STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
86
si və hərbi cəhətdən asılı etməyə çalışmaqdadır. Bu Rusiyanın son on ildə qəbul
etdiyi xarici siyasət və hərbi doktrinalarında qeyd olunur. [9]
Qərbin regionla bağlı siyasətini öz maraqlarına müdaxilə kimi hesab edərək,
həyata keçirilən proyektlərə mane olmağa çalışır. Regionda sadəcə Ermənistanı
iqtisadi və hərbi cəhətdən tam olaraq özündən asılı etməyə nail olan Moskva,
xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə Azərbaycana da təsir etməyə çalışır.
Azərbaycandan münaqişənin həlli qarşılığında uzun müddətli güzəştlər əldə
etməyə cəhd edərək, şantaj siyasətindən istifadə edir. Vasitəçilik missiyasını
üzərinə götürən Rusiya prezidentinin səyləri öz bəhrəsini vermir. Ümumiyyətlə,
münaqişənin obyektiv həllində maraqlı olmayan Rusiya, status-kvonun qorun-
masına çalışır. Regionda ortaya çıxa biləcək yeni münaqişə sadəcə Azərbaycan
və Ermənistanı əhatə etməyəcək. Müharibə Rusiyanın cənub sərhədlərində
mövcud vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər. Eyni zamanda,
Rusiya Gürcüstanla yaşadığı münaqişə sonrası yaranan öz təcavüzkar imicini
sülhməramlı dövlətə çevirmək istəyir.
Rusiyanın açıq şəkildə Ermənistana
dəstək verməsi fonunda, Qərbin erməni
təəsübkeşliyi, Türkiyə-Ermənistan sərhəd
xəttinin açılmasında və iki ölkə arasın-
da diplomatik münasibətlərin qurulması
üçün Ankaraya edilən təzyiqlər zamanı
da özünü göstərdi. Lakin, Ermənistana 20
ildən artıq davam edən işğal siyasətinə
görə, qərbin demokratik dövlətləri təzyiq
edə bilmirlər və yaxud etmək marağında
deyillər. Hər bir cəhdlə Ankaraya təzyiq
göstərərək, iki ölkə arasında diploma-
tik münasibətlərin qurulmasına çalışan
ABŞ və AB, Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasında əsas rolu
Rusiyaya vermiş oldu. Son iki ildə Rusiya prezidentinin vasitəçiliyi ilə keçiril-
miş görüşlər bunu deməyə əsas verir. Sayca doqquzuncu üçtərəfli formatda
keçirilən son Kazan görüşündən sonra, yenilənmiş Madrid prinsipləri əsasında
razılıq əldə edilməsinə inam, Ermənistanın mövqeyi üzündən yenidən itdi.
Eyni zamanda, Kazan görüşü ərəfəsində Rusiya və Ermənistan arasında rus
hərbi bazasının həmin ölkədə qalma müddətinin uzadılması və həmin baza-
da olan hərbi silah və sursatın təmənnasız erməni ordusuna verilməsi barədə
müqavilənin Rusiya Dövlət Duması tərəfindən ratifikasiya edilməsi [11], görü-
şün müsbət nəticəsinə kölgə salmış oldu. Kazan görüşü sonrası, Azərbaycan
və daha sonra Ermənistanda keçirilən hərbi paradlar, və siyasi elitalaraın son
dövrlərdə münaqişə ilə bağlı verdikləri bəyanatların daha da artması, danışıq-
lar prosesi zamanı yaşanan gərginliyi əks etdirən nümunədir.
Azərbaycan xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin nizamlanma-
sı üçün göstərilən səylər və ümumiyyətlə ölkə prezidentinin son çıxışlarında
DQ-a muxtariyyət statusunun verilə biləcəyi [8] ehtimalı əsasında Ermənistan
Kazan görüşü sonrası, Azərbaycan
və daha sonra Ermənistanda
keçirilən hərbi paradlar, və siyasi
elitalaraın son dövrlərdə münaqişə
ilə bağlı verdikləri bəyanatların
daha da artması, danışıqlar prose-
si zamanı yaşanan gərginliyi əks
etdirən nümunədir.