1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə139/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   135   136   137   138   139   140   141   142   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Təbii birləşmələri.
Be3Al2(SiO3)6 - berill
3BeO ·Al2O3 · 6SiO2 - berill
BeAl2O4 - xrizoberil (Aleksandrit)
Be2SiO4 - fenakit
Berill mineralının növləri zümrüd ( yaşıl rəngli), akvamarin (mavi rəngli), xrizoberill və onun şəkildəyişməsi olan aleksandrit qiymətli daşlar kimi istifadə edilir.
Alınması. Berilliumu birinci dəfə Völer (1828) BeCl2-u kaliumla reduksiya etməklə almışdır. Lakin bu üsulla berillium lazımi dərəcədə təmiz alınmır. Hazırda berilliumu berillium- flüoridi maqnezium və ya kalsiumla (metallotermiya üsulu) reduksiya etməklə alırlar.
BeF2 + Mg → MgF2 + Be
Əridilmiş BeCl2 : NaCl (1:1) nisbətində qarışığının elektrolizi ilə təmizliyi 99,8% olan berillium almaq mümkün olmuşdur.
BeCl2 : NaCl
K - / \ A +
Be2+ + 2e- → Be0 2Cl- - 2e- → Cl20
Fiziki xassələri. Berillium yüngül metal olub, birləşmələr şəklində açıq sarı, toz halında isə tünd boz rəngdədir, adi temperaturda kövrək, nisbətən yüksək temperaturda isə plastikdir. İstiliyi və elektriki yaxşı keçirir. Sıxlığı ρ = 1,85 q/sm3, ərimə temperaturu tər = 12850 C.
Kimyəvi xassələri. Berillium havada qaldıqda onun səthi oksid və suda olduqda hidroksid təbəqəsi ilə örtülür və bu örtüklər qoruyucu rolunu oynayır, havada və suda berilliumun sonrakı oksidləşməsinin qarşısını alır. Yüksək temperaturda sudan hidrogeni reduksiya edir və oksigendə yanaraq berillium oksidinə çevrilir.
Be + 2H2O → Be(OH)2 + H2
2Be + O2 → 2BeO
Qızdırdıqda Be halogenlərlə, azotla, silisiumla, fosforla birləşmələr əmələ gətirir.
Be + Cl2 → BeCl2 3Be + N2 → Be3N2
Be + S BeS 2Be + Si → Be2Si
3Be + 2P → Be3P2
Berillium hidrogenlə bilavasitə birləşmir. Onu almaq üçün BeCl2-yə LiH –la efir məhlulunda təsir edirlər.
BeCl2 + 2LiH → BeH2 + 2LiCl
Berillium duru turşularda həll olur. Nitrat turşusundan başqa digər duru turşulardan hidrogeni reduksiya edir.
Be + H2SO4 → BeSO4 + H2
Be + 2HCl → BeCl2 + H2
Duru nitrat turşusunda Be həll olur, turşunun qatılığı 10-15% olduqda reaksiya aşağıdakı kimi gedir:
4Be + 9HNO3 → 4Be(NO3)2 + NH3+ 3H2O
4Be + 10 HNO3 → 4Be(NO3)2 + NH4NO3 + 3H2O
Qatı nitrat və sulfat turşusu berilliumu passivləşdirir. Be amfoter xassəli metal olduğundan qələvilərin qatı məhlullarında həll olur.
Be + 2NaOH → Na2BeO2 + H2
Be + 2NaOH + 2H2O → Na2[Be(OH)4] + H2
Tətbiqi. Be rentgen şüalarını yaxşı keçirdiyi üçün ondan rentgen borularında istufadə olunur. O, atom reaktorlarında neytron mənbəyi kimi tətbiq edilir.
9 4Be + 4 2He → 12 6C + 1 0 n
Be- un Ni- lə ərintisindən (Be-1,5%) cərrahiyyə alətləri və metal dişlər hazırlanır. Tərkibində 2 – 4 % Be olan mislə ərintisi berillium tuncu adlanır. Ondan qığılcım verməyən alətlər, yaylar, saat mexanizmləri və s. hazırlanır. Be ərintilərindən aviasiyada, gəmiqayırmada, elektrotexnikada istifadə olunur. Be ərintilərə legirləyici kimi əlavə olunur. Bu onların möhkəmliyini, bərkliyini və korroziyaya qarşı davamlılığını artırır.
5.SİNKİN TURŞU VƏ QƏLƏVİLƏRLƏ QARŞILIQLI TƏSİRİ
Sinkin mürəkkəb maddələrlə qarşılıqlı təsiri.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə