|
1. Rəsmi sənədləraz dili imtahan sualları (1)4. Nitqin təmizliyi
Ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və
s.) nitqdə işlədilməməlidir.
1)
Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir.
2)
Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir.
3)
Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır
4)
Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, tem bolli, mejdu proçim,
niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl gətirir
5.
Nitqin zənginliyi
Nitqin zənginliyi dedikdə, nitq prosesində leksik, semantik, frazeoloji, qrammatik vahidlərin rəngarəng
formada işlədilməsi nəzərdə tutulur. Nitqdə yersiz təkrarlar, bəsit – qrammatik formaların işlədilməsi,
eyni konstruksiya və formaların dalbadal verilməsi, şablon ifadə vasitələrinə müraciət edilməsi nitqi
zənginlikdən uzaqlaşdırır
2.
Nitqin düzgünlüyü
düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin
düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Nitqin düzgünlüyü üçün
başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu
şəkildə əks etdirməsidir. Nitqdə reallıqdan uzaqlaşmanın digər səbəbi danışanın nitq predmeti
haqqında səthi məlumata sahib olmasıdır.
6.
Nitqin yığcamlığı
Nitqin yığcamlığı dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə
tutulur. Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır.
7.
Nitqin münasibliyi
Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına,
məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir. Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə
edə, ona adekvat ola bilməz.
Dostları ilə paylaş: |
|
|