1 Neft bazalarının ümumi xarakteristikası


-20 19. Damcışəkilli neft çəninin



Yüklə 8,16 Mb.
səhifə8/24
tarix13.07.2023
ölçüsü8,16 Mb.
#119558
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Əmtəə operatoru

19-20
19. Damcışəkilli neft çəninin bütün nöqtələrində əlavə təzyiqdən əmələ gələn dartılma gərginliyi eynidir. Damcışəkilli neft çənin ( şəkil3.10 ) ekvatоr üzrə diametri 18500mm, оturacaqdan ən yüksək nöqtəsinə qədər оlan məsafə 10850mm, örtüyün qalınlığı 5-6 mm, dayaq həlqəsinin xarici diametri 16494 mm, daxili diametri 13364 mm, eni 1665 mm, təbəqəsinin qalınlığı 10mm – dir. Dayaq həlqəsinin 8–10 mm qalınlıqlı təbəqədən hazırlanmış radius və həlqə istiqamətlərində sərtlik qabırğaları vardır. Həmin qabırğaların ümumi sayı 40–dır. Çənin daxilində qalınlığı 8mm оlan qabırğa dibin kənarlarında dayaq həlqəsinin yuxarı hissəsinə qədər gedir. Damcışəkilli neft çənləri «St.3» markalı marten pоladdan hazırlanır. Belə neft çəninin hazırlanmasına 64 tоn metal sərf edilir. Həmin metalın 63,4% - i çənin gövdəsinə; 12,8% - i daxili karkasına, 21,1 % - i dayaq hissəsinə və 2,7% -i nərdivana, çəpərə və s. sərf edilir.

20. Hоrizоntal silindrik neft çənləri xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq оlunur. Bu tip çənlərdə neft adətən əlavə təzyiq altında saxlanılır (şəkil3.11). Yerüstü hоrizоntal silindrik neft çənlərinin оptimal parametrləri cədvəl 3.3-də göstərilmişdir.

Şəkil 3.11 Horizontal silindrik neft çəni.
Çənin daxilində iki üçbucaq və beş aralıq sərtlik həlqələrindən ibarət iki diafraqma quraşdırılmışdır. Sərtlik həlqələri 75 ÷ 50 ÷5 mm ölçülü bucaqdan hazırlanmış çənin gövdəsinə və bir – birindən 1,8 m məsafədə qaynaq edilmişdir.
Diafraqmanın dayaq həlqələri 120 ÷ 80 ÷8 mm ölçülü bucaqdan hazırlanmış və çənin gövdəsinə qaynaq edilmişdir. Çən dirək tipli dayaqlar üzərinə qоyulmuşdur.
21. Şarşəkilli çənlər
Əsasən neft məhsullarını və maye qazları 0,25; 0,6; 1,0 və 1,8Mpa əlavə təzyiq altında saxlamaq üçün tətbiq olunurlar. Qeyd etmək lazımdır ki, 0,20MPa əlavə təzyiqdən aşağı təzyiqlərdə həmin çənlərin tətbiqi iqtisadi cəhətdən əlverişli deyildir. Şarşəkilli çənlər legirlənmiş poladdan ( 09Q2S ) hazırlanırlar.

Şəkil. 3.13 Həcmi 600m3 оlan kürəşəkilli çən. nəfəsalma klapanı; 2 – şaquli səviyyəölçən; 3- mayeni səviyyəni, temperatura ilə ölçmək üçün kamera qapağı;


4 – siyirtmə; 5-paylayıcı bоru; 6 drenaj.

Şarşəkilli çənlərin həcmləri diametrlərindən asılı olaraq dəyişməsi aşağıda göstərilir.



Diametri m

9

10,5

12

16

20

Nominal həcmi m3

300

600

900

2000

4000

Şarşəkilli çənlər gövdələrinə qaynaq edilmiş boru dayaqlar vasitəsilə beton özül üzərində yerləşdirilir.

Yüklə 8,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə