1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


"Anlayışın müəyyən edilməsi"



Yüklə 125,57 Kb.
səhifə29/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   52
orfoqrafiya və orfoepiya

"Anlayışın müəyyən edilməsi" - bu üsul tapmaca rolunu oynayan üsuldur. Müəllim hər hansı bir karta şagirdlərin tapacağı sözü yazır və onun üzünü lövhəyə çevirərək lövhədən asır. Sonra müəllim şagirdə anlayışı aça bilən 2 və ya 3 istiqamətləndirici sözü sadalayır.
"Layihələrin hazırlanması" - bu üsul şagirdlərin tədqiqatçılıq bacarığının inkişaf etdirilməsi üçün vacibdir. Müəllim hər hansı bir mövzunu və ya problemi müəyyən edir və şagirdə layihə hazırlamağı tapşırır.
"Problemli vəziyyət" - bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir. Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş işçi vərəqləri uşaqlara paylanır.
"Karusel"- dərsdən əvvəl müəllim iri kağızlarda mövzuya aid qrupların sayına uyğun suallar yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməyilə qruplara ötürülür.
Beşlik beş sətirli şeir deməkdir.
1. İlk sətir mövzunun bir sözlə ifadəsidir.
2. İkinci sətir mövzunun iki sözlü təsviridir.
3. Üçüncü sətir üç sözlə mövzu dairəsində hərəkəti ifadə edir.
4. Dördüncü sətir mövzuya olan münasibəti göstərən dörd sözlü ifadədir.
5. Axırıncı sətir isə mövzunun mahiyyətini yenidən bəyan edən bir sözdən ibarət sinonimdir.
Venn diaqramı. Venn diaqramı. nisbətən kəsişən iki və ya daha artıq çevrə üzərində qurulur. Çevrələrin üst-üstə düşdüyü hissədə nə isə yazmaq üçün kifayət qədər yer olmalıdır.
Əqli hücum. Bu metod müəyyən vəziyyətlərdən çıxış yolu tapmaq, onları təhlil etmək, ən yaxşı həll yollarının tapılması ilə bağlı qərar qəbul etmək bacarıqlarını inkişaf etdirir.
Rollu oyunlar. Bu metod şagirdlərin yalnız birbaşa təcrübəsindən deyil, həm da simulyasiya edilmiş təcrübədən öyrənə bilməsinə əsaslanır.
Tədqiqatçılıq metodu. Tədqiqatçılıq metodu öz səmərəliliyi ilə xüsusilə fərqlənir. Burada tədqiqatın fərziyyəsi irəli sürülür, onun yolları müəyyənləşdirilir, şagirdlər lazımi materialı özləri seçirlər.
Debatlar. İnteraktiv təlim metodlarından biri də debatlardır. Debatlardan İstifadə zamanı müxtəlif mövqelər toqquşur və dəlillərin müdafiəsi nəticəsində tərəflərdən biri üstünlük qazanır.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə