1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri



Yüklə 165,89 Kb.
səhifə34/35
tarix23.04.2023
ölçüsü165,89 Kb.
#106695
1   ...   27   28   29   30   31   32   33   34   35
1. T?sviri s?n?t v? onun x?susi m?kt?bl?rd? t?drisi metodikas? f

63. Boyakarlığın növləri
Təsviri incəsənətin ən qədim və çox geniş yayılmış növlərindən biridir. Boyakarlıq əsərlərinin əsası rəsm və rənglərdən ibarətdir. Boyakarlıq əsərləri üzərində müvafiq kompozisiyanın müxtəlif boyalarla çəkilməsi ilə yaradılır Boyakarlığm müxtəlif növləri və janrları vardır. Boyakarlığın ən qədim növlərindən bırı monumental boyakarlıq əsərləridir. Monumental boyakarlıq əsərləri öz tarixini ibtidai icma döyüründən başlayır. Ən qədim dövrlərdə mağaralarda qaya üzərində boyakarlıq əsərləri öz tarixim ibtidai icma dövründən başlayır. Qaya üzərində boyakarlıq üsulu ilə işlənmiş müxtəlif təsvirlərə rast gəlinir.Boyakarlıq əsərləri müxtəlif saillərdə inkişaf etmişdir. Bunlar, monumental, monumcntal-dekorativ, dəzgah, miniatür və teatr-dekorasiya sahələridir.Monumental boyakarlıq əsərləri bir qayda olaraq, memarlıqla əlaqədar yaranmış və inkişaf etmişdir.Belə təsvirlər müxtəlif binaları daxildən və xaricdən bəzəyir.Monumental boyakarlıqda müxtəlif bedii-texniki materiallardan və üsullar-dan istifadə edilmişdir.Bunlara freska, mozaika, vitraj və yağlı divar boyakarlığı nümunələrini göstərmək olar.Freska - “nəm” deməkdir, suvağı qurmamış divarda sulu boyalarla işlənir. Mozaika - qeyri-şəffaf, xırda rəngli şüşə parçalarının kompozisiya əsasında yaş suvağ üzərinə düzülməsi ilə yaradılan təsvirdir.Vitraj - “şüşə deməkdir, ondan əsasən binlann qapı və pəncərələrinin de-korativ və dekorativ-süjetli kompozisiyalarla bəzədilməsitİə istifadə olunur.Yağlı divar boyakarlığı divara çəkilmiş xüsusi təbəqə üzərində yağlı boyalarla çəkilmiş rəsm əsəri.Azərbaycan rəssamları da çox dəyərli monumental boyakarlıq nümunələri yaratmışlar.Belə nümunələrə misal olaraq, qədim məscidlərdə, türbələrdə, Şirvan-şahlar sarayında, İrəvandakı Sərdar xan sarayında, Şəki xan sarayında, “Nizami” metrosunda və digər memarlıq nümunələrində yaradılmış əsərləri göstərmək olar.Dəzgah boyakarlığı nümunələri, monumental əsərlərə nisbətən, daha sonralar yaranmışdır.Belə əsərlər xüsusi rəssamlıq dəzgahı olan, “molbert” üzərində işlənilir.Dəzgah boyakarlıq nümunələri kətan, karton, ağac, faner və digər səthlər üzərində yaradılır.Monumental boyakarlıqdan fərqli olaraq, dəzgah boyakarlığı nümunələrini bir yerdən, başqa yerə aparmaq, istənilən yerdən asmaq mümkündür.Boyakarlığın bu növündə rəssamlar natürmort, mənzərə, portret, məişət, tarixi janrlarda çox qiymətli sənət əsərləri yaratmışlar.
Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə