STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
80
daimi üzvünə məxsusdur. Odur ki, qeyri-daimi üzvlüyün verdiyi imkanlar heç
də Azərbaycanın və dünyanın problemlərini həll etmək üçün kifayət deyildir.
Amma bu üzvlük Azərbaycan kimi gənc və inkişaf etməkdə olan ölkə üçün çox
mühüm bir nailiyyət, beynəlxalq nüfuzun yüksəlməsi, diplomatik manevr və
beynəlxalq maraqların müdafiəsi imkanlarının genişlənməsi deməkdir.
İstifadə edilmiş ədəbiyyat
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 mart tarixli, 91-S saylı
sərəncamı
2. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Beynəlxalq Məhkəmənin Statutu, -
B.: Azərbaycan;
3. BMT Baş Assambleyasının Prosedur Qaydaları, 142-ci qayda;
4. David M.Malon “Eyes on the prize”, A review of multilateralism and international
organizations, Vol. 6, No. 1, January-March 2000
5. Revitalization of the work of the General Assembly, Report of the Secretary-General,
document A/65/902, 11 July 2011.
6. Special Research Report, Security Council Election 2007, 12 September 2007 (vol.1)
7. http://www.un.org/apps/news/ story.asp?News/D=40174&Cr=security+council&Cr1=
8. http://www.oicun.org/11/
9. www.mfa.kg/file/br_unsec.pdf
10. http://www.guatemalaun.org/candidaturacs.cfm
11. http://azerbaijan-unsc.com/
12. http://www.mzz.gov.si/en/foreign_policy/slovenia_for_the_un_security_coun-
cil_2012_2013/
13. http://www.mfa.gov.hu/kum/en/bal/foreign_policy/un_sc/
14. http://www.news.az/articles/politics/36895
15. http://www.mfa.gov.hu/kum/en/bal/foreign_policy/un_sc/
16. http://www.un.org/sc/list_eng5.asp
17. http://www.un.org/News/Press/docs/2006/ga10459.doc.htm
18. http://www.un.int/azerbaijan/, Aide-memoire on the candidacy for the UN Security
Council
19. http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=582&Itemid=1.
20. http://az.apa.az/news.php?id=93591
21. http://www.echo-az.com/archive/2010_09/2376/obshestvo03.shtml
22. www.mfa.gov.az
23. http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=664&Item
id=139
24. http://www.voanews.com/azerbaijani/news/Azrbaycan-Pakistana-humanitar-
yardmlar-gondrir-101648148.html
25. http://www.oas.org/en/ser/dia/perm_observers/countries.asp
26. http://www.oic-oci.org/36cfm/w/en/documents.htm
27. http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=1146&Itemid=130
28. http://www.thejakartapost.com/news/2011/05/26/nam-adopts-vision-next-50-
years.html
29. http://az.apa.az/news.php?id=210560
30. http://pda.azertag.com/news.jsp?id=5080&lang=az&date=2011-05-
07&partition=2_12
31. http://azerbaijan-unsc.com/articles/61/1/
Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL
81
Shefa Qasimova
Azerbaijan’s election to UN Security Council, the prospects and benefits
of this membership.
The article analyses Azerbaijan’s diplomatic efforts for obtaining a mem-
bership at the UN Security Council for 2012-2013 and its victory over the other
candidates from Eastern European group of countries after the strong com-
petition which lasted for several rounds of voting. It gives broad analyses of
country’s recent diplomatic activities which served for the successful conclusi-
on of its candidacy to the Council. The paper also provides proposals on the
possible initiatives serving to the interests both Azerbaijan and the interna-
tional community which can be realized by our country as a member of the
Security Council.
Шефа Гасымова
Избрание Азербайджана в Совет Безопасности ООН, перспективы и
преимущества этого членства.
В статье представлен анализ дипломатических усилий Азербайджана,
которые привели к становлению страны непостоянным членом Совета
Безопасности ООН на 2012-2013 года. Автором представлен широкий
анализ недавней дипломатической деятельности страны в различных
международных организациях и регонах мира, которая стала залогом
успеха на выборах в членство Совета Безопасности. В статье также
изложены предложения о возможных инициативах Азербайджана как
члена Совета Безопасности ООН, которые будут, служит интересам страны
и всего мирового сообщества.
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
82
Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL
83
Açar sözlər: Dağlıq Qarabağ münaqişəsi, xarici siyasət, Avropa enerji
təhlükəsizliyi, Rus imperializmi, ikili standartlar
Key words: Nagorno-Karabakh conflict, foreign policy, European energy se-
curity, Russian imperialism, double standards
Ключевые слова: Нагорно-карабахский конфликт, внешняя политика,
энергетическая безопасность, Pусский империализм, двойные
стандарты
Regional və
böyük güclərin
Cənubi Qafqazda
ikili standartları
prizmasında
Azərbaycanın
xarici siyasəti
Elnur
İsmayilov
Almaniyanın Münster şəhərinin
Vestfaliya-Vilhelm universitetinin
Siyasi Elmlər institutunun elmi işçisi
və universitetin doktorantı
elnur@gmx.de
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
84
Giriş
Beynəlxalq birliyi Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində
tutmuş olduğu subyektiv və passiv mövqeyindən uzaqlaşdırmaq, və beynəlxalq
hüquq prinsipləri çərçivəsində işğal altında olan torpaqların sülh yolu ilə azad
edilməsi, eyni zamanda işğal nəticəsində torpaqlarını tərk etmiş köçkünlərin
öz yurdlarına qayıtmasını təmin etmək Azərbaycan xarici siyasətinin prio-
ritet istiqamətlərindəndir. Bu məqsədlər, Azərbaycanı beynəlxaq və regi-
onal güclərin, və beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili siyasətləri
nəticəsində daha çox diplomatik mübarizəyə sövq edir. Son illərdə aparıl-
mış iqtisadi islahatlar nəticəsində Cənubi
Qafqaz regionunun ən mühüm dövlətinə
çevrilən Azərbaycan, bütünlükdə qitənin
enerji təhlükəsizliyində mühüm tərəfdaş
ölkə statusu daşımaqdadır.
Bu məqalə istər münaqişənin həllində
vasitəçilik edən Minsk qrupu həmsədr
dövlətlərinin,
istərsədə
regional
və
beynəlxalq güc hesab edilən dövlət və
təşkilatların regionda münaqişə tərəflərinə
münasibətdə ikili siyasət yeritdiklərini; demokratiya və insan hüquqlarını müstəqil
dövlətlərin daxili işlərinə müdaxilə üçün vasitəyə çevirdiklərini izah etməyə çalışır.
Eyni zamanda Avropanın enerji təhlükəsizliyi nümunəsində, aktual olan Cənub
qaz dəhlizi və Transxəzər qaz kəməri layihələrinin həyata keçirilməsində maraqlı
olan Azərbaycanın xarici siyasətinin təhlili öz əksini tapmaqdadır.
Rusiya və Qərbin regionda maraqlarının toqquşması və
Dağlıq Qarabağ münaqişəsi
Son illər Cənubi Qafqaz regionunda baş verən proseslər- Rusiya və Gür-
cüstan arasında 2008-ci ildə baş verən Avqust münaqişəsi, Abxaziya və Cənubi
Osetiya kimi separatçı rejimlərin Rusiya tərəfindən tanınması- ümumilikdə
regionda siyasi gərginliyi və eyni zamanda münaqişələrin həlli istiqamətində
Qərbin vasitəçilik missiyalarını artırmış oldu. Xüsusilə, 2003-cü ildə Qərbin
dəstəyi ilə Gürcüstanda baş vermiş inqilabdan sonra, Rusiyanın regionda aqres-
siv siyasəti və Putinin hakimiyyətə gəlməsi ilə başlayan yeni Rus imperializmi,
Qərbi regionla bağlı daha fərqli müstəvidə fəaliyyətə keçirdi. Post-Sovet res-
publikalarında baş verən rəngli inqilablara görə Qərbi ikili siyasət yeritməkdə
günahlandıran Rusiya prezidenti Vladimir Putin [8], öz xarici siyasətini müva-
fiq dövlətlərə qarşı sərtləşdirərək, müxtəlif vasitələrlə keçmiş müttəfiqlərini
özünə yaxınlaşdırmağa çalışdı. 2007-ci ilin fevral ayında Münxendə keçirilən
Təhlükəsizlik Konfransında Putinin çıxışı dünyada yeni bir Soyuq müharibə
təhlükəsinin olduğunu göstərdi. Sovet İmperiyasının dağılmasından sonra Ru-
siyanın zəifləməsilə, NATO-nun genişləməsinə göz yumduğunu bildirən Pu-
2007-ci ilin fevral ayın-
da Münxendə keçirilən
Təhlükəsizlik Konfransında
Putinin çıxışı dünyada yeni bir
Soyuq müharibə təhlükəsinin
olduğunu göstərdi.
Dostları ilə paylaş: |