1. ÜMumi DİLÇİLİk I indd


Dilin komponentlərinin inkişaf sürəti



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə363/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   ...   359   360   361   362   363   364   365   366   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

Dilin komponentlərinin inkişaf sürəti. Dilin kompo-

nentləri qeyri-bərabər inkişaf edir. Bunlardan dilin lüğət 

tərkibi daha çox dəyişir və zənginləşmə yolu keçir. Lakin 

burada da qeyri-bərabərlik mövcuddur. Belə ki, dilin lü-

ğət tərkibinin özəyini təşkil edən leksemlər çox yavaş və 

az dəyişir. Dilin əlavə lüğət tərkibi deyilən hissəsi daha 

çox dəyişir. Yeni yaranan sözlər, terminlər məhz bu his-

səyə aiddir.

Dilin  fonetik  və  qrammatik  tərkibi  leksemlər  siste-

minə nisbətən az dəyişir. Lakin bu o demək deyildir ki, hər 

iki  komponentin  dəyişilməsi  dil  üçün  az  əhəmiyyətlidir. 

Əksinə, bunların da dəyişilməsi dilin inkişafı və fəaliyyəti 

üçün zəruridir.

Fonetik tərkibdə əsas fərq ondan ibarətdir ki, fonetik 

hadisə və qanunlara nisbətən fonemlər sistemi az dəyişik-

liyə uğrayır.




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

438


Dilin  qrammatik  tərkibində  isə  morfologiyaya  nis-

bətən sintaksis daha çox dəyişir.

Ədəbi dil tarixinin araşdırılması sübut edir ki, müasir 

Azərbaycan ədəbi dilində tabeli mürəkkəb cümlələrin çox 

müxtəlif tipləri meydana gəlməkdədir.

Bütün deyilənləri ümumiləşdirdikdə belə bir nəticəyə 

gəlmək olur ki, dilin komponentləri arasındakı inkişaf sə-

viyyəsi eyni deyildir. Bunların fərqli inkişaf səviyyəsi, təx-

minən, 6-cı sxemdəki kimi təsəvvür olunur.

Dilin  komponentlərinin  dəyişmə  səbəbləri  müxtəlif-

dir.  Yəni  hər  sahənin  özünə  aid  səbəbi  vardır.  Məsələn, 

lüğət  tərkibinin  dəyişmə  səbəbi  fərqlidir.  Zamanla  bağlı 

müəyyən  anlayışın  yaranma  səbəbi  dilin  lüğət  tərkibinə 

yeni söz gətirir və s. Lakin sintaksisdə bu belə deyildir.

Sintaktik fiqurların inkişafı insan psixologiyasının in-

kişafı ilə bağlı dəyişir. Qavramanın həcmindən asılı olaraq 

nitqdə mürəkkəb cümlələr işlənir.

İnsanda qavramanın həcmi nə qədər artıq olarsa, nitq-

də bir o qədər mürəkkəb cümlələr çox işlənir.


Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   359   360   361   362   363   364   365   366   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə