1. Rəsmi sənədlər


Diplomatik sənədlərin növləri



Yüklə 318,82 Kb.
Pdf görüntüsü
səhifə2/26
tarix04.03.2023
ölçüsü318,82 Kb.
#101918
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   26
az dili imtahan sualları (1)

3. Diplomatik sənədlərin növləri 
Bu qrup sənədlərə notalar, bəyanatlar, şəxsi məktublar, memorandumlar, kommünike və s. aiddir. 
Şəxsi nota 
Şəxsi nota prinsipial məsələlərlə bağlı göndərilir və ya hər hansı vacib hadisə haqqında informasiyanı 
ehtiva edir.Nota onu imzalayanın adından tərtib edilir. Sonra məzmun hissəsi başlayır. Sonda isə 
kompliment, nəzakət formulu ilə bitir.Ünvanda nota göndərilən şəxsin dərəcəsi göstərilir.
Şəxsi müraciətnamə 
Bu kateqoriyaya dövlət başçısı və xarici işlər nazirinin məktublarını aid edirlər. Bütün şəxsi 
müraciətnamələr və məktublar göndərənin şəxsi imzasına malikdirlər. Yazı kağızının yuxarısında 
ünvan, tarix və xarici işlər nazirinə ifadəsi ilə yazılır. Nömrə göstərilmir, lakin tarix və şəxsi imza 
məqbuldur. Ünvan yalnız zərfin üzərində göstərilir.


Verbal nota 
Verbal nota ən geniş yayılmış diplomatik sənəddir. «Verbal nota» ifadəsi «ciddi diqqətə alınmalı 
olan kağız» mənasını daşıyır. Verbal nota üçüncü şəxs adından yazılır və gerbli kağızda çap edilir. 
Ünvan həm birinci vərəqdə sol aşağı küncdə , həm də zərfin üzərində də çap edilir.
Memorandum 
Bu sənəddə hər-hansı məsələnin faktiki tərəfi ətraflı nəzərdən keçirilir. Gerbsiz nota kağızında çap 
edilir. Göndərişin nömrəsi, möhürü, yeri və tarixi göstərilmir.
Autent mətn
(yun. əsl, ilk mənbədən doğan)–hər hansı sənədin orijinal mətni. 
Kommünike 
–beynəlxalq razılaşma haqqında rəsmi məlumatdır. 
Kapitulasiya 
(lat. capitulum, yəni fəsil) — ilk dəfə 1535-ci ildə Osmanlı dövləti ilə Fransa arasında 
bağlanmış müqavilə fəsillərə bölündüyü üçün belə adlandırılmışdı. 
Ultimatum
–bir hökümətin digərinə qarşı irəli sürdüyü tələbləri ehtiva edir.
4. Şəxsi müraciətnamə və onun strukturu 
Bu kateqoriyaya dövlət başçısı, və xarici işlər nazirinin məktubları aid edirlər. Bütün şəxsi 
müraciətnamələr və məktublar göndərənin şəxsi imzasına malikdirlər. Yazı kağızının yuxarısında 
ünvan, tarix və xarici işlər nazirinə ifadəsi ilə yazılır. Nömrə göstərilmir, lakin tarix və şəxsi imza 
məqbuldur. Ünvan yalnız zərfin üzərində göstərilir. rəsmi məktub, bir qayda olaraq, «zati-aliləri», 
yaxud bəzən sadəcə cənab… sözləri ilə başlayır. Sonra şərəf duyuram ifadəsi sonda yazılır. 

Yüklə 318,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə