Hidrogen rabitəsi. Hidrogen rabitəsi qismən elektrostatik, qismən də donor-akseptor xarakteri daşıdığından digər molekullararası rabitələrdə nisbətən aralıq hal təşkil edir. Bu rabitənin əsasən molekullar arasında əmələ gəlməsinə baxmayaraq, o bəzi hallarda molekul daxilində də yarana bilər.
Hidrogen atomu ilə elektromənfiliyi yüksək olan atomlar (F, O, Cl , N və s.) birləşdikdə əmələ gələn kovalent rabitə yüksək polyarlığa malik olur.
Hidrogen ionu (H+) heç bir elektronu olmayan və +1 yüklü nüvədən ibarətdir. Elektrona malik olmadığı üçün hidrogen ionunun müsbət yükü mənfi yüklü ionlar tərəfindən güclü cəzb olunur. Bu rabitə hidrogenin iştirakı ilə əmələ gəldiyi üçün hidrogen rabitəsi adlanır. Temperatur artdıqca bu rabitə qırılır.
Beləliklə, bir molekulun müsbət polyarlaşmış hidrogen atomu ilə digər belə bir molekulun elektromənfiliyi yüksək olan atomunun qarşılıqlı təsirindən yeni molekullararası rabitə yaranır. Bu rabitə hidrogen atomunun iştirakı ilə yarandığından hidrogen rabitəsi adlanır. Hidrogen rabitəsinin əmələ gəlməsini ümumi şəkildə belə göstərmək olar.
H+δ – A-δ + H+δ – A-δ ⟶ H – A-δ … H+δ – A
Burada, A elektromənfiliyi yüksək olan atomdur. Bütöv xətlər əsas rabitəni, nöqtələr isə hidrogen rabitəsini göstərir. (+
4.DƏMİR.TƏBİİ BİRLƏŞMƏLƏRİ,ALINMASI,KİMYƏVİ XASSƏLƏRİ
Dəmir VIII qrupun B əlavə yarımqrupunda yerləşir. Onun valent elektronlarından ikisi atomlarının xarici elektron təbəqəsində, qalanı isə xaricdən əvvəlki təbəqənin d-əlavə səviyyəsində yerləşir. Elektron formulu:
+26Fe 1s22s22p23s23p63d64s2
Normal halda qoşalaşmamış elektronların sayı dəmirdə dörd, həyəcanlaşmış halda isə +6 bərabərdir. Odur ki, Fe-in maksimal oksidləşmə dərəcəsi +6-dır. Dəmir birləşmələrdə +2 və +3 oksidləşmə dərəcələri göstərir. Dəmir təbiətdə ən çox yayılmış element olmaqla yer qabığının 4,5 %-ni təşkil edir. Təbiətdə yayılmış mineralları:
Dostları ilə paylaş: |