1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə3/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   2   3   4   5   6   7   8   9   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

Mahmud Kərimov,

akademik, Azərbaycan Milli Elmlər

Akademiyasının prezidenti (2001-2013)


10

Ali  məktəblərdə  filoloq  müəllim  kadrları  hazırlığında 

dilçilik fənlərinin xüsusi yeri və rolu vardır. Tələbələrə dilin 

fonetik,  qrammatik,  leksik,  frazeoloji,  onomastik  sisteminə 

dair  ətraflı  məlumatın  verilməsi,  habelə  onların  dilin  mən-

şəyi,  yaranması  tarixi  ilə  müxtəlifi  dilçilik  nəzəriyyələri  ilə 

dərindən tanışlığı tələbələrin ixtisaslarına dərindən yiyələn-

mələrinə və elmə böyük həvəs göstərmələrinə səbəb olur.

Bu cəhətdən filologiya fakültələrində tədris olunan “Ümu-

mi dilçilik” fənni tələbələrdə elmə daha böyük maraq və həvəs 

oyadır.  Burada  dilçilik  elminin  obyekti,  təşəkkülü,  mövqeyi, 

sahələri, şöbələri haqqında məlumat verilməklə tələbədə dilçilik 

elminin ictimai mahiyyəti haqqında daha aydın təsəvvür yara-

nır. Müəllif “Ümumi dilçilik” fənninin bu böyük elmi-nəzəri və 

praktik əhəmiyyətini nəzərə alaraq ilk dəfə 1977-ci ildə 7 fəsildən 

ibarət  “Ümumi  dilçilik”  dərsliyini

1

  çap  etdirmişdir.  Sonradan 



üzərində işləyərək onun iki cilddə

2

 nəşrinə nail ola bilmişdir.



Hazırda  dərsliyin  I  cildi,  əvvəlki  nəşrində  olduğu 

kimi, giriş və dörd bölmədən ibarətdir. Girişdə linqvistik 

fənlər sistemində “Ümumi dilçilik” kursunun yeri aydın-

laşdırılır. Burada fənnin konkret vəzifələrindən, onun qu-

ruluş və həcmindən də bəhs olunur. Bütün bunların hamı-

sı fənnin düzgün təşkilinə kömək etmək məqsədi daşıyır.



Birinci bölməyə dilçiliyin ümumi problemləri daxil-

dir. Burada dil haqqında elmin obyektindən, onun yaran-



Ömrünü elmə sərf edən insan heç vaxt ölmür!


Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə