancaq, pak vicdanınızın, ülvi hisslərinizin
yüksək bir nümunəsinə şahid olmaq bəxtiyarlığını idrak edəcək olursam,
mənə təzə bir ruh bəxş etmiş olacaqsınız. Bilmirəm ki, əsil duyğularınızdan
doğan bu hərəkət də bir növ mənəvi təzyiqə dəlalət edərmi? Hər nə isə
demək istədiyimə daha doğrusu, ricama, xahişimə gələk, daha açıqcası
istəyimə:
Bu məktubuma əlavə olaraq təqdim etdiyim öz əlimlə yazılı risaləmi
məktəbinizin müdiri Fəzlullaha verəcək olursanız, əbədiyyən minnətdar
olaram. Çünki onun əlinə keçdiyi vaxt bunu heç görməmiş gibi bir laqeydlik
içərisində unutqanlıq eyləməsi ehtimal daxilindədir.
Təbii olaraq bəndənizi tanımayacaqsınız və tanıya bilməyəcəksiniz.
Onun üçün – qaibanə – zatı-alinizə qarşı nə surətlə hissi-hörmət bəslədiyimi
də təqdir edəmməyəcəyinizi zənn edirəm.
Müdiriniz əfəndinin, əvvəlki əhvalını çox yaxşı bildiyim kimi yaxın
zamanlara qədər əhvali-ruhiyyəsini də çox yaxından tədqiq etmişəm.
Özünə bir süs vermək üçün hər cür saçma sapan sözü irəli gəri danışması
bu iddianı təsdiqləyir. Atasının İranın Xoy tərəfindən hicrət etdiyini bilən
zatlar hələ də axirətə köç etməmişlər. Bəzi yerə sünni yeridir, Şiraza şiə
yeridir deyən əfəndinin, bu müqəddəs vətənlə hələ bir maddi və mənəvi
münasibətini görmüş və eşitmiş deyilik. İndi neçə yaşında olsa da,
hələ də millətin hamiyyət kisəsindən gözünü ayırammır. Özünün layiq
olmadığı bir irfan yuvasını şantajçılıqla, reklamla, ikinci dərəcəli sövqlə
mövcud iddianın xilafına olaraq müdiriyyət kimi müqəddəs bir vəzifəyə
yiyələnməyi, idarə etməyi özünün fövqəladə təqdir edilən şərəfindən sayır.
Bu özündənrazı halı bir də uca təriqət libası altında icra etdiyinizi çox yaxşı
bilir ikən Şam valiliyini ələ kəçirən zat ki, nəzərimizdə dinin əsaslarını
ta təməlindən zəiflətdiyinə əqli və dini dəlillər ilə qəbul etdiyimiz bir
mutasallıtın çürümüş sümüklərini boyunumuza nəzərlik olaraq taxmaq
cəsarəti göstərir.
Əgər iddiası səhih isə bir dilim çörək ilə bir içim su ona kafi və yetər
olacaqdı.
Halbuki, mədrəsə kimi bir irfan mənbəyinin qapısına, bəlkə, çay içmək
üçün gəlmiş olmaqdan başqa maddi və mənəvi bir münasibətinin olub-
olmadığını bilmirəm.
Qarabağlı xəttat
Rəsul əfəndinin
dəsti-xətti ilə Hümayi-ərşin
səhifələrindən biri
438
H Ü M A Y İ - Ə R Ş
Göstərdiyi Şirazla bizim heç bir əlaqəmiz yoxdur. Həmd olsun gəldi-
yimiz bölgə xalqının elm və irfanda öndəri olmaqdan başqa günahımız
olmadığı kimi tam və kamil bir ləyaqətimiz olmadan müsəlmanların beytül-
malına - azacıq olsun - nəzər atmağı belə düşünmədiyimizi bölgə xalqı etiraf
edər. Əqaiddə keçən zalım sultanları, tarixdəki ürək parçalayan hekayələri
biz yazmadıq. Vicdanımız ülvidir. O ülviyyətdir ki, ələviyyətlə olan ortaq-
lığımızı təmin etmişdir. Həzrəti Əmmar radiyallahu anh haqqında gələn
peyğəmbərin şərəfli hədisini də səhihi-Buxaridə biz qeyd etmədik.
Biz, Rəbbani imamdır, filandır deyə hədisi-mərfuu, mövzu, uydurma
səviyyəsinə düşürməkdən vicdanən uzağıq. Bizə görə xüsusi şərəfini qəbul
etdiyimiz şanlı peyğəmbərimizin ən kiçik kəlməsi kainatın fövqündədir. Bu
kimi dini tələqqilərimiz qarşısında səssiz qalan şəxslərə etibar etməməyi də
peyğəmbər əleyhissəlam (Əleyhi əkbərüt-təhiyyat) əfəndimiz həzrətlərinin
adına izafətən etdiyimizi əlavə olaraq qeyd edirəm. Əliyyül-Qari gibi möh-
tərəm bir müəllifin sözü də bizim halımıza oxşamaqdadır ki, “Şam eşik-
ağasının haqqında uydurulan və və’z edilən hədislərin cümləsi əhli-sünnə
cahillərinin xarakteristik cəsarətidir” deyir.
ﻻ ﺔﻴﻫﺍﺭ ﻦﺑ ﻖﺤﺳﺍ ﻝﺎﻗ ﺔﻳﻭﺎﻌﻣ ﻞﺋﺎﻀﻓ ﻲﻓ ﺔﻨﺴﻟﺍ ﻞﻫﺃ ﺔﻠﻬﺟ ﺾﻌﺗ ﻪﻌﺿﻭ ﺎﻣ ﻚﻟﺫ ﻦﻣ ﻭ
ﻲﺷ ﻡﻼﺴﻟﺍ ﻪﻴﻠﻋ ﻲﺒﻨﻟﺍ ﻦﻋ ﻥﺎﻴﻔﺳ ﻦﺑﺍ ﺔﻳﻭﺎﻌﻣ ﻞﻀﻓ ﻲﻓ ﺢﺼﻳ
“Mövzuat”, Əliyyül-Qari, səhifə 123 sətir 19.)
Özünü div aynasında böyük görməsin. Əgər mətbəə olsaydı mənzum,
mənsur hər ikisini də aləmlərə ibrət olmaq üçün nəşr etdirəcəkdim. Əhli-
beyt nədir, nədən ibarətdir, kimlərə deyilir, bunları bilməkdən çox aciz
olan əfəndi, şeyxlik iddiası ilə qarışıq bir lisan altında mötədillik əmr edir.
Turuqu-aliyyə əhlinin böyüklərindən sayılan Əbdülqadirlər, Seyid Əhməd
Rufailər, Mövlanə Camilərin, hörmətli müctəhidlərin böyüklərindən olan
İmam Şafiinin ilham dolu kəlamlarını buraxıb feyz və irfan dərəcəsi ən
ibtidai səviyyədə olan bir dərviş tərəfindən idrak edilə biləcək bəzi şəxs-
lə rin mənasız sözlərinə tabe olmaq da əlimizdən gəlmir.
ﻩﺭﻮﻁ ﺉﺮﻣﺍ ﷲ ﻢﺣﺭ
ﻯﺪﻌﺘﻳ ﻢﻟ ﻭ ﻪﺴﻔﻧ ﺭﺪﻗ ﻑﺮﻋ
[Allah, nəfsinin gücünü bilib həddini aşmayana rəhm
etsin.] hikmət dolu hədisinin uca məfhumunu ehtiva edən qüdsi mənanı
əfəndiyə xatırladıram. Elm və fəzl qabımıza heç çata bilməyən əfəndinin,
özünü təqdir etməsi ilə yanaşı onların ardınca getməyi vacib bir vəzifə
qəbul etməsini arzu edirəm.
Allah bilir ki, bundan sonra bu kimi nalayiq hərəkətləri ixtiyar edəcək
olursa, iç üzünü tamamilə üzə çıxaracağam. Və bunun üçün ayrıca bir
məktub da lazım olan yerlərə yazdım. Hələ bir az “Əmsilə”, “Bina” oxusun
ondan sonra özünə bir hissə ayırmağa haqqı olsun. Zamandan istifadə ilə
Ayintaba Maarif müdiri olduğu üçün özündə fövqəladə bir şərəf olduğunu
təsəvvür edirsə, çox yanılır. Əsl vəzifəmiz olan irşad fəaliyyətini əfəndiyə
indidən etməyi dini vəzifələrimizdən sayar və namuslu şəkildə layiq
olmadığı o müdiriyyət məqamını əhlinə verərək istefa etməsini ona tövsiyə
edərik.
Vətən övladının artıq cahil əllərdə -quş kimi can çəkişməyə- taqəti
qalmamışdır. Bundan otuz dörd il əvvəl uğursuz bir məsələ üzündən
Xarputa sürgün edilən zatın ən aciz bəndələrindən belə xeyirxah tənbehlər