1 Neft bazalarının ümumi xarakteristikası


Şaquli silindrik neft çənləri



Yüklə 8,16 Mb.
səhifə7/24
tarix13.07.2023
ölçüsü8,16 Mb.
#119558
1   2   3   4   5   6   7   8   9   10   ...   24
Əmtəə operatoru

Şaquli silindrik neft çənləri örtüklərinin kоnstruksiyasına və həcmlərinə görə fərqlənirlər. Nоrmal sıralı şaquli silindrik neft çənlərinin həcmləri: 100, 200, 300, 400, 500, 700, 1000, 2000, 3000, 5000, 10000, 20000, 30000 və
50000 m3- dir. Bu neft çənləri ( həcmi 5000m3 olan neft çənindən başqa ) sənaye metodu ilə tikilir. Həcmi 5000m3 olan neft çəni isə həm sənaye , həm də təbəqə metodu ilə tikilir. Hazırda xarici ölkələrdə neft çənləri parkında böyük həcmli
(100000, 150000 , 200000 m3) neft çənləri yerləşdirilir ki, bu da tikinti sahəsini, əsas və köməkçi komunikasiyaların quraşdırılması xərclərini, parkdaxili gediş yollarını, həmçinin neft itkilərini xeyli azaldır, həcmi 10000m3 olan neft çənlərinin yaradılmasının əsas çətinliyi qurşaqların divarlarının qalınlıqlarının hesabat üzrə 28-35mm olmasıdır ki, bu da qurşaqların rolonlaşdırılmasına imkan vermir, çünki 16 – 18mm-ə qədər qalınlıqlı qurşaqları rulonlaşdırmaq mümkün deyildir. Ona görə də, bu neft çənlərini təbəqə metodu ilə tikmək əlverişlidir. Eyni zamanda təbəqə metodunda quraşdırma və qaynaq işlərinin həcmi artır ki, bu da çənin tikintisinin müddətini artırır.

18. Pantonlu və üzən qapaqlı neft çənləri
Neftin saxlanması zamanı buxarlanma itkilərini azaltmaq üçün tətbiq olunur. Həcmi 20000m3 olan neft çənində (şəkil 3.7 ) quraşdırılmış ponton qalınlığı 4mm olan polad təbəqədən hazırlanmış döşəmə və onun perimetri üzrə qaynaq edilmiş, bir – birindən 2,8m məsafədə iki qapalı həlqəvi qabırğalardan ibarətdir. Həmin qabırğalar pantonun hərəkəti zamanı ona sərtlik, həmçinin pantonun orta hissəsi batan zaman ona ehtiyat üzmə şəraiti yaradır.
H əlqəvi qabırğalar bir – birindən müəyyən məsafədə ( çevrənin 1/48 hissəsi qədər) raidial qabırğalar vasitəsilə birləşdirilmişdir. Həlqəvi və radial qabırğalar pantonun döşəməsinə bütöv tikişlə qaynaq edilmişdir. Pantonun ümumi kütləsi 79,8 tondur. Pantonun aşağı kənar vəziyyəti qabırğalara və onun döşəməsinə bərkidilmiş 1,8m uzunluqlu boru dayaqlarla məhdudlaşır. Neft çəninin dibinə pantonun hər ayağının altı üçün ölçüsü 10  mm olan dayaq plitəsi qaynaq edilmişdir.

Şəkil3.7. Həcmi 20000m3olan pantonlu neft çəni;


1.pantonun dayaqları; 2 pantonun mərkəzi hissəsi; 3 – çənin dibi; 4 – çənin gövdəsi; 5 – istiqamətləndirici boru; 6 çənin örtüyü; 7 – pantonun radius istiqamətli örtüyü; 7 – pantonun radius istiqamətli örtüyü; 8 və 9 – müvafiq olaraq pantonun xarici və daxili boruları

Pantonun xarici səthi ilə daxili səthi arasında eni 200mm olan həlqəvi aralıq nəzərdə tutulmuşdur. Həmin aralıq kipləşdirici element vasitəsilə kipləşir.


Pantonun hərəkəti zamanı onun döşəməsinin qarşısını almaq üçün diametri üzrə iki istiqamətləndirici boru yerləşdirilmişdir.
Ümumiyyətlə neft çəninnin yük dövriyyəsindən asılı olaraq, pantonun tətbiqi neft çənindəki buraxlanma itkilərini 85 – 95% azaltmağa imkan verir.
Həcmi 50000m3 üzən qapaqlı çənlər hazırda iki üsulla: təbəqə və rulon üsulları ilə tikilir. Tikilmə üsullarından asılı olmayaraq neft çənləri üzən qapaqla təchiz olunurlar.

Şəkil 3.8. Həcmi 50000m3 olan üzən qapaqlı neft çəni;


1 – qapağın üst döşəməsi; 2 –qapağın aşağı döşəməsi; 3 – dibi; 4 – hərəkət edən nərdivan

Təbəqə üsulu ilə tikilən neft çəninin ( şəkil 3.8 ) ölçüləri diameti 60,7m olub,


hündürlüyü 17,9 m, metal konstruksiyanın avadanlıqlarsız kütləsi 850tondur. Çənin dibi 6 mm qalınlıq lı mərkəzi hissədən və qalınlığı 14mm olan 32 ədəd seqmetlərdən ibarətdir. Gövdənin diavr ölçüləri 2000 8000 mm olan təbəqələrdən qaynaq edilmiş 8 qurşaqdan ibarətdir. Divarın qalınlığı 26, 24, 19, 17, 14 və 12mm- dir. Hər bir qurşaq 24 təbəqədən ibarətdir. Küləyə qarşı çənin gövdəsinin yuxarı hissəsi sərt həlqələrlə möhkəmləndirilmişdir.
Neft çəninin üzən qapağı 32 ədəd hermetik qaynaq edilmiş qutulardan ibarət panton həlqələrindən və onların mərkəzi hissəsi isə 5mm olan təbəqələrdən ibarətdir. Qapaq aşağı vəziyyətində hündürlüyü 1,8 m olan dayaqlara dirənir. Üzən qapağın mərkəzində drenaj qurğususnun suqəbuledicisi qoyulmuş və toplanmış suyu kənar etmək üçün oynaqla birləşmiş borulardan ibarətdir.
Üzən qapağın üstünə düşmək üçün hərəkət edən nərdivan yuxarı hissəsi oynaq birləşməsi ilə çənin yuxarı meydançasına birləşir, aşağı hissəsi isə dayaq roliki vasitəsilə qapağın üstünə bərkidilmiş istiqamətləndirici ferma üzrə hərəkət edir.
Çənin divarı ilə üzən qapağın arasındakı 200mm – lik elastik kipləşdirici vasitəsilə hermetikləşdirilir.
Sənaye üsulu ilə tikilmiş üzən qapaqlı neft çəninin ölçüləri də təbəqə üsulu ilə tikilmiş neft çənində olduğu kimidir. Divarı altı rulondan ibarətdir. Qurşaqlar üzrə metalın qalınlığı 17, 16, 14, 13 və 11 mm, qapaqlarının qalınlığı isə 10mm-dir. Neft çəninin dayanıqlığını artırmaq məqsədilə beşinci və səkkizinci qurşaqların xaricində sərtlik həlqəsi quraşdırılmışdır. Üzən qapaq və çənin diavarı arasında aralıq sərt kipləşdirici vasitəsilə hermetikləşdirilir. Adi pantonlu və üzən qapaqlı şaquli silindirik neft çənlərinin parametri cədvəl 3.2 göstərilmişdir.
Hazırda tətbiq olunan kipləşdiricilərin konstruksiyaları şəkil 3.9 – da göstərilmişdir.
Xarici ölkələrdə tilikən böyük həcmli şaquli silindrik neft çənləri əsasən ölçülərinə, üzən qapağın və kipləşdiricinin konstruksiyalarına, həmçinin istifadə olunan poladın mexaniki xassələrinə görə fərqlənirlər. Xarici ölkələrin təcrübəsində həmin neft çənlərinin tikilməsində yüksək möhkəmlikli poladdan istifadə olunur. Məsələn, Yaponiyada neft çəninin aşağı qurşaqları üçün istifadə olunan poladın möhkəmlik həddi 500, 600 və 800Ma, Amerikada 700Ma, Fransada isə 520MPa – dır. Çənlər əsasən təbəqə üsuluilə tilikirlər.
Neft çənlərinin iqtisadi səmərəliliyi əsasən aşağıdakı amillərə qiymətləndirir:
konstruksiyanın xüsusi metal tutumu, 1m3 həcmin qiyməti, tikinti xərcləri, kommunikasiyaların qiyməti, tikinti ərazisinin qiymətinin kompensasiyası, istismar xərcləri və s. Çənlərin səmərəliliyinin artırılması yollarından biri onların hündürlüklərinin artırılmasıdır, çünki hündürlüyün artırılması konstruksiyanın metal tutumunu azaldır ki, bu da tikinti sahəsinin azalmasına və digər əlaqədar göstəricilərin yaxşılaşmasına səbəb olur. Lakin hündürlüyün 20m – dən çox artması gövdənin qalınlığının və özülün tikintisinə xərclərin artmasına gətirib çıxarır.
Pantonlu neft çənlərinin tətbiqi metal sərfini – 20 – 25% artırır.



Yüklə 8,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə