1 Neft bazalarının ümumi xarakteristikası


texniki iqtisadi göstəriciləri



Yüklə 8,16 Mb.
səhifə4/24
tarix13.07.2023
ölçüsü8,16 Mb.
#119558
1   2   3   4   5   6   7   8   9   ...   24
Əmtəə operatoru

texniki iqtisadi göstəriciləri.
Neft bazalarını layihələndirərkən bu neft bazaya neftin haradan, hansı növ neft məhsulu və hansı miqdarda nəql olunmalıdır və hara, hansı nəqliyyat vasitəsilə hansı miqdarda göndərilməlidir. Ümumiyyətlə layihə üçün yuxarıdakı və aşağıdakı göstəricilər qabaqcadan verilməlidir. Həmçinin normada çənlər parkının, bazadaxili boru kəmərinin, dəmir yolu doldurma-boşaltma qurğularının, neft daşıyıcı tankerlər üçün körpülərin, neft və neft məhsulunu nəql etmək üçün nasos stansiyasının, paylayıcı və isidici qurğuların, tara anbarların layihələndirilməsi üçün lazım olan tələblər verilir. Bu normada həmçinin neft və neft məhsulunun itkisinin azaldılması tədbirlərinin layihələndirilməsinə qarşı qoyulan tələblər, texnoloji proseslərin mexanikiləşdirilməsi və avtomatlaşdırılması, köməkçi təsərrüfatın layihələndirilməsinə qarşı qoyulan tələblər verilir.
Normanın mexaniki-iqtisadi bölməsində tipinə görə və yük dövriyyəsinin həcminə görə, müxtəlif neft bazaları üçün, kapital qoyuluşu, metal sərfi, tikilinin sahəsi, istismar xərcləri, əmək məhsuldarlığı və ştatlar verilir.
Texniki –iqtisadi göstəricilərin hesabatının əsası kimi, neft bazanın tipindən və vəzifəsindən asılı olaraq illik yük dövriyyəsi qəbul edilir. Aşağıdakı cədvəl 2.2-də neft bazasının texnoloji layihələndirilməsi norması və ona uyğun texniki-iqtisadi göstəricilərə əsasən ümumi yük dövriyyəsinin qiymətləri verilir. Texnoloji layihələndirmə normasında, hər bir neft bazası üçün yük dövriyyəsinin aralıq qiymətləri və onlar üçün texniki iqtisadi göstəricilər verilir. Bundan başqa normada neft bazada mövsümü saxlanılan neft məhsulu üçün əlavə kapital qoyuluşuda nəzərdə tutulur ( cədvəl 2.3). 2.3 cədvəlindən görünür ki, neft bazanın yük dövriyyəsi və həcmi nə qədər böyük olarsa, metal sərfinin xüsusi çəkisi və ona görə də kapital qoyuluşu istismar xərci 1m3 yük dövriyyəsi üçün bir o qədər az olur.
Dəmir yolu tipli neft baza üçün yük dövriyyəsi 25000m3 olarsa, 23 ştat cədvəli tələb edir, yük dövriyyəsi 50000 m3 olan neft bazası üçün 105ştat tələb olunur; başqa sözlə yük dövriyyəsinin 2 dəfə artmağına baxmayaraq xidmət edən şəxslərin sayını 5 dəfə artırmaq lazım gəlir. Ona görə də neft bazalarını layihələndirərkən çalışırlar ki, daha böyük həcmli bazaları layihələndirsinlər



Yüklə 8,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə