1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə135/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   131   132   133   134   135   136   137   138   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Fe3O4 - maqnetit
Fe2O3 - hematit
Fe2O3 · nH2O - limonit
FeCO3 - siderit
FeS2 - pirit
Alınması. Dəmirin alınması təbii birləşmələrinin reduksiyasına əsaslanır. CO dəmir oksidini tədricən reduksiya edir. Bu zaman 4500-5000C-də Fe3O4, 6000C-də FeO və 7000C-də sərbəst dəmir alınır.
3Fe2O3 + CO =2Fe3O4 + CO2
3Fe3O4 + CO= 3FeO + CO2
FeO + CO= Fe + CO2
Fe2O3 + 2Al= 2Fe + Al2O3
2Fe2O3 + 3Si =4Fe + 3SiO2
Elektroliz üsulu:
FeSO4 + 2H2O Fe + H2 + O2 + H2SO4
Təmiz dəmir almaq üçün dəmir 3- oksidi hidrogenlə reduksiya edir, ya da dəmir-pentakarbonili termiki parçalayırlar.
Fe + 5CO Fe(CO)5 Fe + 5CO
Fiziki xassələri:Dəmir gümüşü-ağ rəngli parlaq metaldır. İstiliyi və elektriki yaxşı keçirir. Sıxlığı p = 7,86 q/sm3 , ərimə temperaturu isə tər = 15390 C-dir. Dəmir orta kimyəvi aktivliyə malik metal olub, maqnit xassəlidir.
Kimyəvi xassələri. + 2 oksidləşmə dərəcəsi göstərdiyi birləşmələri:
Fe + S FeS
Fe + CuSO4 FeSO4 + Cu
Fe + 2HCl FeCl2 + H2
Fe + H2SO4(duru) FeSO4 + H2
Dəmirin +3 oksidləşmə dərəcəsi göstərdiyi birləşmələri:
2Fe + 3Cl2 =2FeCl3
2Fe + N2 = 2FeN
3Fe + 2CO → Fe3C + CO2
2Fe + 6H2SO4(qatı) = Fe2(SO4)3 + 3SO2 + 6H2O
Fe + 4HNO3(qatı) = Fe(NO3)3 + NO + 2H2O
8Fe + 30HNO3 (duru) = 8Fe(NO3)3 + 3N2O + 15H2O
10Fe + 36HNO3 (duru) = 10Fe(NO3)3 + 3N2 + 18H2O
8Fe + 30HNO3 (duru) = 8Fe(NO3)3 + 3NH4NO3 + 9H2O
Dəmir zərhəldə (çar arağında) yaxşı həll olunur.
Fe + 3HCl + HNO3 = FeCl3 + NO +2H2O
(3:1) zərhəl
Dəmirin +6 oksidləşmə dərəcəsi göstərən birləşmələri (ferratlar) da məlumdur.
5Fe + 4NaOH + 6NaNO3 = 5Na2FeO4 + 3N2 + 2H2O
)
Tətbiqi. Saf dəmirdə tez maqnitləşmək və maqnitsizləşmək qabiliyyəti var, buna görə də onu transformatorlar, elektrik mühərrikləri, elektromaqnitlər və mikrofon membranlarının hazirlanmasında tətbiq edilir.Dəmir əsasən ərintilər – çuqun və polad şəklində istifadə edilir.
5.ALMÜMİNİUMUN OKSİD VƏ HİDROKSİDLƏRİ,ONLARIN ALINMASI VƏ XASSƏLƏRİ.AMFOTERLİK
Alüminium oksidi ağ rəngli maddə olub, 20500C – də əriyir. O, təbiətdə korund və gil torpaq şəklində rast gəlinir. Bəzən korundun şəffaf, gözəl və rəngli kristallarına təsadüf edilir. Korundun xromla əmələ gətirdiyi qırmızı rəngli birləşməsi yaqut, titan və dəmirlə əmələ gətirdiyi göy rəngli birləşməsi sapfir adlanır. Yaqut və sapfir çox qiymətli bəzək daşlarıdır. Alüminium oksidi amfoter xassəyə malik olub, adi şəraitdə suda, turşularda və qələvilərdə həll olmur. Lakin qatı qələvi məhlulu ilə qaynadıldıqda qismən həll olur. Alüminium oksidini qələvilərdə soda və kalium pirosulfatda əritməklə həll edirlər.
4Al(NO3)3 → 2Al2O3 + 12NO2 + 3O2
2Al(OH)3 → Al2O3 + 3H2O
Al2O3 + 6HCl → 2AlCl3 + 3H2O
Al2O3 + 2NaOH → 2NaAlO2 + H2O əritdikdə
Al2O3 + 2NaOH + 3H2O → 2Na[Al(OH)4] məhlulda
Alüminium-hidroksid. Al(OH)3 suda həll olmayan ağ rəngli bərk maddədir. Dolayı üsulla alınır. Al(OH)3 amfoter xassəlidir.
AlCl3 + 3NaOH → Al(OH)3 + 3NaCl
2Al(OH)3 + 3H2SO4 → Al2(SO4)3 + 6H2O
Al(OH)3 + NaOH → NaAlO2 + 2H2O əritdikdə
Al(OH)3 + 3NaOH → Na3 [Al(OH)6] məhlulda
Alüminium və onun birləşmələrinin tətbiqi. Alüminiumun texniki cəhətdən qiymətli olan bəzi kimyəvi, fiziki və mexaniki xassələri, onun texnikada geniş miqyasda işlədilməsinə səbəb olmuşdur. Müxtəlif məişət əşyaları hazırlanır. Dəmir məmulatını korroziyadan qorumaq üçün səthləri alüminiumla örtülür. İstehsalatda dəmirdən sonra ikinci yer tutur. Onun ərintilərindən olan düralümin (94% Al, 4% Cu, 0,5% Mg, 0,5% Mn, 0,5% Fe, 0,5% Si), maqnaliy (Al, Mg) təyyarə, avtomobil sənayesində, gəmilərin hazırlanmasında geniş tətbiq edilir.
BİLET-27
1.TƏRKİBİN SABİTLİYİ QANUNU.DALITONİTLƏR VƏ BERTOLİTLƏR
Bu qanun 1801-ci ildə fransız alimi J.Prust tərəfindən kəşf olunmuşdur və aşağıdakı kimi ifadə olunur:
Alınma üsulundan və şəraitindən asılı olmayaraq hər bir kimyəvi birləşmənin tərkibi sabit qalır.
CO2 – nin müxtəlif üsullarla alınmasına baxmayaraq onun kimyəvi tərkibi həmişə sabitdir:
C + O2 → CO2 ; CaCO3 → CaO + CO2
Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O
Bu qanun molekulyar quruluşlu sabit tərkibli birləşmələrə tam tətbiq olunur, lakin dəyişkən tərkibli maddələrdə pozulur. Bertoli qəbul edirdi ki, alınması üsulundan və şəraitindən asılı olaraq dəyişən tərkibli birləşmələr alınır. Lakin onun bu fikri qəbul edilmədi. 1912-1913 illərdə akademik Kurnakovun apardığı tədqiqatlar nəticəsində müəyyən etdi ki, reaksiyalar zamanı dəyişən tərkibli birləşmələr alınır. Məs. Zn-in N-la ZnN0,59, ZnN0,69, ZnN0,89 dəyişən tərkibli nitridlər əmələ gətirir. İndeksi kəsr ədədlərdən ibarət olan birləşmələri Bertolidlər adlandırırlar. İndeksi tam ədədlərdən ibarət olan birləşmələri isə Daltonidlər adlandırırlar ( C6H6, CH4, PCl3 ).
2.DÖVRİ QANUN,DÖVRİ SİSTEM.MOZİLİ QANUNU
Kimyəvi elementlərin sistemləşdirilməsi onların kimyəvi və fiziki xassələrinin öyrənilməsi əsasında yaradılmışdır. D.İ.Mendeleyev 1869-cu ildə dövri qanunu kəşf etmiş və bu qanun əsasında elementlərin dövri sistemini yaratmışdır. Dövri qanunun klassik tərifi belə ifadə olunur :

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə