1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə359/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   ...   355   356   357   358   359   360   361   362   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

      II şəxs  

 

      III şəxs

Sənin qardaşına   

Onun qardaşına

Sənin evinə 

 

Onun evinə

Sənin əməyinə 

 

Onun əməyinə

Diqqətlə  fikir  verildikdə  məlum  olur  ki,  III  şəxsdə 

“qardaşına” demək mümkün deyildir.

4. DİLİN LÜĞƏT TƏRKİBİNİN İNKİŞAFI

Hər  bir  dilin  ibtidai  dövründə  onun  lüğət  tərkibi 

son dərəcə kasıb olur. Lakin lüğət tərkibindəki bu kasıb-

lıq xalqın hərtərəfli inkişaf tarixi ilə bağlı olaraq get-gedə 

zənginləşmə  prosesi  ilə  əvəz  olunur.  Lakin  lüğət  tərkibi 

öz inkişafında müəyyən mərhələlər və dövrlər keçirir. Bu 

mərhələ və dövr lər əsasında lüğət tərkibi dialektik inkişaf 

prosesinə malikdir. Həmin inkişaf prosesi nəticəsində di-

lin  lüğət  tərkibində  baş  verən  dəyişikliklər  müxtəlif  tipli 

olur. Xalqın həyatının inkişafında baş verən dəyişikliklər 




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

433


öz əksini birinci növbədə dilin lüğət tərkibində əks etdirir. 

Bunun nəticəsində dilə yeni sözlər daxil olur. Lakin qeyd 

etmək  lazımdır  ki,  həmin  yeni  sözlər  dilin  daxili  qayda- 

qanunları əsasında yaranır. Əks təqdirdə o, heç kim tərə-

findən  başa  düşülə  bilməz.  XX  əsrin  əvvəllərində  yeni 

ictimai  quruluşun  meydana  gəlməsi  ilə  əlaqədar  olaraq 

Azərbaycan dilinə qardaşlıq, dostluq, nümayişçi, tətilçi, bəra­

bərlik, işçi, komsomolçu və s. yeni sözlər daxil olmuşdur. Gö-

ründüyü kimi, həmin sözlər Azərbaycan dilinin morfoloji 

sözyaratma modelləri //-çı

4

/, /-lıq

4

// əsasında yaranmışdır.

Dildə yeni sözlərin işlənmə dərəcəsi eyni olmur və 

bunlar dilin zənginləşməsi və inkişafına eyni dərəcədə 

təsir göstərə bilmir. Buna görə də onların bir qismi dilin 

lüğət  tərkibini  zənginləşdirməyə  xidmət  edirsə,  digər 

qismi (dilin daxili qayda-qanunlarına uyğun gəlməyən-

ləri)  dilin  inkişafına  əngəl  törədir.  Azərbaycan  dilinin 

lüğət tərkibinin zənginləşməsi və inkişafında ərəb, fars, 

türk, rus və başqa dillərə məxsus alınmaların müəyyən 

hissəsi mühüm rol oynamışdır. Bununla bərabər, Azər-

baycan dilinin lüğət tərkibinə daxil olmuş bir çox alın-

malar get-gedə öz işləklik dərəcəsindən düşmüş və sıra-

dan çıxmaqdadır. Məsələn, rubəru, ərzi-hal, nöqteyi-nəzər, 

tərəfi-müqabil,  maddeyi-sübut,  hakimi-mütləq,  Kürreyi-ərz, 

kultura, revolyusioner və s.

Dildə bir qrup sözlərin arxaikləşməsi də lüğət tərki-

binin inkişaf istiqaməti kimi qiymətləndirilir. Çünki lüğət 

tərkibindəki sözlərin bir qismi hər hansı tarixi inkişafı nə-

ticəsində  arxaikləşib  öz  işləkliyini  itirir.  Məsələn, Azər-

baycan dilinin XX əsrdən əvvəlki mərhələlərində işlənən 



xan, nökər, yüzbaşı, qalxan, qılınc, baqqal, divanxana, mədrəsə, 


Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

434


mollaxana, xış, cütçü və s. sözlər ifadə etdikləri anlayış və 

məfhumların sıradan çıxması ilə əlaqədar dildə köhnəl-

məyə başlamışdır. İndi həmin sözlərdən yazıçı və şairlər 

öz əsərlərində keçmiş həyat lövhələri yaradarkən istifadə 

edirlər.

Yer üzündə dünya xalqları bir-biri ilə çoxcəhətli əla qə-

lərə malik olduğuna görə onların dilləri də qarşılıqlı şəkil-

də bir-birinə təsir göstərir və bir-birini  zənginləşdirir.

Dilin  lüğət  tərkibinin  inkişaf  prosesi  xalqın  tarixi 

inkişafı ilə vəhdət təşkil edir. Xalqın tarixini izləmədən 

lüğət tərkibindəki inkişaf meyillərini aşkar etmək müm-

kün olmaz. Hər bir xalqın tarixi ictimai-siyasi, iqtisadi, 

mədəni,  təsərrüfat  hadisələri  ilə  zəngindir.  Bu  mürək-

kəb və çoxcəhətli xalq tarixi dilin lüğət tərkibində leksik 

vahidlər şəklində ifadə olunur. Dilin lüğət tərkibinə yeni 

söz və ifadələrin daxil olması, sözlərin yeni məna kəsb 

etməsi, sözlərin arxaikləşməsi, sözün mənasını itirməsi, 

alınmaların dilə daxil olması və s. dil hadisələri xalqın 

tarixi  izlərini  lüğət  tərkibində  həkk  edib  möhkəmlən-

dirir. Müasir Azərbaycan dilində arxaikləşmə, sözlərin 

yeni məna kəsb etməsi, alınmalar və s. dil materialları-

nın öyrənilməsi təbii olaraq Azərbaycan xalqının tarixi 

ilə bağlı aparılır.

Dilin inkişafından bəhs edən əsərlərdə dillərin başlı-

ca inkişaf dövrləri cəmiyyətin inkişaf dövrləri ilə əlaqədar 

öyrənilir.




Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə