H Ü M A Y İ - Ə R Ş
439
əsasən vicdan saflığının kamilliyindən qaynaqlandığını bəyan və bu vəsilə
ilə ehtiramımı ərz edirəm, əfəndim. Hidayət üzrə olanlara salam olsun.
11 sentyabr il. 338. (1919-1920) Bəndeyi-Şahı-Bəha.
MƏŞHUR XƏTTAT DAĞDUROĞLU
M
erzifonda Dağduroğlu adı ilə bilinən bir xəttat var idi ki, ixlası
tam, dəyanətli, etiqadlı, vicdan əshabından idi. Bu zat ömrü
boyunca yüz ədəd Quran yazmış, təzhib etmişdir. Eyni zamanda
dini virdlər və zikrlər, risalə və məcmuələrdə də çox yazmışdır. Rüşdiyyə
məktəblərində yazı müəllimliyi etmiş və çox tələbə yetişdirmişdir. Məşhur
Tokatlı Nuri ilə bir-birini həcv etmişlərdir. Həzrəti Pirə məhəbbəti çox
olan zatlardan birisi də budur. Tam qənaət əshabından təvəkkül sahibi bir
zat olub yazdığı Quranlardan birisini Həzrəti Pirin şərəfli oğlu Siracəddin
əfəndiyə hədiyyə etmişdir.
Adı Mustafa Rüşdü əfəndidir. Merzifonun Sofular məhəlləsindəndir.
Siracəddin əfəndi həzrətlərinin vəfatından mütəəssir olduğundan haqqında
mərsiyə, Həzrəti Pir haqqında da müxlis olaraq ixlaslı bir mədhiyə yazmış
olmaqla eynən aşağıya dərc edildi. Allah günahından keçsin.
Həzrəti Pir haqqındakı beytləri:
Tələb eylə ol şahın, Feyzi, dəryayi-səfid olmuş,
Gəlibdir ali-Zəhradan bu əsrə Bəyazid olmuş,
Təcəlli eylədikcə haqq bərabər xoş-nüvid olmuş.
Bənim Seyid Nigarim Mir bu dəhr içrə fərid olmuş,
Onu inkar edən münkir Xudasından bəid olmuş.
Təriqi-Nəqşibəndidən geyinmiş xil’əti-irfanı,
Rəvişi ol Ziyaüddin Xalid Şahi-Süleymani,
Rəsuli-kibriya nəsli olubdur ruhu-sultanı.
O cümlədən
Yazub övsafını bir-bir vəlayətlə olub agah,
Sülukundan necə əvvəl xəbər vermiş ricalullah
239
,
Həbibi-nəsli-Haşimdən gəlirdir bir əhlullah.
O cümlədən
Bəsirət gözləri kühli-həqiqətlə mücəlladır,
Ona vəhbi olan ilmi-lədünni səd müəmmadır
240
,
Cəmali-pakinin nuru bizə şəmsi-təcəlladır.
239
Əşrəfoğlu Ruminin və yaxud Seyid Seyfullahın Həzrəti Pirin adı ilə əvvəlcə gələcəyini
xəbər vermiş olduğu haqqındakı rəvayəti dəstəkləyir.
240
Ən vaqifanə söylədiyi misra budur.
440
H Ü M A Y İ - Ə R Ş
O cümlədən
Gözün aç kim nəfəsi-ülyaları müxlislərə kimya,
Dəmadəm vaqiful-əsrar olub ol eyləməz ifşa,
Çalar Mənsur-veş təbl, ənəlhəq söyləməz əsla.
O cümlədən
O zatın damənin bus eyləmək haqdan hidayətdir,
Və lakin kor gəlib getmək bu dünyaya həmaqətdir,
Muhamməd Mehdiyə varınca ta sahibi-əmanətdir.
O cümlədən
Nə mümkün əbdi-naçar Rüşdiya vəsfin edə itmam,
Sənin şanın pək əladır, nə anlar zahidi-bədnam,
Çü tabi ruhuna ərvahı-əhlullah ulül-əfham.
Siracəddin əfəndi haqqındakı şeirindən
Rihlət etdi bu fənadan ol Muhamməd çeşmin aç,
Gör ki təqdiri-Xudayı mömünə verməz rəvac,
Oldu əhbabın qülubu münkəsir misli-zücac.
Gənc ikən nuş eylədi camı-əcəldən ol Sirac,
Heç kimsə bulmadı dərdinə onun ilac.
Kim tuta indiniz və bu xalqda onun yerin,
Vah yazıq, güc eylədi bundan əvvəldir səmin,
Daş dökünsün bədə mə səbu səməvatü zəmin.
O cümlədən,
Bunca ixvan validini dərdə etdi mübtəla,
Matəm etsün ağlasun ta həşrədək əhli-vəfa,
Munis olmuşdu ana elmu helmu ədlü səxa.
O cümlədən,
Yad olunca aşiq ismi var idi sahibi-ədəb,
Deyələr getdi Siracəddin əfəndi bi-səbəb,
Qönçeyi-gül ikən soldu eyvah, Seyidi-ali-nəsəb.
O cümlədən,
Rüşdiya, heç kimsəyə baqi deyildir bu cihan,
Kim gəlürsə gediyor, bu gedişdən əl-aman,
Əl-aman, ey çərxi-zalim, tiği-zülmündən aman.
H Ü M A Y İ - Ə R Ş
441
MERZİFONLU HACI BAYRAMZADƏ
XOCA SİDQİ ƏFƏNDİ
B
u zatın Həzrəti Pirlə əlaqəsi olmamaqla bərabər, onun fikir və
qənaətləri vasitəsilə fikirlərini cəmləşdirdiyi üçün ondan bəhs
edilmək lüzumu, zərurətən, hasil oldu. Bu səbəbdən xoca haqqın-
da da məlumatı mən əlavə edirəm.
Xoca həzrətləri, 65-70 yaşları arasındadır. Bu zatla bundan üç il
öncə tanış olmuşdum. İndi 1348 hicri və 1931 miladi ilidir. Merzifonda,
Amasiyada, İstanbulda, təhsil almış bu Xoca əfəndi (Allah ona salamatlıq
versin) qısa boylu, çubuq içər, zarafatcıl, hazırcavab, tərbiyəli, son dərə-
cə səxavətli, nöqteyi-nəzərində çox israr göstərir, heç bir qüvvə öz qənaə-
tin dən çevirə bilməyəcəyi kimi, dünyada heç kimsəyə baş əyməyəcək
qədər də ülviyyətə malik, öz kəsbilə keçinir, sərt, qatı olduğu qədər həlim,
sağlam, hətta, təəssüb dərəcəsinə varan əhvali-ruhiyyəsi qədər müstəqil,
həqiqətşünas olduğu qədər nöqteyi-nəzərində ifratçıdır. Hasili, bir təzad
məcmuəsi olan xoca əfəndi eyni zamanda ədib və xiridardır. Vicdanımın
qibləgahı olan Şeyxi-Əkbər Mühyiddin Ərəbi həzrətlərinə və xələflərinə
çox küskün, Sədəddin Təftəzani həzrətlərinin fəqir şagirdidir.
Tanışdığımız gündən bəri Merzifona getdiyimdə bir-birimizdən bir
dəqiqə ayrı dura bilmədiyimiz halda Şeyxi-Əkbər həzrətlərinin vəhdəti-
vücud bəhsindəki məsələsini ortaya atar və hər zaman da bir-birimizi hər
bir halda incidəcək qədər gurultu etməmizə rəğmən yenə o axşam birləş-
məkdən vaz keçə bilməmək kimi bir məhəbbət göstərərik, bu surətlə xoca
əfəndi ilə demək olar ki, günümüzün ən çox qismi bərabər keçirdi.
Bu il 1931-ci ildə yenə Merzifona getdiyimdə Xoca ilə görüşərək və
dərhal qeyd olunan məsələ üzərinə münaqişə etdik. Fəqət bu hallar heç bir
zaman səmimiyyətimizi pozmadı. Əksinə şiddətlənirdi. Xocanın bir halı
vardır ki, hər şeyə etiraz edər, qəti, qəfil bir mühakimə yürüdür. Bunun
üçün bu kitabı yaxşıca tədqiq və hər nöqtəsinə mülahizəsini qeyd etməsini
rica etmişdim. İki ay qədər bir zaman kitab xoca əfəndinin yanında qaldı.
Təbii, yazdığı şeyləri tərbiyə və əsalətindən vermədi. Fəqət iki yerə – ki
biri 512-ci, digəri 609-cu səhifələrdədir- karandaşla yazmış. Öz əl yazısı
olduğu üçün silmədim. Öz qənaətinin ifadəsi olduğu üçün Xoca əfəndinin
anlayışına ən böyük şahiddir.
İştə nöqteyi-nəzərı-ittihadı - Həzrəti Pirlə - bu məsələdədir. Adı çəki-
lən həzrət əhli-təriqətə də darqındır şəriətə də xalqa da. Xoca əfəndi
həz rətlərini kimsə ilə barışdırmaq da mümkün deyildir. Mətanəti, vəfası,
qənaətinə sahib çıxması, tərbiyəsi, səxavəti, həqiqətən, təqlidə layiq bir
təhqiqatın məhsuludur. Çox çilə çəkmiş, fələyin uğramadığı silləsi qalmamış
fəqət heç bir şey qənaətini sarsıtmamışdır. Hal-hazırda özü rəncbərlik edir,
təmiz, namuslu bir həyata malikdir. Allah ömrünü uzun etsin duasını
da hər zaman Xoca haqqında ifadə etməkdən özümü saxlaya bilmirəm.
Xocanın incəliyindən və əhvali-ruhiyyəsinin ifadəsindəndir ki:
“Bir gün Vergi idarəsi məmurları xocanın qaçaq tütününü –bir qəlyan-
yaxalamışlar. (Xoca qaçaq tütün içər və çubuq içmək adətidir. Qəlyanı da