432
H Ü M A Y İ - Ə R Ş
Razıyam zülfi-səmənbər nə edərsən bana et,
Qeyrə cövr etmə, a dilbər, nə edərsən bana et,
Olma na-əhlə sitəmkər nə edərsən bana et,
Qılma əğyarə cəfa hər nə edərsən bana et,
Kim çəkər möhnəti-sultanı gədadan qeyri.
Yoğikən cövrü cəfa etmə sənin huyində,
Bağladın canımızı kaküli-xoşbuyində,
Dəmbədəm gəzmədəyiz anın içün suyində,
“Vermədin bir mahal aya nə içün kuyində,
Neylədik biz sana ol yerdə sənadan qeyri”
Keçsə də zərrə qəbula yoxdur dadlı sözüm,
Qalmadı halimi ərz etməyə, ey yar yüzüm,
Yana qanunu-bəlayayi-firaq içrə özüm,
Xalü zülfün dilər eyvah bu ağlara gözüm,
İstəməz qərqeyi-girdabı-qaradan qeyri.
Varmıdır başa gələn hökmü-qədərdən özgə,
Qalmadı bir işimiz canı hədərdən özgə,
Yox imiş bəhrə bizə dərdü-kədərdən özgə,
Kim bilir dərdimizi daği-cigərdən özgə,
Kim sora halimizi badi-bəladan qeyri.
Badi-möhnət ilə bu qönçeyi-rahət solsun,
Badeyi-qəm ilə bu şişeyi-qəlbim dolsun,
Sana təqdimə münasib bu gədada nolsun,
Yox ki, bir varisim layiqi-dərgah olsun,
Nə isə çarə nədir canı fədadan qeyri.
Edəməz mədhini bir kimsə nigarın hərgiz,
Dəri-əsrarı bilinməz o qəddarın hərgiz,
Kim bilir baisini dildəki zarın hərgiz,
Cabeca vəsfi-dilaranı yarın hərgiz,
Söyləməz tabı-nəzərgahı-Xudadan qeyri.
O fəlakətzədə Məcnun dolaşır səhradə,
Yoğikən mərhəmətü lütfü kərəm Leyladə,
Yinə ümidi-vəfa eylər idi hər cadə,
Bəzmi-kərubilərə dairəyi-Minadə,
Bənzəməz dairəyi-Şahi-Bəhadan qeyri.
Kim demiş könlümün əndişəvü-zarı yoxdur,
Nəlminin lütfü-vəfa sahibi yarı yoxdur,
Sövqü-eşq içrə anın şövqilə karı yoxdur,
Bəzmi-rindanə gəl, ey Mir Nigari, yoxdur,
Canfəza eşqi-Xuda mehrü-vəfadan qeyri.
H Ü M A Y İ - Ə R Ş
433
Möhtərəm fazil Əhməd Əmri əfəndi
qardaşımızın qeydlərindən iqtibas Mövlanə
Seyid Nigarinin qəzəlinə təxmis
Sirrimi açdı çıxıb naleyi-ney çahımdan,
Dəmi-suzanı gəlür sanma atəşgahımdan,
Gizlidür narı-dil ər münkiri-bədxahımdan,
Yaqılur nəcmi-sürəyya gecələr ahımdan,
Tutuşur ərşi-bərrin ahi-səhərgahımdan.
Qadirəm hər şeyə sevda gibi həmrahım ilə,
Ki təərrüf edərim aləmə dilxahım ilə.
Olmuşam mərdi-müsəlləm nəzəri-mahım ilə,
Xaneyi-xurşidi bir ahı-səhərgahım ilə,
Tarümar eylər idim olsa izin mahımdan.
Kuyi-dildarda dil şövqlə cövlan eylər,
Dideyi-xun-fəşan cismimi al qan eylər.
Narı-firqət alışub bağrımı büryan eylər,
Gahü bigah yanar aləmə əfqan eylər,
Öylə kim, od saçılur ahı-cigərgahımdan.
Həmdü lillah, bən ol xəncəri-bərranəm kim,
Hər cəhətdən kəsərəm ədlilə seylanəm kim.
Münkirə dərdi-əbəd möminə dərmanəm kim,
Ərsəyi-mehrdə bir nadiri-dövranəm kim,
Fəthdir pişrəvim nüsrət Allahımdan.
Mütribi-bəzm bu gün nəğməyi-rahi söylər,
Saqiyi-eşq dəxi vəsfi-riyahı söylər.
Meyi-gülfam coşub razı-fəlahi söylər,
Səri-meyxorda qülqül ki, sürahi söylər,
Məst olur badə-pərəst xəndeyi-qahqahımdan.
Şərəri-eşqi-ilahi ki, bana verdi qəbəs,
Hər nə hal üzrə isəm sönmədi ol nari-həvəs.
Guşi-can qanda bulunsam duyar avazi-cərəs,
Gər cünunam vəli qafil deyiləm nim-nəfəs,
Qorxarım kim, qəzəbi-Leyliyi-agahımdan.
Necə bir xof, Xülusi, yetər artıq kədərin,
Əfv edər yarisini zayi olur mu hünərin?
Dəri-rəhmətdən ümidanə ayırma nəzərin.
Bu nə aşüftəlik, ey Mir Nigari, xəbərin
Yoxmudur heç məgər kim, kərəmi-şahımdan.
Hüseyn Xülusi
434
H Ü M A Y İ - Ə R Ş
Təxmis
Son dövr qütblərdən İstanbulda Kəlami dərgahı postnişini (şeyxi)
əş-Şeyx əl-Hacc Məhəmməd Əsəd Ərbili (Allah sirrini müqəddəs qılsın)
həzrətlərinin Həzrəti Pirin qəzəllərindən seçib yazdığı təxmis eynən
mərhum həzrətin divanının 41-ci səhifəsindən iqtibas olunur.
“Nəqşibəndi şeyxi Əmir Nigari həzrətlərinin şeirinə təxmisdir:”
Nuru-bəsərim, sərdəki sevdayi Muhamməd,
Sevdayi-sərim, dideyi-şəhlayi Muhamməd,
Arami-dilim, sünbülü-rənayi Muhamməd,
Sinəmdədir ol daği-təmənnayi Muhamməd,
Könlümdədir ol nari-təvəllayi Muhamməd.
Heç qalmadı başda həvəsi-laləyi-əhmər,
Etməz dili-şeyda tələb sağəri-kövsər,
Hər dəm edər əzvaqımı haqqıyla müəttər,
Hər ləhzə qılır könlümü rəşk-avəri-ənbər,
Əfkarı-du gisuyi-saman-sayi Muhamməd.
Bir şəxsin olursa, gər ixlas rəfiqi,
Tövfiq olur, əlbəttə, anın yari-şəfiqi,
Mişkati-hidayətlə bulur feyzi-təriqi,
Əltafı-Xudadır verir imani-həqiqi,
Dildadələrə zülfi-çəlipayi Muhamməd.
Ey tutiyi-xoşquyi-qələm, dalma sükuta,
İzhar ediyor ol haqqı varmış ki, sübuta,
Miracı verib şəşəə təxti-cəbəruta,
İsrada salıb vəlvələ mülkü mələkuta,
Rəftarı-şirin qamətü balayi Muhamməd.
Təşrifi-qüdumilə mələk xürrəmü xandan,
Ənvari-füyuzilə fələk cənnəti-Ədnan,
Ya rəb, bu nə dövlət, bu nə izzət, bu nə ehsan,
Əyyamü-ləyali həme sərgəştəvü heyran,
Rəşk-zədeyi-leyleyi-İsrayi Muhamməd.
İxlasım edincə Haqq içün hali xələldən,
Ayinəmi saf etdi Xuda jengi-əməldən,
Əndişə yox artıq nə əməldən, nə əcəldən,
Əl-minnətü lillah ki, mənəm ruzi-əzəldən,
Pərvanəyi-əsmayi-müsəmmayi Muhamməd.
Dostları ilə paylaş: |