1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə43/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   39   40   41   42   43   44   45   46   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Kimyəvi xassələri. Sinkin səthi nazik oksid təbəqəsi ilə örtüldüyündən havada davamlıdır. Sinki qızdırdıqda oksigenlə birləşir, oksidi suda həll olmur. Uyğun gələn hidroksid dolayı yolla alınır.
Sinkin bəsit maddələrlə qarışılıqlı təsiri.
2Zn + O2 → 2ZnO 3Zn + 2P → Zn3P2
Zn + Cl2 → ZnCl2 ZnJ2 + 2LiH → ZnH2 + 2LiJ
Zn + S → ZnS
Sinkin mürəkkəb maddələrlə qarşılıqlı təsiri.
Zn + H2O → ZnO + H2 Zn + H2S → ZnS + H2
Zn + 2HCl → ZnCl2 + H2
Zn + 2NaOH → Na2ZnO2 + H2 ərinti
Zn + 2NaOH + 2H2O → Na2[Zn(OH)4] + H2 məhlul
Qatı sulfat turşusu ilə sink turşunun qatılığından və temperaturundan asılı olaraq SO2, S və ya H2S əmələ gətirir.
Zn + 2H2SO4(qatı) → ZnSO4 + SO2 + 2H2O
3Zn + 4H2SO4(qatı) → 3ZnSO4 + S + 4H2O
4Zn + 5H2SO4(qatı) → 4ZnSO4 + H2S + 4H2O
Sink nitrat turşusu ilə qatılıqdan və şəraitdən asılı olaraq aşağıdakı kimi reaksiyaya daxil olur:
3Zn + 8HNO3(qatı) → 3Zn(NO3)2 + 2NO + 4H2O
4Zn + 10HNO3 (duru)→ 4Zn(NO3)2 + N2O + 5H2O
5Zn + 12HNO3 (duru) → 5Zn(NO3)2 + N2 + 6H2O
4Zn + 10HNO3 (duru) → 4Zn(NO3)2 + NH4NO3 + 3H2O
Sink poladdan olan məmulatlarda qoruyucu örtük kimi, mislə (bürünc), alüminiumla və nikellə olan ərintilərin alınmasında, sink-kömür qalvanik elementlərinin istehsalında istifadə edilir.Sink-oksiddən sink ağı (ağ boya) alınmasında istifadə edilir.
Tətbiq sahələri. İstehsal edilən sinkin əsas hissəsi sink lövhələrin hazırlanmasında, polad əşyaların sinklənməsinə, müxtəlif xəlitələrin (bürünc – 40% Zn, 60% Cu, tompak – 10% Zn, 90% - Cu ) hazırlanmasına sərf edilir. Sənayedə və laboratoriyalarda sinkdən reduksiyaedici kimi istifadə edilir. Sink – oksiddən sink ağı (ağ boya ) alınmasında istifadə edilir.

4. METALLARİN SƏNAYEDƏ ALINMA ÜSULLARI(PİROMETALLURGİYA,ELEKTROLİZ,HİDROMETALLURGİYA ÜSULLARI


Təbiətdə rast gəlinən və sənaye miqyasında sərbəst metal almağa yararlı olan müxtəlif minerallara filizlər deyilir. Metalların filizlərdən sənaye üsullarla alınması ilə məşğul olan sahəyə metallurgiya sənayesi deyilir. Metallar piro- , hidro- və elektrometallurgiya üsulları ilə alınırlar.


1.Pirometallurgiya. Metallurgiyada əsas yeri pirometallurgiya tutur. Buna metal oksidlərinin ( C, CO, H2, aktiv metallar) və s. ilə reduksiyası misal ola bilər.
SnO2 + 2C = Sn + 2CO
Fe2O3 + 3CO = 2Fe + 3CO2
Cu2O + C = 2Cu + CO
Sulfidli filizlərdən metal almaq üçün onlar əvvəlcə yandırılır. Əmələ gələn metal oksidləri kömür, aktiv metallar (Al, Mg, Na) və ya hidrogenlə reduksiya edilir.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə