1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə23/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   19   20   21   22   23   24   25   26   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Katalizatorun təsiri. Kimyəvi reaksiyanın sürətinə təsir edən amillərdən biri də kataliztordur. Reaksiyanın aralıq mərhələsində iştirak edən, həmin mərhələdə reaksiya komponentləri ilə qarşılıqlı təsirdə olan, reaksiyanın sürətini dəyişən, özü isə nəticədə sərf olunmadan kimyəvi tərkibcə bərpa olunan maddələrə katalizator deyilir.
Katalizatorun iştirakı ilə gedən reaksiyalara katalitik proseslər və ya kataliz deyilir. Kataliz homogen və heterogen olmaqla iki qrupa ayrılır. Homogen katalizdə reaksiyaya daxil olan maddələr və katalizator eyni fazada olur. Heterogen katalizdə reaksiyaya daxil olan maddələr və katalizator müxtəlif fazada olur. Belə proseslərdə katalizator, adətən, bərk, ilkin maddələr isə qaz və ya maye halında olur.
BİLET-5

1.HƏCM NİSBƏTLƏRİ QANUNU.SADƏ NİSBƏTLƏR QANUNU
1805-ci ildə Fransız alimi Gey-Lüssak reaksiyaya daxil olan və reaksiya nəticəsində əmələ gələn qazların həcmlərinin dəyişməsini öyrənərək həcm nisbətləri qanununu kəşf etmişdir. Qanun belə ifadə olunur:
Reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qazların həcmlərinin bir-birinə nisbəti sadə tam ədədlərin nisbəti kimidir.
H2 + Cl2 = 2 HCl 1:1:2
3H2 + N2 = 2 NH3 3:1:2
Avoqadro həcm nisbətləri qanunundan alınan nəticələrə əsaslanaraq bir sira qazların atomlardan deyil, molekullardan ibarət olması mülahizəsini irəli sürmüşdür. Həcm nisbətləri qanunu Avoqadro qanununun kəşf olunmasına səbəb oldu.


2.KOVELENT RABİTƏ NÖVLƏRİ. RABİTƏNİN DOYMUŞLUĞU VƏ İSTİQAMƏTLİYİ.DONOR-AKSEPTOR(KOORDİNATİV )RABİTƏ
Kovalent rabitələr. Valent rabitə nəzəriyyəsinə görə əks-spinli tək elektron orbitallarının qapanması hesabına atom nüvələri arasında elektron sıxlığının artması nəticəsində yaranan rabitə kovalent rabitə adlanır. Bu rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu, ikimərkəzli rabitədir. Kovalent rabitə əsasən iki müxtəlif mexanizm üzrə əmələ gəlir.
1   ...   19   20   21   22   23   24   25   26   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə