1 Neft bazalarının ümumi xarakteristikası



Yüklə 8,16 Mb.
səhifə12/24
tarix13.07.2023
ölçüsü8,16 Mb.
#119558
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
Əmtəə operatoru

28. UDU-5 səviyyə ölçəni
(şəkil 3.18) lentdən 9 asılmış üzgəc 10 istiqamətləndirici simlər 8 üzrə şaquli istiqamətdə çəndəki mayenin səviyyəsində hərəkət edir. Simlər 8 çənin dibinə bərkidilir və qapağındakı çıxış borusunun filənsinə bərkidilmiş tərtibatla 7 dartılır. Lent 9 roliklərdən 6 və hidravliki ortgəcdən 5 keçərək ölçü çarxına 4 birləşir. Ölçü çarxının hərəkəti sayğaca ötürülür və onun göstərişi neft çənindəki neftin səviyyəsinə uyğun gəlir. Polad lentin 1 ucu barabana 2, digər sərbəst ucu isə başqa barabanın oxunu 3 əhatə edir ki, bu da sabit moment yaradır: Üzgəc 10 yuxarı vəziyyətdə olanda ölçü lenti barabana 2, yay mexanizminin polad lenti isə başqa barabana 3 sarınır.
Çəndə səviyyə düşdükdə üzgəcin kütləsi sistemdə əmələ gələn sürtünmə momentini və yay mexanizmi tərəfindən yaranan momenti dəf edir. Üzgəc 10 aşağı hərəkət etdikcə ölçü lenti barabanı 2 fırladır və yay lenti başqa barabandan 3 baraban 2- yə eyni momentlə dolanır. Üzgəcin 10 yuxarı hərəkəti zamanı, onun kütləsi arximed qüvvəsi ilə kompensasiya olunur. Bu prinsiplə işləyən şaquli yerüstü, yeraltı və üzən qapaqlı və yüksək əlavə təzyiqli neft çənləri üçün müxtəlif konstruksiyalı səviyyəölçənlər işlənilmişdi
PSR nümunəgötürəni (şəkil 3.19) neft çənindən avtomatik nümunə götürməyə imkan verir. Nümunəgötürən əsasən üç hissədən: yuxarı qapaqdan 3, nümunəgötürən kalondan və nümunənin götürülməsi və boşaldılmasını idarə etmək üçün tərtibatdan ibarətdir. Nümunəgötürən kalom bir klapanlı ucluq borusundan 2 və iki klapanlı seksiyalardan 1 ibarətdir ki, onlat bir-birləri ilə flenslərlə 4 birləşirlər. Klapanlı seksiyaların hava fəzaları bir-birilə və hava borusu ilə əlaqədardırlar.
Nümunə götürmək üçün hava borusunda 5 əl nasosu ilə 0,3 Mpa təzyiq yaradılır, klapanlar 6 açılır və neft nümunəgötürən kalona 7 dolur. Sonra sistemdə əlavə təzyiq sıfıra salınır və klapan bağlanır. Klapanın dəstəyini basmaqla neft nümunəsi xüsusi nümunəgötürmə qabına boşalır. Bu prinsiplə işləyən müxtəlif neft çənlərindən müxtəlif özlülüklü neft nümunələrini götürmək üçün müxtəlif konstruksiyalı nümunəgötürənlər işlənmişdir.
Köpük generatoru köpük kamerası ilə birlikdə neft çəninin yuxarı qovşağına bərkidilir və köpükəmələgəritən məhlul vurduqda əmələ gələn mexaniki hava köpüyü köpük kamerasınadn keçərək çənin içərisinə daxil olur. Köpük kameralarının sayı neft çənindəki mayenin səthinin sahəsindən asılı olaraq hesablanır.

Yüklə 8,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə