1. Süni intellekt termininin yaranması Süni intellekt anlayışı. Süni intellekt elminin inkişaf səbəbləri


İntellektual sistemlərin layihələndirilməsinin mərhələləri



Yüklə 45,16 Kb.
səhifə4/8
tarix20.06.2022
ölçüsü45,16 Kb.
#89784
1   2   3   4   5   6   7   8
suni intel

51. İntellektual sistemlərin layihələndirilməsinin mərhələləri.
52. İntellektual sistemlərin mövcudluğunu müəyyən edən mərhələlər.
53. Süni intellekt sisteminin hazırlanmasının əsas mərhələləri.
Mövzu 9. Süni intellektin hazırlanması mərhələsi
İntellektual sistemlərin layihələşdirilməsi dedikdə, predmet oblastında biliklərə sahib olmaya və sistemin yaradılmasına kömək etməyə hazır olan ekspertin, həmçinin süni intellekt sahəsində çalışan biliklər mühəndisinin, analitiklərin və proqramçıların iterativ və təkamül proseslərində iştirakı başa düşülür. Görüləcək işlərin həcmi və əməktutumundan asılı olaraq qrup 3-6 nəfərdən ibarət ola bilər. Predmet oblastının təhlilindən və bu sahəyə intellektual sistemlərin məqsədəuyğun tətbiqinin müəyyənləşdirilməsindən sonra bilavasitə sistemin layihələşdirilməsinə keçilir. İntellektual sistemlərin layihələşdirilməsi mərhələlərinin sayına müxtəlif baxışlar mövcuddur. Bu, bir çox amildən, əsasən də yaradılacaq intellektual sistemin funksiyalarından, onun istifadə olunacağı sahədən, inkişaf etmiş alət vasitələrinin mövcudluğundan və s. asılıdır. Süni intellekt sisteminin hazırlanması prosesi beş mərhələyə ayrılır:
1.Verilən məsələlərin və onların xarakteristikalarının müəyyənləşdirilməsinin identifikasiyası.
3.Biliklərin təqdimatı və qərarların çıxarışı mexanizminin müəyyənləşdirilməsinin rəsmiləşdirilməsi üsulunun seçilməsi.
4.Biliklərin təsviri dilinin (BTD-nin) seçilməsi və ya hazırlanması.
5.Sistemin yoxlanması və ya testdən keçirilməsi.
2.Predmet oblastının ekspertlərinin biliklərinin dairəsini əks etdirən əsas konsepsiyalarının müəyyənləşdirilməsi. Bu, qərar qəbulu prosesində ekspertin işlədiyi biliklərin tipini təhlil etməyə imkan verir. Biliklər mühəndisi qərarın çıxarılışında ekspertin fikirlərinə uyğun olan biliklərin təqdim olunmasının və qərar qəbuletmə prosedurunun rəsmi vasitələrini müəyyənləşdirir. Beləliklə, bu mərhələnin yerinə yetirilməsi nəticəsində predmet oblastı haqqında ekspert biliklərinin təqdimatı sxeminin xarakterinin seçimini müəyyən edən anlayış meydana gəlir və formalaşır.
İntellektual sistemlərin layihələşdirilməsi zamanı işlərin daha ətraflı siyahısı aşağıda verilən ardıcıllıqladır:
• Biliklərin ekspertdən sistemə ötürülməsi;
• Biliklərin sistemə təqdim olunma üsulunun seçilməsi;
• Çıxış (idarəetmə) strategiyasının seçilməsi;
• İzahetmə altsisteminin seçilməsi;
• İstifadəçi ilə qarşılıqlı əlaqə altsisteminin seçilməsi;
• Sistemin reallaşdırılması üçün adekvat instrumentariyanın seçilməsi.

Yüklə 45,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə