1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


,52.Orfoepik vərdişlərin formalaşmasında İKTdən istifadə



Yüklə 125,57 Kb.
səhifə28/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   52
orfoqrafiya və orfoepiya

31,52.Orfoepik vərdişlərin formalaşmasında İKTdən istifadə
Fǝal/interaktiv təlim üsullarının tətbiqi tədris prosesini xeyli intensivləşdirir, onu hər bir şagird üçün daha əhəmiyyətli və maraqlı fəaliyyət sahəsinə çevirir, dərsdə fəallığın maksimum artmasına zəmin yaradır, bununla da təlimin inkişafetdirici aspektini nəzərə çarpan dərəcədə gücləndirir.
Klaster(şaxələndirmə) şagirdləri mövzu haqqında açıq və sərbəst düşünmǝyǝ sövq edən pedaqoji metoddur. Bu, təfəkkürün necə fəaliyyət göstərməsi ilə daha Sıx əlaqədə olan formasıdır. "Klaster" (şaxələndirmə) - klaster hər hansı bir mövzunun açılmasına, şagirdlərin bu mövzu ətrafında geniş, sərbəst düşünməsinə şərait yaradan üsuldur.
"Beyin həmləsi" (Əqli hücum) - sürətli informasiya axını və şagirdlərin fəallığının artırılması üçün tətbiq olunur. Bu üsul problemin həlli və ya hər hansı suala cavab tapmaq üçün də istifadə oluna bilər.
"Söz assosiasiyaları" - bu üsuldan həm mövzunun öyrənilməsinin əvvəlində, həm də sonunda istifadə etmək olar. Bunu aşağıdakı kimi tətbiq etmək olar:
Öyrənilən mövzu ilə bağlı başlıca söz lövhǝyǝ yazılır;
Dərsin axırında tapşırılır ki, hər bir şagird mövzu ilə bağlı
düşündüyünü və ya nə hiss etdiyini bir sözlə ifadə etsin. Sonra bu sözlərin siyahısı tərtib edilir.
"Debatlar" - üçüncü tərəfin irəli sürdüyü dəlillərlə digər iki tərəfi inandırmaq
prosesidir. Debatlar insanların yox, ideyaların, fikirlərin toqquşmasıdır və problemlərin yeganə həlli irəli sürülən dəlillərdir. Bu zaman mövzuya dair məlumat toplanır və qrupdan bir nəfər bu məlumatları qeydə alır.
"İdeyalar xalısı" - bu üsul çətin problemlərin həll edilməsinə kömək göstərir və bir neçə mərhələdən ibarətdir:
I mərhələ - problem qoyulur (müəllim problemi bir gün əvvəl və ya dərsin ǝwəlində elan edir)
Il mərhələ - problemin səbəbləri müəyyən edilir (nəyə görə belə bir problem mövcuddur?
III mərhələ - problemin həlli yolları müəyyən edilir (bu problemi həll etmək
üçün nə etmək lazımdır?)
"Akvarium"- diskussiya vərdişlərini inkişaf etdirmək üçün tətbiq edilən üsuldur. Burada vahid fikrə gəlmək vacib deyil. Əsas odur ki, diskussiya düzgün istiqamətdə aparılsın. Burada şagirdlər iki qrupa ayrılaraq bir-birinin daxilində olan iki dairə yaradırlar. Daxili dairə qoyulan problemi müzakirə edir, xarici dairə isə onların diskussiyanı düzgün aparmağını müşahidə edirlər.
"Mühazirə"- şagirdlər lazımi informasiyanı tapmağa çətinlik çəkdikləri zaman istifadə oluna bilər. Mühazirə zamanı müəllim yalnız dərslikdəki material ilə kifayətlənməməli şagirdləri daha əlavə materiallarla silahlandırmalıdır.
"Qar topası "üsulu- bu üsul hər bir şagirdə ümumi işə öz töhvəsini vermək imkanı yaradır. O şagirdlərə öyrənilən mövzu ilə bağlı öz baxışlarını formalaşdırmağı, onu söyləməyi və müdafiə etməyi, birgə qərar qəbul etməyi, güzəştə getməyi öyrədir.
Üsul bir neçə mərhələdən ibarətdir:
I mərhələ. Şagirdlərin fərdi işi.
Il mərhələ. Qruplarda iş.
III mərhələ. Ümumiləşdirmə və qərarın hazırlanmasında bütün sinfin iştirak etməsi.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə