Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
65
geopolitik əhəmiyyətini itirən Türkiyə, bu boşluğu Qərblə Cənubi Qafqaz ölkələri
arasında oynaya biləcəyi rol ilə doldurmağa çalışdı. 1990-cı illərin əvvəllərində
ABŞ Türkiyənin üzərindən Cənubi Qafqaz regionunda mövqelər əldə etməyə
çalışdı. 1990-cı illərin sonlarında əsası qoyulan BTC və BTƏ-nin 2000-ci illərdə
həyata keçməsi ilə Türkiyənin Cənubi Qafqazda mövqeyi möhkəmləndi. 2002-ci
ildə Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsi ilə birlikdə
Türkiyənin Cənubi Qafqaz siyasəti dəyişdi. AKP hökuməti əvvəlki hökumətlərin
xarici siyasətini “soyuq müharibə”nin şərtləri ilə davam edən siyasət” kimi gördü
və Türkiyənin xarici siyasətini yeni şərtlərə görə qurmağa çalışdı. Türkiyə Rusi-
ya və İranla qarşıdurman deyil, əməkdaşlığı seçdi və bu da Türkiyənin soyuq
müharibə müttəfiqi ABŞ-ın narazılığına səbəb oldu. Azərbaycanın Cənubi Qafqaz
siyasətinin mərkəzində dayandığını görən AKP hökuməti 2007-ci ildən etibarən
Ermənistanla münasibətləri normallaşdırmaq üçün diplomatik müzakirələr
prosesinə başladı. Lakin bu proses Türkiyə-Azərbaycan münasibətlərinə və Qara-
bağ məsələsinin həllinə mənfi təsir etdi. Bu gün Türkiyənin xarici siyasəti “Cənubi
Qafqaz ikinci planda” tənqidləri ilə qarşı-qarşıyadır.
Sovet İttifaqının dağılmasından sonra Cənubi Qafqazda meydana gələn
güc boşluğundan istifadə edən İran öz rejimi-
ni yaymaq üçün regionu əlverişli bir sahə kimi
gördü. Qərb şirkətlərinin Azərbaycanın neft
yataqlarına sərmayə qoymasını əngəlləmək
üçün tarixi rəqibi Rusiya ilə müttəfiq olan
İran, Azərbaycana qarşı bir tərəfdən Xəzərin
bölüşdürülməsi problemini gündəliyə gətirdi.
Digər tərəfdən isə Ermənistanı dəstəklədi.
Qısaca Sovet İttifaqından sonra İran Cənubi
Qafqaz siyasətini din qardaşlığı deyil, maraq
qardaşlığı üstündə qurmağa çalışdı. Lakin İran
üçün ən böyük təhlükə daxilində yaşayan milyonlarla azərbaycanlı oldu. İranın
siyasətində bu narahatlığı hər zaman özünü büruzə verdi. Azərbaycanı Qərb
dövlətlərini regiona gətirərək ixtişaşlar təhlükəsi yaratmaqda günahlandırdı,
özü isə Qərbin regiondakı ən güclü müttəfiqi Gürcüstana təbii qaz satdı. “İş-
ğalçı dövlət” olması səbəbindən “İsraili yer üzündən silmə” şüarları səsləndirdi
, digər tərəfdən regiondakı işğalçı dövlət Ermənistanı dəstəklədi. Ermənistanı
dəstəkləmək yolu ilə həm Azərbaycana qarşı təzyiqləri artırmağa, ABŞ və
yəhudi lobbisinə qarşı erməni diasporunun dəstəyini almağa və regionda
mövqeyini möhkəmləndirməyə çalışdı. İran xarici siyasətindəki ikili standart
onun Azərbaycandakı mövqeyinə mənfi təsir göstərdi.
Soyuq müharibənin sona çatmasını Qərbin ideoloji zəfəri olaraq
qiymətləndirən ABŞ, Sovet İttifaqı ölkələrini qərb mərkəzli dünya sisteminə
inteqrasiya etdirməyə çalışdı. Həm qlobal hakimiyyətini möhkəmləndirən
NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu, həm
ikitərəfli münasibətlər, həm də QHT və çoxmillətli şirkətlər vasitəsilə Cənubi
Qafqaz ölkələrini ABŞ mərkəzli dünya sisteminə inteqrasiya etməyə çalışdı.
Türkiyə-Azərbaycan ara-
sında tarixi və etnik ya-
xınlığın ortaq maraqlarla
möhkəmlənməsi Ankaranın
Cənubi Qafqazda özünə
qısa müddətdə yer tapması-
na səbəb oldu.
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
66
Regional qütbləşmələr
Qafqaz regionu soyuq müharibədən sonrakı dövrdə Müstəqil Dövlətlər Birli-
yi (MDB) xaricində yeni regional əməkdaşlıqların rüşeymlərinin qoyulduğu əsas
yer oldu. Regiona beynəlxalq marağın artması bölgə siyasətində qütbləşmə
meyillərini artırdı. Milli maraqların qarşıdurması dövlətlərin fərqli təhlükəsizlik
təşkilatları ilə əməkdaşlıq qurmasına gətirib çıxardı. Regional səviyyədə
təhlükəsizlik strukturu olmasa da, region xarici güclər tərəfindən qurulan və re-
gion dövlətlərinin də qatıldığı və ya əməkdaşlıq etdiyi təhlükəsizlik strukturu re-
gional təhlükəsizlik baxımından əhəmiyyətli rola malikdir. Bu baxımdan Kollektiv
Təhlükəsizlik Təşkilatı (KTMT), GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldo-
va), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və NATO ilə əməkdaşlıq
dövlətlərin təhlükəsizlik siyasətlərində ön plana çıxan strukturlardır.
SSRİ-dən müstəqilliklərini əldə etdikdən sonra hər üç Cənubi Qafqaz dövləti
fərqli xarici və təhlükəsizlik siyasəti apardılar. Hər üç dövlətdə hakimiyyətdə olan
liderlərin dünya görüşü o dövlətlərin xarici və
təhlükəsizlik siyasətinə ciddi təsir göstərdi.
Ermənistanın Qarabağ işğalı və Türkiyəyə qarşı
tələbləri ilə Rusiyanın “əsirinə” çevrildi. Gürcüs-
tan Rusiyaya qarşı ərazi bütövlüyünü və suve-
renliyini təminetmənin yolunun Qərb mərkəzli
xarici və təhlükəsizlik siyasəti aparmaqdan
keçdiyini düşünür. Azərbaycan isə tarazlaşdı-
rılmış xarici siyasət izlədi və milli maraqlarına
təsir edən addımlara müsbət və mənfi cavab
verməkdən çəkinmədi. Ermənistandan fərqli olaraq Qarabağ məsələsinin həlli
xarici siyasətin prioriteti oldu, lakin xarici siyasət tamamilə Qarabağ məsələsinə
həsr olunmadı.
Cənubi Qafqazın ən böyük ərazisinə və əhalisinə sahib olan Azərbaycan,
eyni zamanda, enerjinin şaxələndirilməsində körpü rolunu oynaya biləcək bir
Xəzər hövzəsi ölkəsidir. Gürcüstan üzərindən Qara dənizə, Gürcüstan-Türkiyə
üzərindən Aralıq dənizinə fəal çıxışı vardır. Şimal-Cənub və Şərq-Qərb arasında
dəhliz rolunu oynaya bilməsi onun geopolitik dəyərini artırır. Bu dəyər onun
üzərində xarici təzyiqləri artırdığı kimi diplomatik müzakirələrdə də gücünü ar-
tırmağa imkan yaradır. Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan
xarici siyasətində balans strategiyası izləməsi onun geopolitik dəyərlərinə fərqli
bir görünüş verir. Qafqazda davam edən qlobal geopolitik mübarizəni xarici
siyasət hədəfləri üçün istifadə etməyə çalışan Azərbaycanı öz tərəfinə çəkmək
istəyən tərəf, bəzən Azərbaycana daha çox güzəştə getmək, bəzən də daha
çox təzyiq etmək məcburiyyətində qalmışdır.
Ermənistan qapalı, quru dövlətidir. Birbaşa heç bir dənizə çıxışı olmadığı kimi,
enerji qaynaqlarına da sahib ölkə deyildir. Ermənistan Gürcüstan vastəsilə Qara
dənizə çıxış əldə etmişdir. Coğrafi mənada Ermənistanın iki üstün cəhəti möv-
cuddur. Enerjisi cəhətdən Gürcüstana alternativ olması və coğrafi mövqeyinin
Azərbaycan isə tarazlaşdı-
rılmış xarici siyasət izlədi
və milli maraqlarına təsir
edən addımlara müsbət və
mənfi cavab verməkdən
çəkinmədi.