Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL
69
vertical polarization took place with the demise of Soviet Union. The policy of
controlling natural resources and economies of the regional countries in order
to influence their political and security decision-making, was launched in the
19th century, only the players changed in the 20th century.
Джавид Велиев
Борьба за геополитическое влияние на Южном Кавказе
После распада СССР на Южном Кавказе для исследования региона
часто применялись такие термины как «черная дыра», «геополитический
вакуум», «вакуум власти» и т.п., которые характеризовали отсутствие
силы, которая доминировала бы на территории всего региона. С начала
90-ых годов 20-го века борьба за геополитическое влияние на Южном
Кавказе велась не только между великими державами, но и также между
силами регионального масштаба, которые в свою очередь сформировали
в регионе различные направления поляризации интересов. Автор
приходит к выводу, что политика влияния региональных и великих
держав на процесс принятия решений в области безопасности в регионе
основанная на захвате природных ресурсов и экономики сформировалась
еще в 19 веке, а в 20 веке лишь поменялись игроки этого процесса.
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
70
Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL
71
Açar sözlər: BMT Təhlükəsizlik Şurası, qeyri-daimi üzvlər, 2012-2013-cü illər,
seçkilər, Azərbaycan
Key words: UN Security Council, non-permanent members, elections, 2012-
2013, Azerbaijan
Ключевые слова: Совет Безопасности ООН, непостоянные члены,
выборы, 2012-2013, Азербайджан
Azərbaycan
Respublikasının BMT
Təhlükəsizlik Şurasına
üzv seçilməsi
və Şura üzvlüyün
perspektivləri
Şəfa
Qasımova
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının doktorantı
shefa_gardashova@yahoo.co.uk
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
72
Giriş
Məlum olduğu kimi, Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının
2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürmüş və
2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasında keçirilən səsvermənin
nəticələrinə görə bu quruma üzv seçilmişdir [7]. BMT Təhlükəsizlik Şurası (TŞ)
dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas qurumdur
[2, s.19]. Beynəlxalq sülhün təminatı üçün mühüm qərarlar məhz bu qurum
tərəfindən qəbul olunur. Bu baxımdan, BMT TŞ-nin üzvü olmaq kifayət qədər
məsuliyyətli və əhəmiyyətli bir vəzifədir və quruma keçirilən seçkilər beynəlxalq
ictimaiyyətin ən çox diqqət mərkəzində olan seçki proseslərindən biridir.
Məlum olduğu kimi, BMT Nizamnaməsinə əsasən TŞ-nin 15 üzvü vardır.
Onlardan 5-i (ABŞ, Birləşmiş Krallıq, Fransa, Çin, Rusiya) daimi üzvlərdir. Digər
10 üzv isə BMT Baş Assamblеyası üzvlərinin
2/3 səs çoxluğu ilə gizli səsvermədə iki il
müddətinə seçilir [2, s.18]. Qeyd etmək
lazımdır ki, qaydaya əsasən hər il BMT TŞ-
nin 10 qeyri-daimi üzvündən 5-i yenilənir
[3]. Bu il də 2012-2013-cü illər üçün yeni
5 qeyri-daimi üzv seçilmişdir. Seçkilər
BMT Baş Assambleyasının 66-cı sessiyası
çərçivəsində 2011-ci ilin oktyabrında baş
tutmuşdur [5, s. 4]. BMT Baş Assambleya-
sının 1963-cü ildə qəbul olunmuş 1991 A
(XVIII) saylı qətnaməsinə əsasən regional
qruplar arasında yerlər bu cür paylanmış-
dır: Asiya və Afrika - 5 yer (sonradan bu yerlərdən 3-ü Afrikaya, 2-si Asiyaya
verildi), Şərqi Avropa 1 yer, Qərbi Avropa və digər dövlətlər – 2 yer, Latın Ame-
rikası – 2 yer. Qaydaya əsasən yeni seçkilər ərəfəsində üzvlər aşağıdakı regional
qruplardan seçilmişlər:
- Afrika qrupu - 2 yer (hazırda bu qrupdan Qabon və Nigeriya TŞ-nin üzvüdür);
- Asiya qrupu - 1 yer (hazırda bu qrupdan Livan TŞ-nin üzvüdür);
- Latın Amerikası qrupu - 1 yer (hazırda bu qrupdan Braziliya TŞ-nin üzvüdür);
- Şərqi Avropa qrupu – 1 yer (hazırda Bosniya və Herseqovina TŞ-nin üzvüdür).
Boşalmış yerlərə aşağıdakı dövlətlər öz namizədliklərini irəli sürmüşdülər:
- Afrika qrupundan - Mavritaniya, Toqo və Mərakeş [8];
- Asiya qrupundan - Pakistan (8) və Qırğızıstan [9];
- Latın Amerikası qrupundan – Qvatemala [10];
- Şərqi Avropa qrupundan – Azərbaycan [11], Sloveniya [12] və Macarıstan [13].
Qeyd etmək lazımdır ki, Şərqi Avropa qrupundan Ermənistan da öz
namizədliyini irəli sürmüş, lakin sonradan geri götürmüşdür [14]. Ermənistan
bu addımı ilə Azərbaycanla heç bir sahədə, o cümlədən diplomatik sferada
rəqabət aparmaq qabiliyyətinin olmadığını sübut etmişdir.
Göründüyü kimi, namizədlərin sayını nəzərə alsaq, builki seçkilərdə yalnız
Azərbaycanın bir neçə raund-
dan sonra onu səs fərqinə
görə xeyli qabaqladığını görən
Sloveniya namizədliyini geri
götürmüş və nəticədə 17-ci
raundda ölkəmiz 155 səslə
Təhlükəsizlik Şurasının qeyri-
daimi üzvü seçilmişdir.
Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL
73
Latın Amerikası qrupundan başqa, digər qruplarda rəqabət olmuşdur. Qeyd
etmək lazımdır ki, BMT Baş Assambleyasının 34/401 saylı qərarına əsasən
BMT-nin əsas orqanlarına keçirilən seçkilərdə boş yerə hətta bir namizəd olsa
belə, səsvermə keçirilməlidir. Bu səsvermə formal xarakter daşıyır və adətən
başqa namizəd olmadığından regional qrupdan öz namizədliyini irəli sür-
müş yeganə dövlət müvafiq yerə üzv seçilir. Bu il oktyabrın 21-də keçirilən
seçkilərdə Qvatemala rəqibsiz olduğu üçün 191 səslə, Mərakeş 151, Pakis-
tan isə 129 səslə səsvermənin ilk raundundan Təhlükəsizlik Şurasına üzv
seçilmişlər [7]. Afrika qrupunda mövcud olan digər yerə səsvermənin üçüncü
raundunda 131 səs toplayan Toqo seçilmişdir [7]. Ən güclü rəqabət ölkəmizin
daxil olduğu Şərqi Avropa qrupunda yaşanmışdır. Belə ki, səsvermənin ilk
raundunda Azərbaycan 74, Sloveniya 67, Macarıstan isə 52 səs toplamışdır.
İlk raundda ən az səs topladığına görə Macarıstan mübarizəni davam etdirə
bilməmişdir. Azərbaycan və Sloveniya arasında rəqabət 17 səsvermə raun-
duna qədər davam etmişdir. 16 raundda heç bir dövlət Şuraya üzv seçilmək
üçün zəruri olan 2/3 səs çoxluğunu toplaya bilməmişdir. 16-cı raundda
Azərbaycan 116, Sloveniya isə 77 səs toplamışdır. BMT-də indiyədək forma-
laşmış təcrubəyə əsasən iki rəqib arasında əhəmiyyətli səs fərqi olduqda,
daha az səs toplayan dövlət öz namizədliyini geri götürərək rəqibinin lazımi
səsi toplaya bilməsi üçün şərait yaradır. Azərbaycanın bir neçə raunddan son-
ra onu səs fərqinə görə xeyli qabaqladığını görən Sloveniya namizədliyini geri
götürmüş və nəticədə 17-ci raundda ölkəmiz 155 səslə Təhlükəsizlik Şurası-
nın qeyri-daimi üzvü seçilmişdir. Sloveniya namizədliyini geri götürməsinə
baxmayaraq, 13 dövlət onun lehinə səs vermiş, 24 dövlət bitərəf qalmış, bir
dövlət isə Macarıstana səs vermişdir [7].
Azərbaycanın TŞ-nin üzvlüyünə
seçilmək istiqamətindəki səyləri
Yuxarıda qeyd olunan siyahıdan məlum olur ki, ölkəmizin daxil olduğu
Şərqi Avropa qrupuna ayrılmış bir yerə üç ölkə öz namizədliyini irəli sürmüşdü.
Azərbaycandan başqa TŞ üzvlüyünə namizədliyini irəli sürmüş Sloveniya və
Macarıstan ölkəmiz üçün kifayət qədər ciddi rəqiblər olmuşlar. Hər iki ölkənin
artıq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri kimi təcrübələri vardır. Belə ki,
Macarıstan 1968-1969 və 1992-1993-cü illərdə [16], Sloveniya isə 1998-1999-
cu illərdə [16] Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olmuşlar. Bundan
əlavə, bu ölkələr beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə öz imkanları
daxilində müəyyən töhfə verməyə çalışırlar. Sloveniyanın 5000-ə yaxın hərbçisi
13-dək beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edir. Bu ölkə 1998-ci ildə
yaratdığı minatəmizləmə və mina qurbanlarına yardım üçün Beynəlxalq İnam
Fondu vasitəsilə Cənub-Şərqi Avropada minalanmış ərazilərin təmizlənməsində
yaxından iştirak etmişdir [12].
Macarıstan vətəndaşları isə 1988-ci ildən indiyədək BMT-nin 25-dək
sülhməramlı əməliyyatının hərbi və polis qüvvələrində xidmət etmişdir.
Bundan əlavə, Macarıstan hökuməti seçkilər ərəfəsində beynəlxalq sülh və
təhlükəsizliyə öz töhfəsi kimi Budapeştdə soyqırımı və kütləvi zorakılığın qarşı-
Dostları ilə paylaş: |