1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Saitlərin tələffüzünə aid qaydalar



Yüklə 125,57 Kb.
səhifə10/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   52
orfoqrafiya və orfoepiya

11 .Saitlərin tələffüzünə aid qaydalar
Uzun tələffüz olunan sait səslər.
Dilimizdə [ı], [ü] saitlərindən başqa bütün saitlər uzun tələffüz olunur.Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər əsasən ərəb mənşəli sözlərdir. Uzun tələffüz olunan səslər sözün müxtəlif hecalarında ola bilər. Məs:Akif, xiyaban[a:]; elan, memar [e:]; mədə,tərif [ə:]; möcüzə, mötərizə [ö:]; musiqi, rütubət [u:]; zinət, vəsiqə [i:]. Bu halda həmin sözlərin səs və hərf tərkibində heç bir fərq yaranmır. [o] və [ö] saitlərinin uzun tələffüz olunmasında müəyyən fərq var. Belə ki, v və n samitləri tələffüzdə ixtisar olunur və həmin səslər uzun tələffüz olunur. Məs:dovşan, dovğa, sonra [o:]; lövhə, bənövşə [ö:]. Bu cür uzun tələffüz olunan sözlər deyilişi və yazılışı fərqli sözlər adlanır
Yadda saxla!
Uzun tələffüz olunan hecalar vurğu qəbul etmir. Istisna: bəzi ,bəzən sonra, yəni sözlərində uzun tələffüz olunan səslərlə vurğulu heca eyni-birinci hecadır.
Qoşasaitli səslərin yazılışı və tələffüzü
Dilimizdə mənşə etibarilə alınma sözlər var ki, həmin sözlərdə iki sait səs yanaşı gəlir. Bu cür sözlər qoşasaitli sözlər adlanır.Qoşasaitli sözlər iki qrupa bölünür: 1) eynicinsli sait qoşalığı 2) müxtəlifcinsli sait qoşalığı
Eynicinsli qoşasaitli səslər
Eynicinsli qoşasaitli sözlərdə saitlərdən hər ikisi bir yerdə uzun tələffüz olunur.Eyni sait qoşalığı sözün ortasında və sonunda işlənə bilər. Məs:təəccüb [tə:ccüb], təəssüf [tə:ssüf], əmtəə [əmtə:], bədii [bədi:] və s. Qoşa o saiti ilə işlənən bəzi sözlər vurğu qəbul etməyərək [a:] kimi tələffüz olunur. Məs:zoologiya [za:logiya], kooperasiya [ka:perasiya] və s.
Qeyd: Eynicinsli qoşasaitli sözlərin hamısı deyilişi və yazılışı fərqli sözlərdir.
Müxtəlifcinsli qoşasaitli səslər
Müxtəlifcinsli sait qoşalığında səsartımı,səsdüşümü hadisələri baş verir. Bəzi sözlərin isə deyilişində və yazılışında heç bir fərq baş vermir. Müxtəlifcinsli sait qoşalığı sözün əvvəlində, ortasında və sonunda işlənə bilər.
a) ai, iə, əi, io, ea, aü, ia hərf birləşmələrinin işləndiyi sözlərdə -y samiti artırılır. Məs:Səidə [Səyidə], iaşə [iyaşə], bioloq [biyaloq] və s. Bu cür sözlərdə səsartımı hadisəsi baş verir.
b) əa, üa, üə hərf birləşmələrinin işləndiyi sözlərdə isə birinci sait tələffüz olunmur, ikinci sait isə uzun tələffüz olunur. Məs: müəyyən [mə:yyən], müəllim [mə:llim], müasir [ma:sir] və s. Belə sözlərdə səsdüşümü hadisəsi baş verir.
c) Qoşasaitli mürəkkəb sözlərdə də yanaşı gələn sait səslərdən birincisi tələffüzdə düşür. Məs: xalaoğlu [xaloğlu], dayıoğlu [dayoğlu], bacıoğlu [bacoğlu], əliaçıq [əlaçıx] və s. Belə sözlərdə səsdüşümü hadisəsi baş versə də, uzun tələffüz olunan səs olmur.
d) Dilimizdə bəzi müxtəlifcinsli sait qoşalığı olan sözlər var ki, həmin sözlərdə tələfüz zamanı heç bir fərq yaranmır. Məs: aktual, memuar, qiraət, Laos, xaos, Seul, şüəra,bəraət, seans, mətbuat, sual, məcmuə, pauza, sauna, fauna, raund, şücaət, şüa, riayət və s.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə