STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
78
nında daimi nümayəndəsi olmuş Paolo Fulçinin sözlərinə görə, “yazılı şəkildə
dəstək vəd edən dövlətlərin 10 faizini, şifahi dəstək vəd edənlərin 20 faizini
seçkilər zamanı sizə dəstək verənlərin siyahısından çıxarmalısınız. Bu formu-
lanı nəzərə almasanız, seçkilərdə çox böyük uğursuzluğa düçar ola bilərsiniz”
[4. s.19]. Təcrübə diplomatın sözlərini təsdiq edir. Belə ki, 1998-ci ildə TŞ-yə
keçirilən seçkilərdə Kanadaya 165 dövlət dəstək vəd etmiş, amma səsvermə
zamanı 131 səs toplanmış, Hollandiyaya 155 dövlət vəd vermiş, 122 səs top-
lanmış, Yunanıstana 128
dövlət vəd vermiş, cəmi 87 səs toplanmışdır [4, s.18].
TŞ üzvlüyünün verdiyi imkanlar və fəaliyyət perspektivləri
Təhlükəsizlik Şurasının üzvü olmaq, heç şübhəsiz ki, Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olacaqdır. Bəs Azərbaycan bu
üzvlükdən necə yararlanmalıdır, bu post ölkə diplomatiyası üçün nə kimi im-
kanlar yaradacaqdır?
Təbii ki, Şuraya üzvlük ölkəmizin əsas təhlükəsizlik problemlərinin beynəlxalq
səviyyədə həllinə nail olmaq üçün daha geniş imkanlar yaradacaqdır. Yəni
Azərbaycan öz xarici siyasəti qarşısında du-
ran əsas vəzifələrdən biri kimi, Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə nail olmaq üçün Şura
üzvü qismində qurumda təşəbbüslər irəli
sürmək və onları birbaşa lobbiləşdirmək im-
kanı əldə etmişdir. Təbii ki bu imkandan ya-
rarlanmaq mövcud beynəlxalq vəziyyətdən
və TŞ-nin daimi üzvü olan Minsk qrupunun
həmsədr ölkələrinin mövqeyindən də ası-
lı olacaqdır. Həmçinin nəzərə alınmalıdır
ki, BMT Nizamnaməsinin 27-ci maddəsinə
əsasən münaqişə tərəfi olan dövlət TŞ-də
münaqişə ilə bağlı həlledici qərarlar qəbul
edildikdə səsvermədə iştirak etməməlidir.
Bununla belə, təcrübə göstərir ki, münaqişə tərəfi olan TŞ üzvü bu qurumda
gedən müzakirələrə təsir etmək baxımından onun üzvü olmayan dövlətdən
daha üstün vəziyyətdədir.
TŞ-da ölkəmiz təkcə öz maraqları ilə bağlı təşəbbüslərlə kifayətlənməməli,
beynəlxalq birliyi narahat edən, son dövrlərdə öz aktuallığı ilə seçilən
məsələlərə də diqqət ayırmağa çalışmalıdır. Bu, Azərbaycanın beynəlxalq nüfu-
zunun artmasına xidmət etmiş olacaqdır. Şuraya üzvü kimi ölkəmizin aşağıdakı
beynəlxalq məsələlərə diqqət ayırması məqsədəuyğun olardı:
-
BMT Təhlükəsizlik Şurasının islahatları, xüsusilə onun fəaliyyətinin
təkmilləşdirilməsi, Şura tərəfindən qəbul edilən qərarların icrasına nəzarət me-
xanizminin yaradılması, icrasızlığın səbəblərinin araşdırılması və aradan qal-
dırılması yollarının müəyyənləşdirilməsinə dair təşəbbüslərin irəli sürülməsi.
Məsələn, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə bu mövzuya həsr olun-
muş beynəlxalq konfransın və ya seminarın təşkili məqsədəuyğun olardı. Belə
Azərbaycan öz xarici
siyasəti qarşısında duran
əsas vəzifələrdən biri kimi,
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin sülh
yolu ilə həllinə nail olmaq üçün
Şura üzvü qismində qurum-
da təşəbbüslər irəli sürmək və
onları birbaşa lobbiləşdirmək
imkanı əldə etmişdir.
Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
79
ki, bu mövzu Azərbaycan kimi bir çox ölkələrin də marağında olduğu üçün,
öz aktuallığı ilə seçilir. Konfransdan əldə olunacaq nəticələr əsasında BMT-də
müvafiq təşəbbüslərlə çıxış etmək olar;
-
Son dövrlərdə irqi, dini və milli zəmində nifrət hallarının artması ilə
beynəlxalq gündəmin aktual məsələlərindən olan mədəniyyətlərarası dialo-
qun təşviqinə diqqətin artırılması. Ölkəmiz bu mövzuya dair bir sıra beynəlxalq
tədbirlərə ev sahibliyi etməklə, artıq mədəniyyətlərarası dialoq prosesinə öz
töhfəsini verməyə başlamışdır. Zənnimizcə, bu istiqamətdə fəaliyyət davam
etdirilməlidir;
-
Münaqişələrin qarşısının alınması, sülhqoruma və sülhquruculuğu
məsələləri, o cümlədən münaqişə zamanı kövrək qrupların, xüsusilə qadın və
uşaqların hüquqlarının qorunması, münaqişələrdən əziyyət çəkən əhalinin,
qaçqın və məcburi köçkünlərin problemlərinin davamlı həlli yollarının tapılması
məsələləri də, beynəlxalq təhlükəsizlik gündəliyinin maraq doğuran məsələləri
kimi daim diqqət tələb edir və bu istiqamətdə də tematik müzakirələrin
təşkili
məqsədəuyğun olardı;
-
Beynəlxalq sanksiyaların və BMT TŞ tərəfindən güc tətbiqi son dövrlərdə,
xüsusilə də, BMT TŞ-nin Liviyadakı əməliyyatlarla bağlı mövqeyindən sonra daha
da aktuallaşmışdır. Bir çoxları Liviyada keçirilən əməliyyatların TŞ qətnaməsinin
müddəalarından kənara çıxmasından, əməliyyatın NATO tərəfindən həyata
keçirilməsindən, eləcə də TŞ-nin eyni problemi yaşayan müxtəlif ölkələrə
qarşı müxtəlif münasibət göstərməsindən narazı qalmışdır. Bu məsələyə də
diqqət ayırmaq, TŞ tərəfindən məcburedici tədbirlərin görülməsini zəruri edən
halların və onların icra mexanizmlərinin dəqiqləşdirilməsinə xidmət edəcək
müzakirələrin təşkili həm ölkəmizin (Ermənistanın beynəlxalq hüquq norma-
larını kobud şəkildə pozmasının müqabilində TŞ-nin göstərdiyi münasibətin
səmərəsizliyi baxımından), həm də beynəlxalq aləmin maraqlarında olardı.
Nəticə
Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, ölkəmizin 2012-
2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olması üçün kifayət qədər
diplomatik səy göstərilmiş və namizədliyimizin yetərincə BMT üzvü tərəfindən
dəstəklənməsinə nail olunmuşdur. BMT Nizamnaməsinə əsasən Şuraya, ilk
növbədə dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına əsas dəstək
göstərən ölkələr seçilməlidir, lakin təcrübə göstərir ki, seçkilər prosesində
bu, heç də həmişə əsas rol oynamır. Səsvermə zamanı namizəd ölkənin BMT
üzvləri və müxtəlif bloklarla münasibətləri, təbliğat kampaniyasının miqyası və
intensivliyi, BMT yanında Daimi nümayəndəliyin fəallığı və əlaqələrinin geniş-
liyi, kampaniya üçün səfərbər edilmiş insan və maliyyə resursları çox mühüm
əhəmiyyətə malikdir. Bu baxımdan təşviqat kampaniyası zamanı bütün bu de-
talları nəzərə aldığı üçün ölkəmiz qarşıya qoyduğu məqsədə nail ola bilmişdir.
TŞ-yə üzv seçilmək Azərbaycan diplomatiyası üçün irəliləyiş olmaqla yanaşı,
həm ölkəmizin xarici siyasəti qarşısında duran əsas problemlərin həllinə, həm
də onun beynəlxalq nüfuzunun daha da artmasına xidmət edəcəkdir. Təbii ki,
yaddan çıxarmamaq lazımdır ki, Təhlükəsizlik Şurasında əsas güc onun beş