H Ü M A Y İ - Ə R Ş
435
Ehsan edəli feyzini ol piri-müfəxxəm,
Oldum şu kəsafətlə bir ixlasi-mücəssəm,
Əsad sana mövdui-vəsayayi-mükərrəm,
Ey Mir Nigari, bana məxsusu müsəlləm,
Sər-xidməti-meyxaneyi-sevdayi Muhamməd.
Dəhnəli Hacı İsmayıl əfəndi
Gərəkli bir məktub münasibətilə bir mülahizə
Dəhnəli bir Hacı İsmayıl əfəndi vardı. İmkan daxilində Həzrəti Pirin
xidmətində olmuşdu. Müttəqi, abid bir zat idi. Fəqət Həzrəti Pir bu zata
xilafət verməmişdi. Bununla bərabər çalışqan, yəni vird və zikrlərinə
davam etdiyi bir çox zatlar tərəfindən rəvayət edilən bu zat, son zamanlarda
İstanbula gedib-gəlirdi. Bu səfərlərində zəmanə adamlarından bir neçə
zatla görüşmüş, necə olubsa bəziləri üzərində xoş təsir əmələ gətirə bilmişdi.
Bir dəfə Hərbi nazir və sədrəzəm Mahmud Şövkət paşa ilə görüşmüş və
edilən rəvayətə görə paşa tərəfindən xoş qəbul edilmişdi.
Sonralar bu xoş qəbulun təsirilə olmalıdır ki, bir neçə dəfə İstanbula
getdi, gəldi. İstanbula gedişində Həzrəti Pirin farsca divanını da çap etdirdi.
Həqiqətən, kitabların çapında mərhum Hacı İsmayıl əfəndi yardımçı
olmaqla bərabər, bütün məsrəfləri Kəşfi Əfəndizadə Kaşif və Bəhri bəylər
ki, Həzrəti Pirin müxlislərindən idilər və şəxsən Həzrəti Piri görmüşdülər-
tərəfindən təmin edilmişdi. Bu iki nəcib ruhlu zatlar sərmayələrini bu
uğurda itirmiş və qətiyyən hüznlənməmiş yeganə vəfakar, kərəmxislət
kimsələrdir. Cənabı-Haqq ikisinin də qəbrini nurla doldursun. Amin bi-
hörməti-seyyidil-ənbiyayi-vəl-mürsəlin.
Hacı İsmayıl əfəndi mərhum İstanbulda yaşadığı müddətcə Həzrəti
Pirin qüdsi namına qoşularaq təriqət təlim etmiş və bir çox zatlar ona
mürid olmuşdurlar. Bunu ona gələn məktublardan anlamışdım. Çünki
cavablarını mənə yazdırırdı.
Bunlardan birisi poçt-teleqraf naziri Haşim bəyəfəndidən gəlmişdi.
Mən bu məktubu saxladım. Həzrəti Pirin irfan qaynağından zərrə qədər
bəhrələnmiş olan zatların dəxi bir-birinə zidd olaraq iqtibas etdikləri
ruhani nəzərin mənəvi təsirinin dərəcəsini göstərmək üçün illərdən bəri
saxladığım bu məktubu eynən aşağıya dərc edirəm. Bu müttəqilər sultanı
və ariflər hakimi həzrətlərinin mürşidanə himmətinin nəticəsidir ki, şəfqət
nəzərlərinin qovuşduğu zatların cümləsi öz istedadı nisbətində irfan
feyzindən bəhrələnmiş olmuşdur.
Haşim bəyin məktubunun surəti
Mürşidi-dil-agahım, əfəndim,
Kaşif Bəy qardaşımız vasitəsilə göndərilməsinə yardım buyurulan
lütf-nameyi-mürşidanələrini sevinc və iftixarla aldım. Təqdimi-ərizədə
qüsurum çoxdur. Fəqət bilmirəm mürşidin qulağına çatdımı? İki ilə yaxın
bir zamandan bəri min cür əhvala məruz idim. Qətiyyən arzu etmədiyim
və təkrarən rədd etdiyim poçt və teleqraf nəzarətində bir müddət xidmət
etməyim fəlakətə səbəb oldu. Maaşdan, məmuriyyətdən məhrumiyət kimi
436
H Ü M A Y İ - Ə R Ş
maddi ziyandan başqa Bəkir ağa zindanlarında və əsgəri Divanı-hərblərdə
səbəbsiz və haqsız olaraq süründürüldüm. Nəhayət pirin himməti ilə
haqq təcəlli edərək azad edildim. Ancaq bu davamlı fəlakətlər cismən və
ruhən bəndənizi pərişan eylədi. Təsirlərindən atam və yoldaşım xəstə
oldular. Bir tərəfdən dərdimə yanmaqda digər tərəfdən xəstələrlə məşğul
olmaqdayam. Hər zaman olduğu kimi fəlakət anlarında da qəlbən zatı-
mürşidanələrindən ayrı deyil idim. Möhtac və müftəkir olduğum himməti-
aliyələrinin bi-diriğ və ibzal buyurulmasını xüsusi olaraq niyaz edirəm.
Keçənlərdə Divanı-Hafizdən təxmin eyləmiş idim. Bu beyt zühur eylədi:
ﯽﻟﻭ ﺩﻮﺑ ﻢﺳﻮﻫ ﺖﻣﻼﺳ ﻭ یﺮﻴﮑﻬﺷﻮﮔ
ﺱﺮﭙﻣ ﻪﮐ ﻥﺎﺘﻓ ﺲﮔﺮﻧ ﻥﺁ ﺪﻨﮐ ﯽﻣ یﺍ ﻩﻮﻴﺷ
[Muradım, istəyim guşənişinlik və salamatlıq idi
Lakin o fitnəkar gözəl elə bir əda (fitnə) etdi ki, soruşma]
Bu fal bəndənizi xeyli düşündürdü. Pərişan fikrim səhih bir surət
tapmadı. Mürşidimin fikrini soruşmağı münasib gördüm. Mürşidanə nə-
zərinizin feyzinin mən acizin üzərində daim olması təmənnisi ilə möhtərəm
əllərinizi öpürəm, şeyxim, əfəndim. 9 fevral, il. 1336.
Əl-fəqir Həsən Haşim.
ƏLAVƏ
G
özəl Qarabağımızın Qaradağlı kəndindən Hesabdarzadə
Əbdül müttəlib oğlu Rəsul əfəndi adlı zatın kiçik yaşımdan bəri
ailəsi ilə birgə haqqımda göstərdiği müxlisanə məhəbbətini zikr
etmədən keçmək qədər böyük bir günah olmaz mənim üçün.
Odur ki, zaman uyğun, fürsət əlverişli ikən atası Əbdülmüttəlib, oğlu
Rəsul kimi bir xoş təsadüfə məzhər olan bu zatın adını xatiməyə sihri-
həlal qəbilindən olmaqla qeyd edirəm. İnsanlıq məfhumunun əmr etdiyi
əsaslardan xəbərdar olanlar mənim bu hərəkətimi çox böyük dəyərləndirər
və təqdir edərlər. Olmayanlara deyəcəyim yox.
Bu zat nəsx və süls xətlərində zamanımızın Yaquti-Müstəsimisi idi.
Xoş əxlaqlı, təvazökar, dəyanətli bir zatdır. Külfət sahibidir, kasıbdır. İftixar
etməyə dəyər ki, gözəl Qarabağımızdan belə bir nadir kimsə yetişmiş. Və
yazısı ilə əlaqədar xeyirli xidmətlər etmiş, çox əsərləri Əmir Teymurun
Sədəddin Təftəzani həzrətləri haqqında buyurduğu kimi orduların
qılıncının girə bilmədiyi yerlərə qədər bu zatın əl yazısı getmişdir.
Həqiqətən etirafa layiqdir ki, istərsə Həzrəti Pirin buna təvəccöh edən
kimya nəzərlərinin təsiri deyilsin, yaxud özünün dəyanətli bağlılığının əsəri
olsun. Həzrəti Pirin divanının əlavələrini, minlərcə nüsxə yazmış olduğu
kimi hər necə oldusa mənim bu yazdığım mənaqibin üzünü ağartmaq
şərəfi də bu zata nəsib oldu.
Doğrusunu söyləmək lazım gəlirsə, onun o gözəl, ruh oxşayan yazısı
məni çox yaxşı təşviq etdi.
Qarabağlı xəttat
Rəsul əfəndinin gözəl
dəsti-xətti ilə Hz. Pirin
Divanına yazdığı
səhifələrdən biri