1. Rəsmi sənədlər


Rəsmi dövlət sənədlərinin növləri



Yüklə 318,82 Kb.
Pdf görüntüsü
səhifə4/26
tarix04.03.2023
ölçüsü318,82 Kb.
#101918
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   26
az dili imtahan sualları (1)

2. Rəsmi dövlət sənədlərinin növləri 
Rəsmi dövlət sənədləri – dövlətin konstitusiyası, fərmanları, sərəncamları, qanunları aiddir. 
Konstitusiya 
Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir. Dövlətin ali 
qanunudur. Konstitusiya bütün ölkədə qanunvеricilik sistеminin başında durur. 
"Konstitusiya"nın strukturu:
1. Başlanğıc – preambula;
2. Ümumi müddəalar – əsas prinsiplər;
3. Dövlətin əsas orqanları- qanunverici; icraedici; məhkəmə.
4. Digər maddələr;
5. Konstitusiyanın dəyişdirilməsi və ona əlavələr edilməsi; 
6. Keçid müddəalar. 
Fərman 
Fərman farsca “buyurmaq, əmr etmək” mənasına gəlir. Fərman əsasən, dövlət başçısı tərəfindən 
verilir 
Fərmanın strukturu aşağıdakılardır:

dövlətin gerbi;

sənəd növünün adı; 

başlıq;

məzmun;

imza; 

tərtib olunduğu yer; 

tarix.
Fərmanın məzmununda verilən qərarın səbəbi, qanuna istinad, tarix, əmr və göstərişlər öz əksini tapır. 
Cümlənin xəbəri felin xəbər və əmr şəklində olur. 
Sərəncam 
Sərəncam dövlət idarəetmə orqanlarının qəbul etdikləri, hökmlü xarakter daşıyan, vəzifəli şəxslər
dövlət ,qeyri-dövlət qurumları və vətəndaşlar üçün məcburi qüvvəyə malik aktdır. 
Sərəncamlar məzmu nca 2 yerə bölünür:
1) Dövlət və hüquq aktı olan sərəncamlar;
2) Mülki hüquqa aid olan sərəncamlar.
Fərmandan fərqli olaraq - Sərəncam bir qayda olaraq normativ xarakter daşımır. Qəbul edilmiş
Sərəncam ya televiziya, radio, mətbuat vasitələri ilə yayılır, yaxud şəxsən təqdim olunur. Sərəncamlar 
əsasən yazılı olur, lakin şifahi də ola bilər . 
Qanun 
Qanun hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri 
tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur. Həmçinin qoyulan qadağalara əməl etməyən 
şəxslərin cəzalandırılmasını müəyyən edir. 
Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Qanunlar konstitusiya qanunlarına, 
məcəllələrə və adi qanunlara bölünür.

Yüklə 318,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə