1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Sual 25. Orfoepik vərdişlərin formalaşmasında informasiya kommunikasiya texnologiyalarından istifadə



Yüklə 125,57 Kb.
səhifə23/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   52
orfoqrafiya və orfoepiya

Sual 25. Orfoepik vərdişlərin formalaşmasında informasiya kommunikasiya texnologiyalarından istifadə
Ən son tədqiqatların nəticəsi göstərir ki, fəal/interaktiv təlim metodları effektiv nəticəni təlimə İKT-nin yaxından tətbiqi ilə verir. Təlimdə yaddasaxlamanın müəyyən qanunauyğunluqları var-şagird oxuduğunun 10%-ni, eşitdiyinin 20%-ni, gördüyünün 30%-ni, gördüyü və eşitdiyinin 50%-ni, özü dediyinin 80%-ni, öz fəaliyyəti prosesində öyrəndiklərinin 90%-ni yadda saxlayır. İKT-nin bu sahədə böyük dəstəyi öyrənənin şəxsi araşdırması zamanı güclü informasiya bankı ilə təmin olunmasındadır (internet, elektron kitablar, test və tapşırıqlar və s.)Bu qayda ilə qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət qalır və onlar tərəfindən hər hansı bir təcrübə kimi istifadə olunur.
Ən səmərəli interaktiv metod sayılan İKT-İnformasiya-kommunikasiya texnologiyaları vasitəsilə dərslərin keçirilməsi artıq müasir dövrün tələbidir. Dərsdə İKT-dən istifadə əsasən üç istiqamətdə aparılır.
1. Biliklərin yoxlanması.
İKT vasitəsilə biliklərin yoxlanması zamanı kompyuter testlərindən istifadə edilir. Testlərin çətinlik səviyyəsi qarşıya qoyulmuş məqsəddən asılıdır. Əgər biliklərin yoxlanılması üçün daha maraqlı bir variant varsa, onda test suallarından baza kimi istifa etmək lazımdır. Digər variant, mövzudan asılı olaraq, cədvəl, sxem, yaxud müxtəli illüstrasiyalar ola bilər. Biliklərin yoxlanılmasında tapşırıqlar müəllim tərəfindən hazırlanmış və mövzuya uyğun multimediya vasitəsi ola bilər.
2. Yeni mövzunun izahı.
Bu mərhələdə hazır multimediyalı vasitələrədən istifadə çox yerinə düşər. Elektron vəsaitdən zəngin illüstrasiya, cədvəllər, animasiya, videofraqmetlər istifadə etmək olar. Internet şəbəkələrindən istifadə edǝrǝk humanitar fənnlərin tədrisini genişləndirmək və rəngarəng etmək olar. İnternetdən məqsədyönlü istifadə ilə şagirdlər üçün maraqlı məlumatlar, şəkillər, sxemlər, fotoşəkillər, audio-video fraqmetlər təqdim etmək olar. Həmçinin müəllimin orfoqrafiya təliminə aid hazırladığı slaydlar, çalışmalar, cədvəllər, təlim əhəmiyyətli əyləncəli krassvordla nümayişi dərsin səmərəliliyini qat-qat artırır.
3. Öyrənilən mövzunun möhkəmləndirilməsi.
Bu mərhələdə İKT-dən istifadənin imkanları çox cəhətlidir. Şagirdlər və müəllimlər təqdimatlar zamanı Power Point proqramından istifadə edə bilərlər. Kompüter vasitəsi ilə şagirdlərin biliklərinin yoxlanılmasının
oyun formasından və test variantlarından istifadə etmək olar. Təqdimatların tərkibində illüstrasiyalar, faktiki materiallar, cədvəllər, sxemlər, praktiki tapşırıqlar, testlər, problemli suallar ola bilər. Belə təqdimatlar müəllimin vaxtına qənaət edir və şagirdlərin məqsədinə çatmağa kömək edir. Orfoqrafiyanın tədrisində İKT-dən istifadə dərsin səmərəliliyini və uşaqların motivasiyasını artırır, başqa fənlərlə inteqrasiyasını asanlaşdırır, yaradıcı bacarıqlarını inkişaf etdirir. Şagirdlərin İKT-dən istifadə formalarına informasiya axtarışı, təqdimetmə elektron dərslik və s. Daxildir.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə