1. ÜMumi DİLÇİLİk I indd


Afad Qurbanov. Ümumi dilçilik



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə2/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   2   3   4   5   6   7   8   9   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

Afad Qurbanov. Ümumi dilçilik. I cild (3 cilddə). Bakı, 2019, 448 səh.

Kitabın  bu  nəşri  də  Azərbaycan  Respublikası  Təhsil 

Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında yazıl-

mışdır. Dörd bölmədən ibarət bu kitabda dilçiliyin ümumi 

nəzəri məsələləri, yazı nəzəriyyəsi və s. problemlər aydın-

laşdırılır. Bütün məsələlər müxtəlif sistemli dillərin materi-

allarından götürülmüş faktlar əsasında təhlil olunur.

Universitet tələbələri üçün nəzərdə tutulmuş bu dərs-

likdən müəllim, magistr, aspirant, dissertant, elmi işçi və 

eləcə də dilçiliklə maraqlanan hər bir insan faydalana bilər.

Dünya dilçiliyini geniş əhatə edən bu əsər rus, türk, in-

gilis və fransız dillərində nəşr olunmuşdur.

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfin-

dən təsdiq edilmişdir. Təkmilləşdirilmiş 4-cü nəşr.

ISBN 9 789952 835908

© Azərbaycan Milli Elmlər Akademiyası, 2019

www.afadgurbanov.az



5

Görkəmli dilçi alim Afad Qurbanov vətənimizi və ana 

dilimizin şöhrətini ucaltdığı kimi, özü da ucalmış, alimli-

yin kamillik zirvəsini fəth etmişdir. O, elmin çox nadir si-

malarına müyəssər olan geniş diapazonlu alim olmuşdur. 

Dilçilik elminin elə bir sahəsi yoxdur ki, bu məhsuldar və 

əməksevər alim oraya nüfuz etməsin. A.Qurbanovun adı 

dilçilik  elminin  korifeyi  kimi  görkəmli  dilçilər  Kononov, 

Şerbak,  Tenişev,  Baskakov,  Budaqova,  Şirəliyev,  Dəmir-

çizadə  və  başqaları  ilə  bir  sırada  çəkilir.  Professor  Afad 

Qur banov elmi məktəb yaratmış və yazdığı çoxsaylı elmi 

əsərlərə görə dövlət təltiflərinə layiq görülmüş nadir dil çi-

lə rimiz dəndir.

Azərbaycan  dilçilik  tarixində  ümumi  dilçiliyə  aid 

müxtəlif tipli əsərlər yazılmasına baxmayaraq, dilçiliyin bu 

sahəsi ölkəmizdə konseptual səviyyəyə yüksələ bilməmiş, 

kitablar qəliz dildə yazılmış və ümumi dilçiliyin sahələri 

tam əhatə olunmamışdır. Azərbaycan dilçiliyində ümum-

dilçilik problemləri sahəsindəki ilk sanballı elmi araşdır-

malar  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  üzvü, 

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya 

elmləri doktoru, professor Afad Qurbanovun adı ilə bağlı-

dır. O, ümumi dilçilik sahəsinə dair davamlı olaraq tədris 

proqramları, kitablar, dərsliklər, dərs vəsaitləri yazmışdır 

(“Ümumi dilçilik məsələləri” dərs vəsaiti [1972], “Dilçili-

yin sistemi”, “Dilçiliyin tarixi” əsərləri [1976], “Ümumi dil-



ÖN SÖZ


Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

6

çilik” dərsliyi [1977], ikicildlik “Ümumi dilçilik” monoqra-



fiyası [1989, 1993, 2004]).

A.Qurbanovun 1977-ci ildə çap olunmuş “Ümumi dil-

çilik” adlı dərsliyi Azərbaycanın pedaqoji təhsil müəssisələ-

ri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük 

əhəmiyyətə malikdir. Bu əsər keçmiş SSRİ məkanında müs-

bət əks-səda doğurmuşdur. Əsər Jdanov adına Leninqrad 

Dövlət Universitetinin professoru, ümumi dilçilik sahəsində 

görkəmli mütəxəssis professor V.Koduxov tərəfindən yük-

sək  qiymətləndirilərək,  orada  ümumdilçilik  məsələlərinin 

tam əhatə olunduğu, müəllifin bir çox orijinal fikir və müla-

hizələr söylədiyi qeyd edilmişdir. Bu, əslində, Afad Qurba-

novun ilk kitabdan ümumi dilçilik sahəsində öz dəsti-xətti, 

elmi konsepsiyası olduğunun təsdiqi idi.

Əsər uzun illərin sınağından uğurla çıxdıqdan sonra müəl-

lif onun üzərində təkmilləşdirmə işi apararaq 1989 və 1993-cü 

illərdə dünya dilçiliyinin ən aktual problemlərini işıqlandıran 

60 çap vərəqi həcmində ikicildlik fundamental “Ümumi dilçi-

lik” dərsliyini nəşr etdirmişdir. Afad Qurbanovun ümumi dil-

çiliyin bütün sahələrini əks etdirən bu əsəri Azərbaycanın ali 

təhsil müəssisələrində 20 ildən artıq müddət ərzində istifadə 

olunan yeganə dərslik olaraq qalmaqdadır.

A.Qurbanov  həmin  dərsliyində  dilçilik  elminin  ya-

ranması  və  inkişaf  tarixi,  nəzəri  dilçiliyin  əsas  şöbələri  – 

fonetika,  leksikologiya,  frazeologiya,  semasiologiya,  ono-

malogiya, etimologiya, sözyaratma, habelə morfologiya və 

sintaksis haqqında ümumi dilçilik aspektində bəhs etmiş, 

tətbiqi  dilçiliyin  əsas  şöbələri,  qrafika,  orfoqrafiya,  orfo-

epiya, leksikoqrafiya, tərcüməşünaslıq haqqında məlumat 

vermişdir.

İkicildlik  “Ümumi  dilçilik”  əsərində  A.Qurbanov 

ümum dilçilik  problemlərindən  olan  dünya  dillərinin  ge-

nealoji bölgüsündə özünəməxsus bir mövqe tutaraq dünya 




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

7

dillərinin təsnifinə dair yeni bölgü vermişdir. Onun Altay 



dilləri ailəsi haqqındakı təsnifi bir sıra cəhətlərinə görə dün-

yada yeni, orijinal bölgü hesab olunur. Müəllifin yaradıcı-

lığında Altay dilləri ailəsində türk dillərinin mövqeyi yeni 

istiqamətdə aydınlaşdırılır və ilk dəfə 20-yə qədər dil ailəsi 

haqqında sistemli elmi məlumat verilir. Ümumiyyətlə, onun 

bu dil ailəsinin türk dilləri, monqol dilləri, mancur dilləri, 

tunqus  dilləri  qruplarından  və  yapon,  koreya  dillərindən 

ibarət olmasını göstərməsi elmi cəhətdən yenilikdir.

Eyni zamanda, dilçilik üçün ən çətin və maraqlı prob-

lemlərdən olan dünya dilçiliyinin inkişaf tarixinin dövrləş-

dirilməsi yeni aspektdə verilmiş və inandırıcı təsnifat irəli 

sürülərək dövrləşdirmə düzgün şəkildə əsaslandırılmışdır.

Bununla yanaşı, türk dilləri qrupunun yarımqrupları-

nın dəqiqləşdirilməsində də müəyyən faydalı mülahizə və 

konsepsiyalar  irəli  sürülmüşdür.  Müəllif  dilçilik  elminin 

yaranması və inkişafı tarixindən yazaraq qədim Hind, Çin, 

Yunan, Roma dilçiliyi ilə yanaşı, haqlı olaraq, rus müəllif-

lərinin nüfuz edə bilmədikləri Şərq dilçiliyindən, onun Xə-

lil ibn Əhməd əl-Fərahidi, Sibaveyhi, Əbu Əli ibn Sina kimi 

nümayəndələrdən bəhs etmişdir.

A.Qurbanovun  orta  əsr  dilçiləri  sırasında  Mahmud 

Kaşqarlıya geniş yer verməsi və onu türk dilçisi hesab etməsi 

təqdirəlayirdir. A.Qurbanovun orijinal mövqeyi onda özünü 

göstərir ki, bir sıra alimlər ərəbcə yazdığı üçün M.Kaşqarlını 

ərəb dilçiliyi nümayəndəsi hesab etdikləri halda, o, Kaşqarlının 

türk oğlu olub, əsərlərini türk dillərinə həsr etdiyini göstərir.

Müəllifin İntibah dövründə dilçiliyin inkişaf istiqamət-

ləri haqqındakı üç bənddən ibarət mülahizəsi bəzi alimlə-

rin  fikrini  alt-üst  etmişdir.  Belə  ki,  B.Qolovin  “B  Eвpone 

средние  века  не  дали  ничего  нового  в  лингвистике” 

(“Avropada Orta əsrlərdə linqvistikada heç bir yenilik ol-

mamışdır”) deyərək orta əsrlər və Renessans dövründə bir 




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

8

neçə lüğətin adını çəkdiyi halda, Afad müəllim o dövrün 



dilçiliyi haqqında geniş və ətraflı məlumat vermişdir.

Əsərdə qeyd olunmuş “Dil və düşüncə”, “Dil və nitq”, 

“Dil və norma”, “Dil və üslub”, “Dil və mədəniyyət”, “Dil 

və cəmiyyət”, “Dil və siyasət”, “Dil və kontakt”, “Dil və 

universallıq”,  “Vahid  ümumdünya  dili”,  “Dil  tədqiqinin 

mər hələləri və metodları”, “Transkripsiya və transliterasi-

ya problemləri” də yeni baxımdan şərh olunmuşdur.

Müəllif  dilin  mənşəyi  kimi  vacib  bir  problemi  kitabına 

daxil  etmişdir.  Hələ  XIX  əsrdə  Paris  Beynəlxalq  Linqvistlər 

Cəmiyyəti belə hesab edirdi ki, dilin mənşəyi məsələsi izah-

edilməzdir, buna görə də ona heç toxunmaq lazım deyil. Afad 

Qurbanov  əsərində  fransız  dilçisi  Vandriyesin  və  Amerika 

dilçisi Eduard Sepirin də dilin mənşəyi barəsindəki fikirlərini 

göstərərək cəsarətlə onlara qarşı çıxır və deyir: “Dilin mənşəyi 

məsələsinin  dilçilikdən  kənar  məsələ  olduğunu  söyləyənlər, 

şübhəsiz ki, bu problemin son dərəcə çətin və çoxcəhətli ol-

duğuna əsaslanmışlar. Dilin əmələ gəlməsi nə qədər çətin və 

mürəkkəb olsa da, bunu dilçiliyin problemləri sırasından xa-

ricdə düşünmək olmaz. Çünki dil dilçilik elminin obyektidir. 

Dilin əmələ gəlməsinin tam həqiqi və elmi şərhi məhz müvafiq 

elmlərin qarşılıqlı tədqiqatları əsasında mümkün olacaqdır”.

Bəhs etdiyimiz “Ümumi dilçilik” kitabı elm və təhsil sis-

temimiz üçün nə qədər əhəmiyyətli olsa da, Afad müəllimi 

qane etməmişdi. Buna görə də müəllif həmin kitab üzərində 

yenidən işləyib həcmcə iki dəfə ondan böyük və sanballı bir 

əsər ortaya qoyaraq, onun 2004-cü ildə latın qrafikası ilə nəşr 

etdirilməsinə nail olmuşdur. Bu kitabda alimin apardığı bü-

tün ümumdilçilik tədqiqatları öz əksini tapmışdır.

A.Qurbanovun  ali  məktəblərdə  tədris  olunan  bir  çox 

dilçilik fənninin (ümumi dilçilik, türkoloji dilçilik, Azərbay-

can  nitq  mədəniyyəti,  bədii  mətnin  linqvistik  təhlili,  ono-

malogiya  və  s.)  müəyyənləşdirilib  formalaşdırılmasında 




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

9

müstəsna xidmətləri olmuşdur. O, ilk dəfə olaraq respublika 



ali məktəblərində tədris olunan dilçilik fənlərini qruplaşdır-

mış və onların tədrisində bir sistem yaratmağa nail olmuş-

dur. A.Qurbanov dilçilik fənlərini iki böyük qrupa ayırmış-

dır: ümumdilçilik fənləri (ümumi dilçilik və dilçilik tarixi) 

və xüsusi dilçilik fənləri (tarixi-linqvistik fənlər, müasir dil 

fənləri, üslubi linqvistik fənlər, ortoloji linqvistik fənlər).

Bununla  yanaşı,  A.Qurbanovun  1962-2009-cu  illər  ər-

zində ali məktəblər üçün dilçiliyin müxtəlif sahələri ilə bağlı 

tərtib etdiyi tədris proqramları və çalışmalar xüsusilə diqqəti 

cəlb  edir.  Onun  hazırladığı  tədris  proqramları  və  çalışma-

lar Azərbaycan dilinin, türk dilçiliyinin və ümumi dilçiliyin 

müəyyən sistem və ardıcıllıqla, elmi əsaslarla öyrənilməsində 

əhəmiyyətli rol oynamışdır. Bu proqram və çalışmalardan ali 

məktəblərdə uzun illər geniş istifadə olunur, müəllimlər və 

tələbələr onlardan dəyərincə faydalanırlar. Həmin proqram-

larda dilçiliyin tədrisi sahəsində mövcud olan dolaşıq, mü-

bahisə doğuran məsələlər dürüstləşdirilmiş, onlara aydınlıq 

gətirilmişdir. Beləliklə, A.Qurbanovun 45 ildən artıq bir müd-

dət  ərzində  ölkədə  təhsilin,  o  cümlədən  “Ümumi  dilçilik” 

fənninin tədrisinin təşkilində böyük xidmətləri olmuşdur.

“Ümumi dilçilik” əsərində dünya dilçiliyinə və türk 

dillərinin mövqeyinə dair yeni elmi konsepsiyalar irəli sü-

rüldüyündən bu kitab türk, rus və ingilis dillərinə tərcümə 

olunmuş və xarici dilçi alimlərin, o cümlədən geniş oxucu 

kütləsinin böyük marağına səbəb olmuşdur.

Afad Qurbanov ümumi dilçilik sahəsində əldə etdiyi 

elmi nailiyyətləri ilə Azərbaycan dilçiliyi ilə yanaşı, dünya 

dilçiliyinin və türkoloji dilçiliyin inkişafına öz tarixi töhfə-

sini vermişdir.


Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə