1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar


ATOMUN ELEKTRON QURULUŞU VƏ ELEMENTLƏRİN DÖVRİ SİSTEMİ



Yüklə 217,73 Kb.
səhifə101/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   97   98   99   100   101   102   103   104   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

ATOMUN ELEKTRON QURULUŞU VƏ ELEMENTLƏRİN DÖVRİ SİSTEMİ
Atomun quruluşu ilə dövri sistemin qarşılıqlı əlaqəsinin mühüm əhəmiyyəti vardır. Atomun elektron quruluşunun öyrənilməsi dövri sistemi nəzəri cəhətdən əsaslandırmağa və onun qanunauyğunluqlarını dərk etməyə kömək etdiyi kimi, dövri sistem də atomun mürəkkəb quruluşunu aydınlaşdırmaqda mühüm rol oynamışdır. Atomun elektron quruluşu dedikdə, enerji ardıcıllığı ilə yerləşən kvant səviyyələrinin yarımsəviyyələrdən, sonuncuların isə elektronla tutulmuş orbitallardan təşkil olunduğu başa düşülməlidir. Dövri sistemdə s – elementlər IAIIA (He – dan başqa), p – elementlər IIIA – VIIIA (əsas) yarımqruplarında, d – elementlər isə IB – VIIIB (əlavə) yarımqruplarda yerləşir. f – elementlər dövri sistemin qısa formalı variantında cədvəldən kənarda yerləşir.
I dövrdə iki s- element (hidrogen və helium) vardır. Hidrogen atomunda olan yeganə bir 1s1, heliumun isə iki 1s1 elektronu K kvant səviyyəsində (n=1) yerləşir.
II dövrdə 8 element yerləşir, Li-la başlayaraq Ne-la tamamlanır. Burada He-un elektron quruluşu təkrar olunmaqla yeni L kvant səviyyəsi (n=2) yaranır. Xarici kvant səviyyəsinin elektron quruluşu 2s12p0 – 2s22p6 formuluna uyğun olaraq dəyişir və valent elektronlarının sayı 1-dən 8-ə qədər artır. Dövrün əvvəlki iki elementi s-, sonrakılar p- elementlərdir.
III dövr Na başlayaraq Ar-la qurtarır və elementlərin sayı 8-dir. Ne –nun elektron quruluşu təkrar olunmaqla yeni üçüncü M kvant səviyyəsi (n=3) yaranır. Xarici kvant səviyyəsinin elektron quruluşu 3s13p0 – 3s23p6 formuluna uyğun olaraq dəyişir və elektronların sayı 1-də 8-ə qədər artır.
Elektronların kvant səviyyələrində və orbitallarda qanunauyğun paylanması nəticəsində hər bir element atomuna məxsus elektron quruluşu yaranır. Atomun elektron quruluşu elektron konfiqurasiyası da adlanır və elktron formulu ilə ifadə edilir. Elektron formulunu tərtib etmək üçün kvant ədədlərinin qiymətlərini, Pauli prinsipini, Kleçkovski və Hund qaydalarını, elektronların orbitallarda paylanma prinsipini və elementin dövri sistemdə mövqeyini bilmək lazımdır.
Elektron formulunda yarımsəviyyələri göstərən s, p, d, f, hərflərinin əmsalında baş kvant ədədinin qiyməti, onların yuxarı hissəsində sağ tərəfdən yarımsəviyyələrdəki elektronların sayı yazılır. 4p3 yazılışı göstərir ki, dördüncü kvant səviyyəsinin p- yarımsəviyyəsində üç elektron vardır. Deyilənləri aydınlaşdırmaq üçün bir neçə element atomunun elektron formulunu tərtib edək.
28Ni 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d8
20Ca 1s2 2s2 2p6 3s2 3p6 4s2
BİLET-21
1   ...   97   98   99   100   101   102   103   104   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə