1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


İbtidai siniflərdə ədəbi tələffüz vərdişlərinin aşılanmasında qeyd olunan iş növlərinin hər birinin müəyyən rolu vardır



Yüklə 125,57 Kb.
səhifə21/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   52
orfoqrafiya və orfoepiya

İbtidai siniflərdə ədəbi tələffüz vərdişlərinin aşılanmasında qeyd olunan iş növlərinin hər birinin müəyyən rolu vardır.
Düzgün tələffüz üzrə iş apararkən fəal/İnteraktiv təlim üsullarından istifadə xüsusilə əhəmiyyətlidir.
Müəllim dərsə hazırlaşarkən iş üsullarını elə seçməlidir ki, bunlar şagirdlərin idrak marağını artırsın, onları motivasiyaya sövq etsin, düşündürsün. Ən əsası isə bu iş üsulları şagirdləri yeni axtarışlara aparsın, onlarda tədqiqatçılıq meyillərini gücləndirsin və yeni biliklər əldə etməyə kömək etsin.
Fəal/interaktiv təlimin müxtəlif üsulları vardır: klaster(şaxələndirmə); söz assosiasiyaları, beşliklər; kublaşdırma; konseptual cədvəl; T-sxemlər; Venn diaqramı; əqli hücum; insert; rollu oyunlar; diskussiya; tədqiqatçılıq metodu; debat, BİBÖ, anlayışın çıxarılması, qar topası, akvarium, auksion, morfoloji qutu, sinektika, kolba, iki hissəli gündəlik, ideyalar xalısı, qərarlar ağacı və s.
Klaster(şaxələndirmə). “Klaster” (şaxələndirmə) – klaster hər hansı bir mövzunun açılmasına, şagirdlərin bu mövzu ətrafında geniş, sərbəst düşünməsinə şərait yaradan üsuldur. Bu üsulun tətbiqi za­ma­nı fikirdən fikir, mövzudan mövzu yaranır.
“Beyin həmləsi” (Əqli hücum) – sürətli informasiya axını və şagirdlərin fəal­lığı­nın artırılması üçün tətbiq olunur. Bu üsul problemin həlli və ya hər hansı suala cavab tap­­­­­maq üçün də istifadə oluna bilər.
“Söz assosiasiyaları” – bu üsuldan həm mövzunun öyrənilməsinin əvvəlində, həm də sonunda istifadə etmək olar. Bunu aşağıdakı kimi tətbiq etmək olar:

  • Öyrənilən mövzu ilə bağlı başlıca söz lövhəyə yazılır;

  • Dərsin axırında tapşırılır ki, hər bir şagird mövzu ilə bağlı düşündüyünü və ya nə hiss etdiyini bir sözlə ifadə etsin. Sonra bu sözlərin siyahısı tərtib edilir.

“Diskussiya” (Müzakirə) – diskussiya həm müəllim, həm də şagirdlər üçün əhə­miy­­­yətli üsuldur. Diskussiya prosesində şagirdlər məsələyə münasibət bil­dir­­məyi, onları faktlara əsaslanmaqla təhlil etməyi öyrənirlər.
“Debatlar” – üçüncü tərəfin irəli sürdüyü dəlillərlə digər iki tərəfi inandırmaq pro­se­­­­sidir. Debatlar insanların yox, ideyaların, fikirlərin toqquşmasıdır və problemlərin ye­­­ganə həlli irəli sürülən dəlillərdir. Bu zaman mövzuya dair məlumat toplanır və qrupdan bir nəfər bu məlumatları qeydə
“Akvarium”- diskussiya vərdişlərini inkişaf etdirmək üçün tətbiq edilən üsuldur. Burada şagirdlər iki qrupa ayrılaraq bir-birinin daxilində olan iki dairə ya­ra­dır­­lar. Daxili dairə qoyulan problemi müzakirə edir, xarici dairə isə onların dis­kus­si­ya­­nı düzgün aparmağını müşahidə edirlər. Sonra qruplar yerlərini dəyişir və prob­le­min həlli üzrə aparılan işlər davam etdirilir.
“Mühazirə”- şagirdlər lazımi informasiyanı tapmağa çətinlik çəkdikləri za­man is­ti­­fadə oluna bilər. Mühazirə zamanı müəllim yalnız dərslikdəki material ilə ki­fa­yət­lən­­məməli şagirdləri daha əlavə materiallarla silahlandırmalıdır.
“Təqdimat” (prezentasiya)- şagirdlərin tədqiqat fəaliyyətinin nəticələrinin təqdim edil­məsidir. Təqdimat şifahi, yazılı, vizual, rollu və s. formalarda ola bilər. Şagirdlər təq­dimatı fərdi və ya qrup şəklində edə bilərlər.
BİBÖ (KWL)- bu hərflərin tam açılışı aşağıdakı mənanı verir:

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə