1. ÜMumi DİLÇİLİk I indd


XIII əsr Necəsən, gəl ey yüzü ağım bənim



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə358/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   ...   354   355   356   357   358   359   360   361   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

XIII əsr

Necəsən, gəl ey yüzü ağım bənim,

Sən əritdin odlara yağım bənim(İ.Həsənoğlu)

XX əsr

El bilir ki, sən mənimsən(S.Vurğun)

Yaxud:


XIV əsr

Yürəki taş, qaməti ney, kiprügü tiri-xədəng,

Necə bir yürəgümə od ilə taş oynadısar. (Q.Bürhanəddin)

XX əsr

Yarıyadək yerə batmış o qəbrin daşı(S.Vurğun)

Azərbaycan dilinin fonetik sistemində ahəng qanunu-

nun təkmilləşməsi və inkişafı daha qabarıq nəzərə çarpır. 

XIII-XVIII  əsrlər  Azərbaycan  klassik  poeziyasında,  xü-

susilə  XIV  əsrin  görkəmli  şairi  Qazi  Bürhanəddinin  şeir-

lərində ahəng qanununun pozulması xarakterik hal kimi 

diqqəti cəlb edir

1

. Bu hadisə, şübhəsiz ki, xarici təsir nəti-



cəsində baş vermişdir. Azərbaycan dilində ahəng qanunu 

həmişə möhkəm və sabit olmuşdur.

1

 Bax: Qazi Bürhanəddin. Divan. Bakı, 1988.




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

431


Dilin fonetik tərkibində baş verən dəyişikliklər ayrı- 

ayrı  fərdlərin  nitq  səviyyəsindən  başlanır.  Əgər  dəyişik-

lik  fərdi  nitqdən  kollektiv  nitq  səviyyəsinə  keçirsə,  onda 

həmin dəyişiklik dildə fonetik norma sayılır və bu norma 

dilin fonetik tərkibinin inkişafı üçün zəmin yaradır.

Dilin fonetik sistemində baş verən dəyişiklik və inkişaf 

ədəbi dilin inkişafının tərkib hissəsi kimi çox böyük ictimai 

əhəmiyyət  kəsb  edir.  XIII–XVIII  əsrlər Azərbaycan  dilinin 

fonetik sistemi ilə müasir Azərbaycan dilinin fonetik siste-

mini müqayisə etdikdə bunun bir daha şahidi oluruq. Bu-

nun başlıca səbəblərindən biri həmin dövrdə dialekt və şivə 

tələffüzünün ədəbi dilin fonetik sisteminə təsiri olmuşdur.

Müşahidələr göstərir ki, dilin fonetik sisteminin nor-

mativ  səs  qanunlarına  yad  elementlər  bir  neçə  səbəbdən 

daxil olur. Bunlardan biri dialekt və şivələrdir. Bəzən müəy-

yən dialekt və şivə leksikası, eləcə də tələffüzü öz arealın-

dan kənara çıxaraq ədəbi dilə də təsir göstərməyə başlayır. 

Qazi  Bürhanəddinin  “Divan”ında  rast  gəlinən  “dedüm”, 

“gərəkdür”, “aşiqünəm”, “artux”, “içum”, “aparun”, “gör-

mədüm”, “edəlüm”, “ölmüşdür”, “qılurlar”, “həyatıdur”, 

“qərarun”  və  s.  sözlərdə  ahəng  qanununun  pozulması 

halları sənətkarın dövründə yalnız yazılı ədəbi dildə baş 

vermişdir. Bu tipli fonetik dəyişmə hadisəsi o dövr canlı 

danışıq dili üçün yad olmuşdur.

Müasir dövrdə ədəbi tələffüzün dialekt və şivə tələf-

füzünü sıxışdırması Azərbaycan dilinin fonetik sistemində 

bir sabitlik əmələ gətirmişdir. Digər səbəb qohum dillərin 

təsiridir.  Azərbaycan  klassik  ədəbiyyatında  rast  gəlinən 



bən, kibi, şol, böyls, deyəlim, sana, imdi, şu və s. türk dilinin 

fonetik sisteminin təsirinə məruz qalır.




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

432


Bəzən  dilin  fonetik  tərkibində  baş  verən  dəyişiklik 

proqressiv deyil, aqressiv xarakter daşıyır. Məsələn, Sağır 

“ή” səsi Azərbaycan dilinin səs sistemi üçün səciyyəvi fo-

nem hesab olunur. Həmin fonetik vahid qədim türk və orta 

əsr Azərbaycan yazılı abidələrində də öz qrafik əksini tap-

mışdır. Lakin müasir Azərbaycan əlifbasında bu fonemin öz 

əksini qrafik şəkildə tapmaması yazıda uyğunsuzluq əmələ 

gətirir. Məsələn, “qardaşına”, “evinə”, “əməyinə” və s. sözlə-

rin yazılışı bu baxımdan müasir Azərbaycan orfoqrafıyasında 

düzgün müəyyən olunmamışdır. Əslində, həmin sözlərdə II 

və III şəxsə aid mənsubiyyət mənası bir yerdədir.


Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə