1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə61/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   57   58   59   60   61   62   63   64   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

m = E / c2 = 3,49·105 / 9·1016 = 3,9·10-12 kq = 3,9·10-9 q
Deyilənlərə əsasən kimyəvi reaksiyalarda kütlə və enerjinin saxlanması qanunlarının birgə ifadəsi belədir:

  • Reaksiyaya daxil olan maddələrin kütlə və enerjilərinin cəmi, reaksiya məhsullarının kütlə və enerjilərinin cəminə bərabərdir.

  • Kimyəvi reaksiyaların enerji effektinə nisbətən nüvə reaksiyalarında enerji effekti müqayisə olunmaz dərəcədə ( bir neçə milyon dəfə ) çoxalır və kütlə dəyişməsi artaraq təyin olunacaq həddə çatır.


BİLET-13
1.KIMYANIN ILK QANUNLARI.STEXIOMETRIK QANUNLQAR

  • Kimya təbiət elmlərindən biri olmaqla, başqa təbiət elmləri ilə birlikdə bizi əhatə edən maddi aləmi öyrənir. Kimya-maddələrin tərkibini, quruluşunu, xassələrini və çevrilmələrini öyrənən elmdir. Elementlər və onların birləşmələri kimyanın tədqiqat obyektidir.

  • Müasir kimya zəngin eksperimental materiallar və tutarlı nəzəriyələrə əsaslanan fundamental elmlər sistemidir. Kimya təbiət haqqında olan elmlər arasında əsas yer tutur. Hazırda 20 milyon üzvi və yarım milyona yaxın qeyri üzvi maddələr məlumdur. Onların bir hissəsi bizə təbiət tərəfindən hazır şəkildə verilmiş təbii maddələrin azacıq modifikasiyası yolu ilə əldə edilmişdir. Lakin maddələrin böyük bir qrupu isə, təbiətdə mövcud olmadığı halda, insan tərəfindən sintez edilmişdir. Hər bir kimyəvi maddənin öz daxili qruluşu var və yüzlərlə müxtəlif reaksiyalara girir.

  • Elmi inkişafın əsasında kimyəvi maddələr və proseslər xalq təsrrüfatının müxtəlif sahələrində, o cümlədən maşın və cihaz qayırmada, yüngül və yeyinti sənayesində, tibbdə və kənd təsərrüfatında, inşaatda və məişətdə tətbiq edilir. Bu məqsədlə polimer materiallar, sintetik liflər, laklar, boyalar, gübrələr, yarımkrçiricilər, yuyucu və partlayıcı maddələr, həmçinin digər kimyəvi məhsullar istehsal olunur. Atom energetikasında, hesablama texnikasında, elektronikada, kosmonavtikada, radiotexnikada və digər sahələrdə kimyanın rolu böyükdür.

  • Kimyanın bir sıra ilkin qanunları stexiometrik qanunlar adı ilə məlumdur (stexiometriya-yunanca tərkib hissəni ölçmək deməkdir).

2.EKVİVALENTLƏR QANUNU.MÜRƏKKƏB MADDƏLƏRİN(OKSİD,ƏSAS,TURŞU,DUZ)EKVİVALENTLƏRİNİN HESABLANMASI
1 mol-atom (1 q/mol) hidrogen və ya 0,5 mol-atom (8 q) oksigenlə birləşə bilən, yaxud kimyəvi reaksiyada bu miqdarı əvəz edən istənilən element miqdarına həmin elementin ekvivalenti deyilir.
İki elementin əmələ gətirdiyi müxtəlif birləşmələrdə elementlərdən birinin ekvivalenti dəyişkən olur. Məs. CO2 və CO birləşmələrində karbonun ekvivalenti uyğun olaraq 3 və 6 –ya bərabərdir.
Ekvivalentin kütlə vahidi ilə ifadəsinə ekvivalent kütləsi deyilir. Xlorun, kükürdün, karbonun ekvivalent kütlələri onların molyar kütlələr
inin müəyyən hissəsini təşkil edir və uyğun olaraq 35,5/1=35,5q/mol, 32/2=16q/mol, 12/4=3q/mol alınır. Ekvivalent vahidi mol, ekvivalent kütlə vahidi q/mol-dur.
Qanun alman kimyaçısı Rixter tərəfindən 1803-cü ildə kəşf edilib. Maddələrin bir-birilə ekvivalentlərinə mütənasib miqdarda reaksiyaya daxil olmaları ekvivalentlər qanunu ilə ifadə olunur:

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə