1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə107/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   103   104   105   106   107   108   109   110   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

2. Borun ikinci postulatı. Elektron stasionar orbitlərdə fırlanan zaman enerji şüalandırmır. O, yalnız bir stasionar haldan digərinə keçdikdə ya enerji şüalandırır, ya da udur. Enerjinin dəyişməsi kvantlarla baş verir və orbitlərin enerji fərqinə bərabər olur. Nüvədən daha uzaq kvant səviyyəsinin enerjisi E2, nüvəyə yaxın yerləşən səviyyəninki isə E1 ilə göstərilir.
𝞓 E = E2 – E1 = hv
Burada: E1 və E2 – elektronun müvafiq kvant səviyyələrində kinetik və potensial enerjilərinin cəmini göstərir: E = Ek + Ep
Ek = ½ mv2 ; Ep = e2/r2; Ep = - mv2
E = ½ mv2 + e2 / r2
E = ½mv2 – mv2 = - ½ mv

BİLET-22


  • 1.KIMYANIN ILK QANUNLARI.STEXIOMETRIK QANUNLQAR




  • Kimya təbiət elmlərindən biri olmaqla, başqa təbiət elmləri ilə birlikdə bizi əhatə edən maddi aləmi öyrənir. Kimya-maddələrin tərkibini, quruluşunu, xassələrini və çevrilmələrini öyrənən elmdir. Elementlər və onların birləşmələri kimyanın tədqiqat obyektidir.

  • Müasir kimya zəngin eksperimental materiallar və tutarlı nəzəriyələrə əsaslanan fundamental elmlər sistemidir. Kimya təbiət haqqında olan elmlər arasında əsas yer tutur. Hazırda 20 milyon üzvi və yarım milyona yaxın qeyri üzvi maddələr məlumdur. Onların bir hissəsi bizə təbiət tərəfindən hazır şəkildə verilmiş təbii maddələrin azacıq modifikasiyası yolu ilə əldə edilmişdir. Lakin maddələrin böyük bir qrupu isə, təbiətdə mövcud olmadığı halda, insan tərəfindən sintez edilmişdir. Hər bir kimyəvi maddənin öz daxili qruluşu var və yüzlərlə müxtəlif reaksiyalara girir.

  • Elmi inkişafın əsasında kimyəvi maddələr və proseslər xalq təsrrüfatının müxtəlif sahələrində, o cümlədən maşın və cihaz qayırmada, yüngül və yeyinti sənayesində, tibbdə və kənd təsərrüfatında, inşaatda və məişətdə tətbiq edilir. Bu məqsədlə polimer materiallar, sintetik liflər, laklar, boyalar, gübrələr, yarımkrçiricilər, yuyucu və partlayıcı maddələr, həmçinin digər kimyəvi məhsullar istehsal olunur. Atom energetikasında, hesablama texnikasında, elektronikada, kosmonavtikada, radiotexnikada və digər sahələrdə kimyanın rolu böyükdür.

  • Kimyanın bir sıra ilkin qanunları stexiometrik qanunlar adı ilə məlumdur (stexiometriya-yunanca tərkib hissəni ölçmək deməkdir).



2.METAL VƏ HİDROGEN RABİTƏLƏRİ
Metal rabitə. Dövri sistem elementlərinin əksəriyyəti metallardır. Metalların bir-birindən fərqlənmələrinə baxmayaraq,onların ümumi xassələri də vardır. Metallar yüksək elektrik və istilik keçiriciliyinə, plastikliyə,metal parıltılığına, reduksiyaedici və s. ümumi xassələrə malikdir. Bütün bu xassələr metal rabitəsinin təbiəti ilə əlaqədardır. Metal rabitəsi eyni metal atomları arasında mövcuddur.
Kristal qəfəsdə müsbət metal ionları ilə ümumiləşdirilmiş valent elektronları arasında qarşılıqlı təsirdən yaranan delokallaşmış çoxmərkəzli kimyəvi rabitəyə metal rabitəsi deyilir. Metal rabitəsi metalın kristal halında mövcuddur. Buxar fazada metallar atomlar və ya ikiatomlu molekullar halında olur (Na2, K2 və s.).

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə