1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə6/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   2   3   4   5   6   7   8   9   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

DİLÇİLİK FƏNLƏRİ

Ümumdilçilik fənləri

Ümumi dilçilik

Ümumi dilçiliyin tarixi

Xüsusi dilçilik fənləri

Tarixi-linqvistik fənlər

Müasir dil fənləri

Üslubi-linqvistik fənlər

Ortoloji-linqvistik fənlər

1-ci sxem. Dilçilik fənləri sistemi


Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

13

XX  əsrdə  ümumdilçilik  fənlərinin  inkişafına  xüsusi 



əhəmiyyət  verilmiş,  onların  tam  formalaşmasına  böyük 

səy göstərilmişdir. Bu məqsədlə keçən əsrin 50-ci illərin-

də ümumdilçilik fənlərinin xarakteri, təbiəti, tədris siste-

mində mövqeyi problemləri geniş müzakirə olunmuşdur. 

Müzakirə zamanı ali məktəblərdə ümumdilçilik fənlərinin 

mövqeyi  müəyyənləşdirilmiş,  bunların  hər  birinin  prob-

lemləri, əsasən, dəqiqləşdirilmişdir.

Ali məktəblərdə 1950-ci ilə kimi “Ümumi dilçilik” fən-

nində, əsasən, N.Y.Marrın “Dil haqqında yeni nəzəriyyə”si 

və ümumi şəkildə yazı haqqında məlumatlar tədris edilir-

di. Lakin 1950-ci il müzakirələrindən sonra həmin fənnin 

məzmunu  tam  dəyişdirilmiş,  buraya  dilçiliyin  müxtəlif 

sahələrinə dair başlıca problemlər daxil edilmiş və əsaslı 

şəkildə tədris olunmağa başlanılmışdır.

Ümumi dilçilik problemləri müəyyən illər ərzində iki 

müstəqil fənn kimi tədris olunmuşdur: “Dilçiliyə giriş” və 

“Ümumi dilçilik”.

1985-ci ildən ali məktəblərdə dilçiliyin əsaslarını təş-

kil edən problemlər “Ümumi dilçilik” adı altında bir fənn 

kimi tədris edilməyə başlanılmışdır.

Dilçilik fənləri sistemində xüsusi yer tutan “Ümumi 

dilçilik”  fənni  filoloji  təhsilin  məzmununu  zənginləşdir-

məkdə və onun səviyyəsini yüksəltməkdə xüsusi əhəmiy-

yətə malikdir. “Ümumi dilçilik” fənnini düzgün təsəvvür 

etmək üçün ilk növbədə iki anlayışı – ümumi dilçilik sahə 

kimi və ümumi dilçilik fənn kimi – bir-birindən fərqləndir-

mək  lazımdır.  Ümumi  dilçilik  sahə  kimi  olduqca  geniş 

anlayışdır. Dil haqqında elmin ümumi dilçilik sahəsi de-

dikdə bütün ümumi nəzəri məsələlər buraya aid olur. La-

kin ümumi dilçilik fənn kimi dar mənada, tədris mənasın-

da  götürülən  anlayışdır.  Buna  görə  də  “Ümumi  dilçilik” 

fənnində dilçiliyin bütün fənlərinin əsaslarını təşkil edən 



Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

14

müəyyən  problemlərdən  normativ  şəkildə  bəhs  olunur. 



“Ümumi dilçilik” fənni bəzən “Dil nəzəriyyəsi”, “Dilçilik 

nəzəriyyəsi” və “Dilçiliyin əsasları” kimi də adlandırılmış-

dır. Son müzakirələrdə fənnin adı birmənalı olaraq “Ümu-

mi dilçilik” formasında məqsədəuyğun sayılmışdır.




Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə