1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar


Elementlərin xassələri, eləcə də onların əmələ gətirdikləri bəsit və mürəkkəb maddələrin xassələri atom çəkilərindən dövri surətdə asılıdır



Yüklə 217,73 Kb.
səhifə136/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   132   133   134   135   136   137   138   139   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Elementlərin xassələri, eləcə də onların əmələ gətirdikləri bəsit və mürəkkəb maddələrin xassələri atom çəkilərindən dövri surətdə asılıdır.
Dövri sistem, dövri qanunun qrafiki, cədvəl şəklində ifadəsidir. Bu sistemin qanunauyğunluqarı əsasında D.İ.Mendeleyev o vaxt məlum olmayan bir neçə elementin kəşf olunacağını əvvəlcədən vermişdir. Qallium, skandium və germaniumun kəşfi, onların xassələrinin nəzəri və təcrübi qiymətlərinin uyğun gəlməsi Mendeleyevin uzaq görənliyini isbat etməklə, dövri qanunun düzgünlüyünü göstərdi. Dövri sistemin inkişafının iki əsas mərhələsi olmuşdur: kimyəvi və fiziki mərhələlər. Birinci mərhələdə elementlərin kimyəvi xassələri əsas götürülmüşdür. Məsələn, arqonun, kobaltın və tellurun atom kütləsinin, uyğun olaraq, kaliumun, nikelin və yodun atom kütləsindən çox olmasına baxmayaraq Mendeleyev bu elementlərin xassələrini nəzərə alaraq, arqonu kaliumdan, kobaltı nikeldən və telluru yoddan əvvəl yerləşdirmişdir. Həmin elementlərin bu cür yerləşdirilməsi tamamilə isbat olunmuşdur. Dövri sistemin inkişafını 2-ci mərhələsi Mozli qanununun kəşfi ilə əlaqədardır.
MOZİLİ QANUNU: (1913) İngilis alimi Mozli elementlərin xarakterik rentgen spektirlərinin dalğa ədədinin atomun nüvə yükündən asılılığını öyrənərək aşağıdakı qanunu vermişdir.
Atomun xarakterik rentgen spektir xətlərinin dalğa ədədlərinin kvadrat kökü onun nüvə yükünün (və ya elementin sıra nömrəsinin) xətti funksiyasıdır. Bu qanunun riyazi ifadəsi belədir:
a ( z-b )
Burada - dalğa ədədi, a- mütənasiblik əmsalı , b- ekranlaşma sabiti , z- nüvənin yüküdür.
Nüvə yükünün ardıcıl artmasından asılı olaraq, dalğa ədədinin kvadrat kökünün xətti dəyişməsi həmin yükü təyin etməyə imkan verir. Nüvənin yükü ədədi qiymətcə elementin sıra nömrəsinə bərabərdir.
D.İ.Mendeleyev qanunauyğunluqlara əsaslanaraq dövri sistemdə sıra nömrələri 43,61,85 və 87 olan xanaları boş saxlamışdır. Mozli isə öz qanununa istinad edərək, həmin elementlərin kəşf ediləcəyini əvvəlcədən söylədi. Sonradan bu elementlər kəşf edildi və onların süni radiaktiv elementlər olduğu isbat olundu. Dövri qanunun müasir tərifi aşağıdakı kimi ifadə olunur:

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə