1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar


Eyni şəraitdə müxtəlif qazların bərabər həcmlərində bərabər sayda hissəciklər olur



Yüklə 217,73 Kb.
səhifə29/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   25   26   27   28   29   30   31   32   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Eyni şəraitdə müxtəlif qazların bərabər həcmlərində bərabər sayda hissəciklər olur
(molekul, atom, elektron, ion və s.) Bu qanundan çıxan nəticələr:
1. Eyni şəraitdə qaz halında olan müxtəlif maddələrin bir mol miqdarının həcmi bərabərdir. Məsələn, normal şəraitdə (O0 C və 1 atm. = 103,3 kPa ) dəm qazının, hidrogenin, oksigenin və digər qazların molyar kütləsinin uyğun olaraq öz sıxlıqlarrına ( 1 litrin kütləsi ) böldükdə bərabər həcmlər alınır:
VCO = 28,01 q/mol / 1,25 q/l = 22,4 l/mol
VH2 = 2,02 q/mol / 0,9 q/l = 22,4 l/mol
VO2 = 32 q/mol / 1,43 q/l = 22,4 l/mol.
Normal şəraitdə qaz halında olan müxtəlif maddələrin bir mol miqdarının həcmi eyni olub, 22,4 litrə bərabərdir. Bu həcm qazların molyar həcmi adlanır.
2. Qazların 22,4 litrində və həmçinin istənilən maddənin bir mol miqdarında olan molekul və ya atomların sayı Avoqadro ədədi ( NA = 6,02x1023 mol-1 ) adlanir.
3. Bir qazın kütləsinin digər qazın kütləsinə olan nisbəti, birinci qazın ikinci qaza görə nisbi sıxlığı deyilir.
p1 / p2 = m1 / m2 ; m1 / m2 = M1 / M2
Qazların nisbi sıxlığı D ilə işarə olunur. D = M1 / M2
Qaz halında olan maddələrin molekul kütləsi onların hidrogenə görə sıxlığının iki mislinə bərabərdir.
Mx = MH2 · DH2 ; Mx = 2·DH2
Mx - qazın molekul kütləsi, DH2 - onun hidrogenə görə sıxlıgıdır.
Qazların molekul kütləsi onların havaya görə sıxlığına əsasən də hesablanır.
Mx = 29 · Dhava 29 - havanın orta molekul kütləsidir.
2. ELEKTROLİZ PROSESİ.ELEKTROLİZİN I,II QANUNLARI
Elektroliz prosesində elektrik enerjisi kimyəvi enerjiyə çevrilir. Elektrolitdən (məhlulda və ya əridilmiş halda) sabit elektrik cərəyanı keçdikdə, elektrodlarda baş verən oksidləşmə və reduksiya nəticəsində maddələrin ayrılması ilə gedən proseslərə elektroliz deyilir.
Elektroliz prosesi elektrolizer adlanan qurğuda (elektroliz vannası ) aparılır. Elektrolit olaraq CuCl2 məhlulu doldurulmuş vannaya elektrodlar salınır və onlar sabit cərəyan mənbəyi ilə birləşdirilir.
Elektrolitdən cərəyan keçməmiş ionlar xaotik hərəkətdə olur, cərəyan buraxıldıqda isə onların nizamlanmış hərəkəti başlanır. Müsbət ionlar (kationlar) katoda, mənfi ionlar (anionlar) isə anoda tərəf hərəkət edir və elektrodlar üzərində yüksüzləşirlər. Elektroliz zamanı katod elektronları kationa verdiyi üçün reduksiyaedici, anod isə anionlardan elektron qəbul etdiyi üçün oksidləşdirici olur. Deməli, katod səthində reduksiya, anod səthində oksidləşmə prosesi baş verir. Qalvanik elementlərdən fərqli olaraq elektroliz prosesində mənfi elektrod katod, müsbət elektrod isə anod olur.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə